Azərbaycan informasiya müharibəsinə hazırdımı?

Azərbaycan informasiya müharibəsinə hazırdımı?

Azərbaycan informasiya müharibəsinə hazırdımı?
Bölmə :
Araşdırma
Yayım tarixi :
5/8/2014 [22:45]
Baxılıb :
522 dəfə
Font ölçüsü :
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib, amma…
Xalid Ağaliyev: «Bu sahədə hansı işlər görülür, hansı vəsaitlər xərclənir, hansı tədbirlər həyata keçirilir, bəlli deyil»
Osman Gündüz: «Təhlükəsizliklə bağlı peşəkar kadrlar fəaliyyət göstərməlidir»

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə xəbərdarlıq edib. Xəbərdarlıq son günlər cəbhədə yaranmış gərginliyin "informasiya müharibəsi"ndə özünü büruzə verməsi ilə bağlıdır. Azərbaycan veb-resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır: "Mövcud şərait nəzərə alınaraq, yerli informasiya resurslarının sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi məsələsi gündəmdədir" (apa).Rabitə və yüksək texnologiyalar nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşviq Əmirov bizimyol.info-ya bildirdi ki, kiberhücumlara qarşı gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər: "Kiberhücumlara qarşı təhlükləsizliyimizin qorunması üçün çalışırıq. Buna görə də bütün lazımi tədbirləri həyata keçiririk". 

Nazirlik gücləndirilmiş iş rejiminə keçsə də, vaxtilə "Anonymous" beynəlxalq hakerlər qrupu onların kompüter şəbəkəsinə hücum etmişdi. Qrup Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid (mincom.gov.az) 1.5 GB-lik (qiqabayt) müxtəlif səpkili sənədləri və informasiyaları oğurlamışdı. Bu informasiyaların arasında təkcə nazirliyə aid qapalı sənədlər yox, həm də nazir Əli Abbasovun şəxsi xarakterli fotoları da yer almışdı. Bundan əlavə, "Azərenerji" ASC-yə məxsus sənədlər internetdə yayılmışdı. Az sonra "Anonymous" qrupu məxfi sənədləri onların ələ keçirdiklərini elan etmişdi. Sənədlər maliyyə əməliyyatlarını, mühasibat uçotunu, müxtəlif avadanlıqlar almaqla bağlı sifarişləri və s. əhatə edirdi. "Anonymous" hakerləri 80 sənəd ələ keçirdiklərini açıqlamışdılar.

"Azərenerji" rəsmiləri isə haker hücumunun şirkətin internet saytına edildiyini, amma saytlarının fəaliyyətdə olduğunu bildirmişdi. 

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağaliyev də "Bizim Yol"a Azərbaycanda kibertəhlükəsizlik sahəsində çox ciddi problemlərin olduğunu deyib. O bildirib ki, internetin bəşəriyyətə yaratdığı geniş imkanlar, eyni zamanda çox ciddi təhlükəsizlik tədbirlərinin, strategiyalarının həyata keçirilməsini tələb edir:
"Amerika 2002-ci ildə kiber təhlükəsizliyin təmin olunması üçün 2.7 milyard vəsait xərcləmişdi. 1 il sonra bu vəsait 4.2 milyard dollara qədər artdı. Hazırda isə amerikalılar kiber təhlükəsizlik üçün büdcədən hər gün 12 milyon dollar vəsait xərcləyirlər. Bizdə bu sahədə vəziyyət çox dumanlıdır. Hökumət bu sahədə hansı işlər görür, hansı vəsaitləri xərcləyir, hansı tədbirlər həyata keçirir, bəlli deyil. Bizə məlum olan bir neçə illik inkişaf proqramlarıdır. Belə proqramların sayı-hesabı yoxdur. Ancaq gerçək bundan ibarətdir ki, Azərbaycanda heç bir resurs təhlükədən sığortalanmayıb. Ən yüksək pillədə duran dövlət qurumu saytının dağıdılması, ordakı bilgilərin ələ keçirilməsi adi hala çevrilib. Hökuməti tənqid edən internet resurslar davamlı kiber hücumların hədəfindədir. Belə hücumların heç biri mümkün qədər şəffaf, detallı araşdırılmır. Bütün bunlar Azərbaycanda kiber təhlükəsizliyin təmin olunması istiqamətində hökumətin gördüyü işlərin effektiv olmadığını söyləməyə əsas verir".

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də təsdiq edir ki, son zamanlar ölkəmizə qarşı olan kiberhücumlar, informasiya müharibəsi daha da güclənib. Onun sözlərinə görə, Azərbaycanın informasiya resurslarının təhlükəsizlik tədbirlərinin birmənalı şəkildə qorunduğunu söyləmək olmaz: "Ancaq son dövrlərdə ölkəmizdə bu istiqamətdə bir neçə müsbət addımlar atılıb. Həm informasiya təhlükəsizliyinə cavab verən qurumlar yaradılıb, həm də müəyyən saytlar öz təhlükəsizlik resurlarının qorunması ilə bağlı müəyyən tədbirlər həyata keçirdi. Son dövrlərdə informasiya müharibəsinin artması istiqamətində Azərbaycan-Ermənistan sərhədində olan gərginliklə bağlı Ermənistan tərəfdən çoxlu sayda kiberhücumlar oldu. Bu da ölkəmizdə internet resurslarında diqqət yetiriləsi ciddi məqamların olduğunu göstərdi". 

O. Gündüzün sözlərinə görə, sərhəddə olan gərginlikdən sonra ölkənin məşhur internet resurslarına qarşı hücumların olması faktları qeydə alınıb. Buna görə hətta bəzi resurslar öz fəaliyyətini müvəqqəti dayandırmalı olub: "Azərbaycanın milli informasiya resurslarının, internet-media qurumlarının rəhbərləri nəzarəti gücləndirməlidir. Elementar informasiya-təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Təhlükəsizliklə bağlı peşəkar kadrlar fəaliyyət göstərməlidir. Resursun dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün imkanlar səfərbər olmalıdır. Məsələn, resurs xarici hostinqdə yerləşirsə, həmin hostinqin alternativ hostinqdə yerləşməsinə baxılmalıdır. Buna missal olaraq "Delta Telekom"da yerləşdirilə bilər. Belə olan halda problem yarandıqda daha tez aradan qaldırmaq şansımız olur. Çünki xarici ölkədə olduğu zaman saat fərqi, müəyyən əlaqələrin yaradılması  çətinlikləri olur".  

Osman Gündüz deyir ki, saytlarda mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Sayt rəhbəri monitorinq aparan zaman sayta nə qədər insanın daxil olduğunu, oxunma sayını və s. görür: "Yəni saytı daimi izləmək mümkündür. Sadəcə olaraq, nəzarət gücləndirilməlidir. Bundan başqa, dövlət qurumları tərəfindən müəyyən işlər görülməlidir. Qeyri-dövlət qurumu olaraq Rabitə Yüksək Texnologiyaları Nazirliyi nəzdində Elektron Təhlükəsizlik Mərkəzi, eyni zamanda Dövlət qurumu olaraq  Xüsusi Dövlət Mühafizə Xidməti nəzdində Xüsusi İnformasiya və Rabitə Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir. Hər iki qurum və "Delta Telekom"un data mərkəzi indiki halda daha gücləndirilmiş iş rejiminə keçməlidir. Qaynar xətt daimi fəaliyyət göstərməli, saytlara nə etməli, hansı proqramlardan istifadə etmələri ilə bağlı rekomendasiyalar verməlidir. İndiki zamanda bu məqamlara xüsusi diqqət göstərilməlidir. Belə olan halda ciddi fəsadların olacağını düşünmürəm. Ancaq indiki halda hücum təhlükəsi var və bu gözləniləndir". 

Gülər
Aysel

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Глава вторая Основы охраны государственной границы пограничными нарядами

Наставление по охране государственной границы (пограничный наряд)