Dövlət Sərhəd Xidmətində (Göytəpə) kirədə qalan zabitə qəsd edilib
Cəlilabad rayonunda silahlı insident baş verib. APA TV-nin xəbərinə görə, rayonun Göytəpə şəhərində Cəlilabad sakini, 31 yaşlı Abbas Fəxrəddin oğlu Sərdarov şəxsi münaqişə zəminində onun atasının evində kirayədə yaşayan Dövlət Sərhəd Xidmətinin leytenantı, 23 yaşlı Asim Əziz oğlu Əzizovu odlu silahla yaralayıb. Ov tüfəngindən açılan atəşlə yaralanan zabit Cəlilabad Rayon Müalicə Dioqnostika Mərkəzinə çatdırılıb. Burada ilkin tibbi yardım gostərdikdən sonra zabitin vəziyyəti ağır olduğundan onu Bakı şəhərinə yola salıblar.
Şahidlərin sözlərinə görə, hadisə zabitlə yaşadığı evin sahibi Fəxrəddin Sərdarovun arasında bir neçə müddət öncə baş vermiş mübahisə zəminində baş verib. Deyilənlərə görə, Asim Əzizovun həyətdə alt paltarda gəzməzi ev sahibinin narazılığına səbəb olub.
Hadisəni törətmiş Abbas Sərdarov, saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
HTML-kod
Комментарии
Отправить комментарий