Gözəgörünməz qorillalar

Gözəgörünməz qorillalar

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
e-poçt :
gulnarerefiq@gmail.com
Yayım tarixi :
Bu gün [00:39]
Baxılıb :
469 dəfə
Font ölçüsü :
Diqqətin ölü zonaları terminini maşın sürücüləri daha yaxşı bilər. Bəzən elə olur ki, arxadan gələn maşın bir neçə saniyəlik sanki qeybə çəkilir və ən əlverişsiz məqamda ortaya çıxır. O, arxa güzgüdən keçir və yan güzgülərdə hələ ki, görünmür. Güzgülərin ölü zonalarına diqqət verməyənlərin əksəriyyəti maşın qəzalarına səbəb olur. Gündəlik həyatımızda da diqqətin "Ölü zonalar"ı mövcuddur. Bunu diqqətindən kənar saxlayanlar ətrafındakı ciddi dəyişikliklərə qarşı sanki kor olur və onları görmürlər. "Qavrayışı idarə etmək olarmı", "yaxud ölü zonaları nəzarətə almaqçün nə etmək lazımdır" kimi suallara cavab tapmaqçün əvvəl ölü zonalar barədə kiçik olsa da bir araşdırma aparmağımız lazım. 

Gözün səkisində oturuşmuş qorillalar

Dünyanın bir çox nüfuzlu elm ocaqları və psixoloq tədqiqatçılar bu məsələ ilə dərindən məşğul olur.  Son illər insanın informasiya qəbul edib yaddaşına salması, dəyişdirib cəmiyyətə ötürməsi məsələləri elmin maraq obyektindədir. Beyin və psixika hesablayıcı maşın kimi tədqiq edilir. Keçən əsrin 50-60-cı illərində informasiya texnologiyaları qəfil inkişafa başladıqda insan şüuru və hesablayıcı maşınlar, kompüter arasında müqayisəvi paralellər aparmaq dəbdə idi. Diqqətin ölü zonalarını da belə araşdırmaların birində aşkarladılar. Amma bir tədqiqat obyekti kimi ölü zonalar 90-cı illərdə araşdırıldı. Ən məşhur tədqiqatı Deniel Saymon və Kristofer Şabri aparırdı. Onlar tədqiqat obyektinə bir video göstərirdilər. Burada 2 komanda, biri ağ, o biri qara köynəkdə çıxış edirdi. Müşahidəçi qapıya vurulan qolların və top ötürmələrinin sayını hesablamalı idi. Müşahidəçinin diqqəti qol saymağa qarışmış olarkən kadrda qorilla kostyumunda birisi meydançaya çıxır. Video bitdikdən sonra müşahidəçidən qolların sayını soruşduqdan sonra sözarası daha bir maraq doğurucu əhvalatın olub-olmadığı ilə maraqlanırlar. Sonunda söhbəti qorillanın üstünə də gətirirlər. Müşahidəçilərin 50-75 faizi meydançaya çıxan qorillaya heç fikir də verməmişdi. Çünki bizim diqqətimiz bir işə yönəldikdə gözləmədiyimiz, ağlımıza gətirmədiyimiz hər bir şeyi heç görmürük də. Amma diqqət ətraf hadisələrə düzgün qiymət vermək üçün ən vacib şərtdir. Onsuz yadda saxlamaq, anlamaq və nəticə çıxarmaq mümkün deyil. 

Göz qırpımında dəyişən dünya

Dəyişikliklərə qarşı kor olmaq effekti diqqətin lap bir saniyəlik yayınması zamanı baş verir. Əgər biz gözümüzü qırpan zaman ciddi bir dəyişiklik baş verməyə macal tapsa biz onu görmürük. İnsanın bu keyfiyyətini əsas tutan Harvard universitetindən tədqiqatçı Saymon və Levin məşhur "qapı eksperimenti"ni həyata keçirib. Bu psixoloqlardan biri əlində xəritə yoldan keçən birisinə yaxınlaşıb axtardığı yeri xəritədə göstərməyi xahiş edir. Söhbətdən 1-2 dəqiqə keçmiş fəhlələr onların arasından qapı keçirib aparır deyə onlar bir-birini görmür. Bu zaman xəritə ilə sual verən yerini fəhlələrdən biri ilə dəyişir. Təcrübə altında olanların 50 faizi dəyişikliyi heç hiss eləmir də. Amma bunu görməmək mümkün deyildi. Çünki birinci sarı kaskada idisə, o biri qırmızı kaskada oldu. Bəziləri yaxınlaşan adamı dəqiqliklə təsvir edə bilirdisə, qapı keçəndən sonra olmuş dəyişikliyi heç hiss eləmədi. 

Ölü zonaları öyrənən metodika "fərqini tap" tipli uşaq oyununa bənzəyir. İnternetdə çoxlu sayda iki şəklin arasında tapılası 10 fərq üzərində qurulmuş oyunlar var. Laboratoriya şəraitində təcrübələrdə də buna uyğun əvvəl şəkil göstərilir, sonra boş ekran, sonra yenə də şəkil və boş ekran. Müşahidəçi bu arada nəyin dəyişdiyini təyin etməlidir. Tədqiqatlar göstərir ki, adamlar dəyişikliyi əsas obyektin ətrafında axtarır. Ona görə də əsas obyektin lap yaxınlığı ölü zonaya düşür, çünki lap yaxınlıqda axtarmırıq. Bu fərziyyə təsdiqləndi və bir çox elmi nəşrlərin əsasını təşkil elədi.  

Gözündəki çöp, yoxsa başqasının gözündəki tir

Diqqətin ölü zonalarını idarə etmək maşının görünməz zonalarına nəzarət etməkdən dəfələrlə çətindir. Çünki maşında lazımi məqamda başını çevirməklə hadisələri nəzarətdə saxlamaq mümkünsə, həyatda diqqəti bu cür saxlamaq çətin olur. Amma ölü zonalar insanın maraq dairəsinə düşdükdə biz daha effektiv görməyə başlayırıq. Maraq və diqqətin tam nəzarətdə olmasını tələb edən peşələr var. Məsələn, filmlərdə kadrda səhvləri axtaran insanlar var ki, bir saniyəlik uyğunsuzluqları həmən görə bilirlər. 

Bu yaxında yenə də Harvard Universitetindən Trafton Dryu, Melissa Vo və Ceremi Volf təcrübə apardı. Professional rentgen diaqnost həkimlərinə rentgen şəkli göstərildi. Şəklin düz ortasında yekə bir qorilla cızılmışdı. Amma şübhəli qara ləkələri, şişləri, xırda çatışmazlıqları bir baxışla təyin edən mütəxəssislər bu boyda qorillanı görmədilər. Deməli, biz axtardığımıza diqqət verəndə də yerdə qalanı nəzərdən qaşırırıq. Sonradan bu qorilla məsələsini də lətifə kimi danışıb hamı gülüşürdü. 

Qadınların xırda detallarda daha diqqətli olduğunu da deyirlər. Amma qlobal məsələlər onların diqqətində çətinliklə qalır. Üstümüzə sel kimi yağan xəbər xəttində də bəzən ən vacib xəbəri seçib oxumaq üçün artıq səy göstərmək lazım gəlir. İntuisiya səviyyəsində ölü zonalarla uğurla işləməyin ən yaxşı yollarını fokus göstərənlər, cibgirlər, qaraçılar yaxşı bilir. Onlar diqqəti yayındırmaq üzrə mütəxəssisdirlər və necə deyərlər onların çörəyi insanların diqqətindən, daha doğrusu diqqətsizliyindən çıxır. Hazırda insanların reaksiyasını daha dəqiq izləməyi bacaran qurğular məişətimizə daxildir. Göz bəbəklərinin tərpənişi ilə potensial cinayətkarı tapa bilən kameralar ictimai yerlərdə quraşdırılır. Çünki lazımi istiqamətdə baxmaq hələ ki, görmək demək deyil. 

Bax və gör!

"You Tube"də diqqətsizlik ucbatından olan qəzalara qarşı onlarla sosial reklamı izləmək olar. İnsanların psixikası və qavrayışını yaxşı öyrənməklə saytlarda, reklam lövhələrində ən əlverişli yerləri aşkar edib reklam banerləriylə doldurmaq müasir dövrün tələblərindən biridir. Əlbəttə, insanı, onun ətraf mühitə münasibətini köklü surətdə dəyişmək mümkün deyil. Sadəcə elə etmək olar ki , həyatımızın ən vacib məqamları ölü zonalara düşməsin. Məsələn, yaxınlıqda əzab çəkən birisi varsa, ona qarşı kor və kar olmayaq. Bir qədər əvvəl İnternetdə minlərlə insanın qəlbini riqqətə gətirən bir əhvalat buna gözəl misaldır. Bu, Avstraliyanın kiçik şəhərciklərinin birində qocalar evində yaşayan bir kişinin əhvalatıdır. O, dünyasını dəyişəndə hamı düşünürdü ki, həyatda heç bir iz qoymadan köçüb getdi. Amma şəfqət bacıları onun yerini yığışdıranda şeirlərini tapdılar. Bu şeirlər oxucusunu o qədər valeh etmək qabiliyyətində idi ki, İnternetə qoyulmağıyla bir göz qırpımında bütün dünyada məşhurlaşdı. Özünü əməlli idarə edə bilməyən bir qocanın şeirləri həm də psixologiya üzrə məşhur jurnalların səhifələrini bəzədi. Onun şeirlərinə prezintasiya da həsr edildi. Bu qoca diqqətin ölü zonalarına dair bəlkə də ən parlaq nümunə ola bilərdi:

… Mənə baxanda nə görürsən? Ağlını itirmiş bir qocanı? "Çalış" deyib üstümə çığıranda tənbəlcəsinə yeməyi korlayanı? Həmişə ayaqqabısını və corabını itirəni? Gününü çimmək və yeməklə dolduran birisini? Beləmi düşünürsən şəfqət bacısı? Gözünü açıb mənə bir baxsana. Sən mənə baxmırsan heç vaxt. Burda oturub sizin qayda-qanunla hərəkət eləyəndə də mən hələ də ata-anasıyla yaşayan 10 yaşlı uşağam. Həyatının sevgisinə rast gələcəyini arzulayan 16 yaşlı gəncəm. Ürəyi döyünəndən az qala ağzından çıxacaq 20 yaşlı gəncəm. Vədini unutmayan 25 yaşlı kişiyəm. Uşağım gözlərim önündə böyüyür. 40 yaşın ərəfəsində hamısı böyüyüb evimi tərk edir. Arvadım fikir çəkməyə qoymur, çünki məni sevir. 50 yaşındayıq, yenə də ayaqlarımıza körpələr dolaşır. Arvadım öləndə dünya qaralır yenə təkəm. Qocalıq məni axmaq və köməksiz göstərir. Bir vaxt ürək döyünən yerdən elə bil daş asılıb. Mən bütün sevincimi, bütün kədərimi də xatırlayıram. Sevirəm, yaşayıram! Heç nəyin əbədi olmadığı faktı ilə çoxdan razılaşmışam… İnsanlar, gözlərinizi açıb bir baxın! Mən ağlını itirmiş qoca deyiləm! Diqqətlə baxın və Məni görün!

Ölü zonalardakı insan taleləri

Bu şeirin ingiliscəsi deyilənə görə çox poetik və təsirlidir. Amma ümumi məzmunu da müasir dövrün həqiqətlərini əks etməyə qadirdir. Həqiqətən də gözlərimizi açıb diqqətlə baxmağımız lazım. Çünki ətrafımızda yaşamını belə poetik təsvir etməyi bacarmayanlar da var. Onları da görməliyik. Bir qədər əvvəl sosial şəbəkədə avtobus dayanacağında üst paltarı olmayan uşaq barədə bir video çox məşhurlaşmışdı. Soyuq Skandinav ölkəsində uşağa əlcəyini, şərfini, gödəkcəsini verənlər tapıldı. Həmin təcrübəni buralarda da təkrarlayanda insanların tam etinasızlığı ilə qarşılaşdıq. Avtobus dayanacağındakılar sanki üşüyən uşağı görmürdülər. Bunu insana qarşı soyuqluq kimi şərh eləmək olardı. Ola bilər, alimlər hadisəni diqqətin ölü zonalarıyla izah edə bilər. Sadəcə, bu məmləkətdə insan taleləri diqqətin ölü zonalarına tuş gəlib. Axı onu da bilirik ki, ölü zonalar ən vacib mərkəzi obyektin çox yaxınlığında olur…

Bu gün [01:19]: Vəkil Fariz Namazlı: “Bütün vəsatətlərimiz əsassız olaraq rədd olundu”
Bu gün [01:12]: RATİ-nin ofisində axtarış aparıldı
Bu gün [00:47]: Qəhqəhə çəkməyin sağlamlığa faydaları
Bu gün [00:39]: Gözəgörünməz qorillalar
Bu gün [00:34]: Bakı-2015 ilk Avropa Olimpiya Oyunları ilə bağlı layihəyə start verildi
Bu gün [00:33]: «Milli maraqlar ön planda olmalıdır»
Bu gün [00:25]: Orta məktəbdə attestat “sövdələşməsi”
Bu gün [00:18]: Bakcell-dən Klass abunəçilərinə xoş xəbər
Bu gün [00:15]: Təhsil nazirindən saxta diplomlu müəllimlər haqqında AÇIQLAMA
Bu gün [00:10]: Bürclər - 9 avqust
Bu gün [00:06]: Rusiya bazarları Azərbaycanın üzünə açılırmı?
Bu gün [00:02]: «Sovetski»də evlər söküldü, etirazlar başladı
8/8/2014 [23:58]: “Bakının balanslı siyasət limitinin tükənməsinə hələ çox var”
8/8/2014 [23:52]: Səyyar “ASAN xidmət” Qəbələdə
8/8/2014 [23:50]: İnsan alveri qurbanlarına pul yığıldı
8/8/2014 [23:45]: Hərdən qatilə çevrilən Xəzər…
8/8/2014 [23:38]: Gözəgörünməzlər erası başlayır
8/8/2014 [23:34]: Yeni veloelektromobil nəqliyyat vasitəsi
8/8/2014 [23:16]: Narkoman özünü hovuzda hiss edib 3-cü mərtəbədən tullandı - VİDEO (18+)
8/8/2014 [23:06]: Yunan əsgərlər: “Türklərin qanını içəcəyik” - VİDEO
8/8/2014 [22:51]: Azərbaycanlı milyarderin mülkü Türkiyə mətbuatında - FOTOLAR
8/8/2014 [22:25]: “Biz sülh istəyirik, artıq müharibədən bezmişik” - VİDEO
8/8/2014 [22:22]: Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub
8/8/2014 [21:38]: Dünyanın ən gözəl ordusu - FOTOLAR
8/8/2014 [21:21]: Azərbaycan prezidenti Rusiya Federasiyasına işgüzar səfərə gedib
8/8/2014 [21:05]: Ukrayna hərbçiləri daha bir şəhəri azad edib
8/8/2014 [21:01]: Sunamidə itən qız 10 ildən sonra valideynlərinə qovuşdu
8/8/2014 [20:53]: İstanbulu su basdı - VİDEOLAR
8/8/2014 [20:44]: Məhkəmə İntiqam Əliyevi 3 ay müddətinə həbs etdi
8/8/2014 [20:43]: Tramvay sürən qadın ilk iş günündə 2 nəfəri vurdu - FOTOLAR
8/8/2014 [20:30]: Bizim (s)öz silahımız, yaxud müharibə həftəsinə sözardı
8/8/2014 [20:16]: Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçirilib
8/8/2014 [20:12]: Azərbaycanlıları Luqansk və Donetsk vilayətlərini tərk etməyə çağırıblar
8/8/2014 [20:04]: 3 yaralı hərbçimiz Türkiyəyə aparılır
8/8/2014 [19:59]: RATİ-nin əmlakı müsadirə edildi, digər ofisdə axtarış davam edir - FOTOLAR
8/8/2014 [19:29]: Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
8/8/2014 [19:20]: Prezident sərəncam verdi
8/8/2014 [18:50]: “Ebola” virusunun Azərbaycanda yayılması barədə AÇIQLAMA
8/8/2014 [18:29]: ABŞ hərbi təyyarələri İŞİD-ə zərbələr endirməyə başladı
8/8/2014 [18:26]: Nazir yaralı hərbçilərə baş çəkib - FOTOLAR
8/8/2014 [18:13]: İraqda İŞİD-ə ağır zərbə
8/8/2014 [18:12]: Sabah futbol üzrə XXIII Azərbaycan çempionatına start veriləcək
8/8/2014 [17:44]: İntiqam Əliyevə Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham elan olunub
8/8/2014 [17:40]: İhsanoğlu: “Erməni soyqırımı” tarixçilərin işidir"
8/8/2014 [17:19]: Alman deputatdan birmənalı mövqe
8/8/2014 [17:04]: Petrosyanın ölüm xəbəri ailəsinə çatdırıldı
8/8/2014 [16:53]: “Sovetski”də söküntü ilə bağlı qalmaqala aydınlıq gətirildi
8/8/2014 [16:48]: Maydanda partlayış: yaralılar var
8/8/2014 [16:44]: Ukraynada 15 hərbçi həlak olub, 79-u yaralanıb
8/8/2014 [16:39]: Sumqayıtın bəzi məktəbləri bağlana bilər
8/8/2014 [16:32]: Emin Hüseynov polis tərəfindən saxlanılması barədə xəbər yayılıb
8/8/2014 [16:18]: “Qarabağ” və “Neftçi”nin rəqibi bilindi
8/8/2014 [16:12]: İlham Əliyev Tvitterdə könüllü cəbhəyə getmək istəyənlər barədə yazdı - FOTO
8/8/2014 [16:10]: Dövlət Bayrağı Meydanında bayraq endiriləcək
8/8/2014 [15:40]: Tovuzda ələ keçirilən erməni diversant Karen Petrosyan ölüb - RƏSMİ AÇIQLAMA
8/8/2014 [15:36]: “Qızım, sən ordan yıxılanda...” - Övladını itirən jurnalist
8/8/2014 [15:12]: Prezidentlər sabah görüşəcək
8/8/2014 [15:11]: Məhbusların aclıq aksiyası keçirməsi xəbərinə RƏSMİ AÇIQLAMA
8/8/2014 [15:02]: Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı itkin düşənlərin son statistikası açıqlandı
8/8/2014 [15:01]: İzmirdə sel sularının qurbanı - VİDEO
8/8/2014 [14:52]: İstanbulda fəlakət - VİDEO
8/8/2014 [14:45]: Dünyanın 3-cü ən böyük məscidində şəhidlərimiz üçün cənazə namazı qılındı - FOTOLAR
8/8/2014 [14:33]: Düşmən gülləsi altında davam edən həyat - VİDEO
8/8/2014 [14:32]: İntiqam Əliyev saxlanılması ilə bağlı danışdı - VİDEO
8/8/2014 [14:22]: Azərbaycanda hüquq müdafiə təşkilatının ofisi polis tərəfindən mühasirəyə alındı - YENİLƏNİB
8/8/2014 [14:18]: Sabahın hava proqnozu
8/8/2014 [14:16]: Apellyasiya Rəsul Cəfərovu həbsdə saxladı
8/8/2014 [14:11]: Ağsuda izdihamlı şəhid dəfni - VİDEO
8/8/2014 [14:03]: Yasamalda sürücüyə bu cür dərs verdilər
8/8/2014 [13:58]: Magistratura pilləsinə boş qalan yerlərin sayı açıqlandı

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами