Azərbaycan oğlanlar ölkəsinə çevrilir

Azərbaycan oğlanlar ölkəsinə çevrilir 243

  • 11.10.2013 18:11
Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları günü kimi qeyd edilir. Bu günün doğulan qız uşaqları sabahın gənc qızları və anaları olacaqlar. Amma bu gün bir çox dünya ölkələrində qız uşaqları doğulmadan, ana bətndəcə məhv olur.

Bu gün dünya əhalisi 7 milyarda çatır. Lakin hər gün doğulan uşaqlar içərisində qızların sayı azalır. Xüsusilə də bəzi Şərq ölkələrində – Hindistanda, Çində, ərəb ölkələrində ailələr qız uşağını dünyaya gətirmədən, bətndəcə məhv edirlər. Son illər bu proses Azərbaycanda da müşahidə edilir.
Nüfuzlu “Science“ jurnalı qeyd etdiyimiz sahədə araşdırma aparıb və məlum olub ki, dünyada təbii halda hər 100 qıza qarşılıq 105 oğlan doğulur. Amma bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni şəkildə oğlanların xeyrinə dəyişdirilir. Məsələn, Çində hər 100 qıza 120-150, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə hər 100 qıza qarşı 115 oğlan dünyaya gəlir.

Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2012-ci ildə ölkəmizdə 174 min  469 uşaq doğulub. Bunlardan 93 min 587-i oğlan, 80 min 882-i qız uşağıdır.

Bu ilin birinci yarısında isə ölkədə 83,1 min, yaxud hər gün orta hesabla 459 körpə doğulub. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır.

Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda hər 1000 kişiyə 1013 qadın düşür.

Qız uşağını istəməmək isə balansın pozulmasına, oğlan uşaqlarının sayında artımın olmasına səbəb olur. Məhz müstəqillik illərindən sonra oğlan uşaqlarına üstünlük verilməsi bu gün 1-ci sinfə gedən uşaqlar arasında da fərqin yaranmasına səbəb olub.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilir ki, 2013-2014-cü tədris ilində 141166 nəfər birinci sinfə gedib. Onlardan 74998-i oğlan, 66168-i qızdır.

Hamiləlik dövründə ailənin dölün cinsiyyətinin öyrənməsi son halda qız uşaqların abort edilməsi ilə nəticələnir. Ultrasəs (USM) müayinəsindən sonra qız olduğunu biləndə valideynlərin çoxu hamiləliyi dayandırmaq qərarına gəlirlər. Beləliklə, hər il dünyada 160 milyon qız doğulmadan öldürülür.

Azərbaycanda uşaqların cinsiyyətinin əvvəlcədən öyrənilməsinə qadağa qoyulmasına baxmayaraq, valideynlər xəstəxanalarda USM cihazları vasitəsilə bunu öyrənirlər. Nəticədə isə uşağın qız olduğunu bilən ana aborta gedir.
Klipler.tv

Read more: http://klipler.tv/xeber-azerbaycan-oglanlar-olkesine-cevrilir-t46638.html#ixzz2hS3DbTBn

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами