İran parlamenti Xocalı soyqırımına münasibətini bildirəcək

İran parlamenti Xocalı soyqırımına münasibətini bildirəcək

Azərbaycanla İranın çox geniş və qədim əlaqələri var, tarixi əlaqələrimiz iki ölkənin dərin bağlılığı və ortaq dəyərlərinin göstəricisidir.
Gün.Az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İran nümayəndə heyətinin başçısı, İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, səfər zamanı müzakirələrin əsas mövzularından biri iki ölkə parlamentlərindəki dostluq qruplarının fəaliyyətinin genişləndirilməsi, dostluq qrupları arasında əməkdaşlığın dərinləşdirilməsi olub:

“Azərbaycan parlamentində İranla dostluq qrupunun tərkibində təcrübəli insanlar var. Hesab edkrik ki, dostluq qrupları əlaqələri genişləndirməklə regional problemlərin həlində öz rolunu oynaya bilər”.

İranlı parlamentari Milli Məclisin sədri Oktay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Yeni Azəbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədovla görüşlər keçirdiklərini deyib.

Bütün görüşlərdə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu. C.Cahangirzadə deyib ki, Dağlıq Qarabağ İranın həssas yanaşdığı mövzulardan biridir.

“İran hesab edir ki, regional problemlərin həllində kənar müdaxilənin olması doğru deyil. Eyni zamanda ölkələrin sərhədlərinə qonşu ölkələr tərəfindən hörmət edilməli və tanınmalıdır”.

O deyib ki, ATƏT-in Minsk qrupu yarananda İran elan etmişdi ki, onun tərkibi münasib deyil.

“Görüşlərdə də elan etdik ki, İran Qarabağ münaqişəsini  nizamlanmasında hər cür vasitəçilik üzərinə götürməyə hazırdır”.

İran parlamentini Xocalı soyqırımını tanıya bilməsinə gəlincə, o deyib ki, Xocalı faciəsi ilə bağlı da müzakirələr aparılıb:

“Belə qərara alındı ki, dostluq qrupları müşttərək məktub hazırlayıb İran parlamentinə təqdim etsin və İran parlamenti bu faciəyə öz münasibətini bildirsin. Biz də çoxlu şəhidlər vermişik və Azərbaycanı yaxşı başa düşürük”.

Pərvanə Sultanova
Gün.Az
Share Share Share Share Share
Baxışların sayı: 208

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами