Paulo Kasasa: Azərbaycanda prezident seçkiləri bəzi Qərb ölkələrinə nümunə ola bilər

Paulo Kasasa: Azərbaycanda prezident seçkiləri bəzi Qərb ölkələrinə nümunə ola bilər

Oktyabrın 11-də ABŞ-ın “Sharnoff's Global News“ analitik portalında İnsanlar Arasında Əməkdaşlığın Yenilənməsi Alyansının icraçı direktoru Paulo Kasasanın “Azərbaycan demokratiyaya doğru yolda” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Gün.Az AzərTAc-a istinadən xəbər verir ki, prezident seçkilərinə nəzarət edən müşahidəçilər missiyasının tərkibində bu yaxınlarda Azərbaycanda olmuş müəllif Bakıda seçkilər zamanı təəssüratlarından söz açır.

P.Kasasa yazır ki, minlərlə müşahidəçidən biri kimi o, 25 seçki məntəqəsində prosedurları və qalan məntəqələrdə səslərin hesablanmasını əsaslı şəkildə yoxlamışdır. Bütün məntəqələr bəxtə-bəxt seçilmişdir. Müəllif yazır ki, beynəlxalq standartlarla azad və ədalətli seçkilərə zəmanət verən qaydalar bir çox cəhətdən bəzi Qərb ölkələri üçün örnək ola bilər. Məsələn, gözdən zəif olanlar üçün xüsusi bülletenlər, fiziki imkanları məhdud olan insanların və ya həbsxana kameralarındakı məhbusların səslərinin qəbul edilməsi üçün mobil stendlər təşkil edilmişdir.

Müəllif yazır: “Müşahidə etdiyim seçki məntəqələrində səslərin hesablanması zamanı seçicilərin iştirakının faiz payı 68 faiz olmuşdur. Onların da 90,2 faizi hakim partiyadan perspektivli namizədə səs vermişdir. İştirakçıların hamısının, o cümlədən uduzan namizədlər tərəfindən müşahidəçilərin müşahidə və təsdiq etdikləri prosedur tamamilə şəffaf olmuşdur”.

P.Kasasa yazır ki, o, bütün prosedurları sərbəst müşahidə etmiş, iştirak edən bütün tərəflərə müraciət edə bilmişdir. O yazır ki, beynəlxalq müşahidəçi kimi hərəkət etmək və istənilən vaxt kağızları yoxlamaq imkanı olmuşdur. O, belə bir faktı da qeyd etmişdir ki, müxalifətin əsas namizədi Cəmil Həsənli tərəfindən olan müşahidəçilər seçki iştirakçılarından 5-10 metr məsafədə müşahidə apardıqları üçün etiraz etmişlər. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin məntəqələrdən 150 metr məsafədə dayandıqlarını nəzərə alsaq, onda mübahisə və anlaşılmazlığa yol verməmək üçün müşahidəçilərin nə üçün yaxına buraxılmadıqlarını başa düşmək olar. Bu qayda dünyanın hər yerində tətbiq olunur.

P.Kasasa vurğulayır ki, müxalifətin əsas namizədinin səslərin kütləvi saxtalaşdırılması və bülletenlərin qutulara toplu halında salınması barədə iddiaları həqiqətə uyğun deyildir.

P.Kasasa yazır ki, o, seçkilərin keçirilməsi barədə bəzi müşahidəçilərin rəyi ilə razılaşmır, çünki Azərbaycanın indiki Prezidenti və prezident seçkilərinin qalibi regionda sülhün saxlanılmasının təminatçısıdır. O, müsəlman ölkəsində zərif cinsin nümayəndələrinin seçkilərdə fəal iştirak etməsi və seçki məntəqələrindəki komissiyalarda təmsil olunması üçün lazımı şərait yaratmışdır.

Onun hakimiyyəti dövründə açıq cəmiyyət inkişaf edir. Burada yüzlərlə qəzet, mətbuat və televiziya nümayəndəlikləri, “Facebook” sosial şəbəkəsinin milyonlarla regional istifadəçisi, beynəlxalq KİV-lərdən və İnternetdən geniş istifadə üçün peyk antenaları mövcuddur. Bu da təsdiq edir ki, Qərb KİV-lərinin təsvir etdikləri kimi bu hakimiyyəti “totalitar dəhşət” kimi təsəvvürə gətirmək qeyri-mümkündür. Azərbaycan “çox dumanlı bir əhatədə” “sülh adasına”, çiçəklənən regiona, dini və etnik tolerantlıq mühitinə çevrilmişdir. Qafqaz regionunda qeyri-sabitliyin fanatları zəngin, dünyəvi və demokratik Azərbaycandan yalnız örnək götürə bilərlər.

Gün.Az
Share Share Share Share Share
Baxışların sayı: 126
Digər Xəbərlər

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами