Gözəgörünməzlər erası başlayır
Kaliforniyalı alimlər şəffaf siçan yaradıblar. Təcrübəni vəhşi adlandırmaq da olardı, lakin elmin inkişafı üçün əhəmiyyəti böyükdür. Təcrübənin birinci mərhələsində siçanları yuxuya veriblər. Bundan sonra canlının qan sisteminə xüsusi gel daxil edilib. Həmin gel yağları əridib və bütün əzələləri işıqlandırıb. Bunun sayəsində üç gün ərzində ürək, mədə və ağciyərlər işıqlanıb. Bədənin digər hissəsi isə növbəti iki həftə ərzində şəffaf olub.
Alimlər hesab edirlər ki, bu texnologiyanın sayəsində canlı orqanizmdə gedən prosesləri daha dəqiq öyrənmək olar. Misal üçün, periferik sinirlər və orqanların koqnitiv proseslərə birbaşa və əks təsiri öyrənilə bilər. Beləliklə, orqanizmdə baş verən hadisələri canlı, gözlə görmək mümkün olacaq. Bu da bir sıra nevroloji xəstəliklərin müalicəsi üçün olduqca faydalıdır. (milli.az)

Narkoman özünü hovuzda hiss edib 3-cü mərtəbədən tullandı - VİDEO (18+)
Azərbaycanlı milyarderin mülkü Türkiyə mətbuatında - FOTOLAR
“Biz sülh istəyirik, artıq müharibədən bezmişik”- VİDEO
Petrosyanın ölüm xəbəri ailəsinə çatdırıldı
Комментарии
Отправить комментарий