“Qara siyahı” tuturam – Köşə

“Qara siyahı” tuturam – Köşə


Orxan Fikrətoğlu
Orxan Fikrətoğlu

Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi Bakıdan icazəsiz erməni işğalı altında olan Qarabağa səfər edən xarici ölkə vətəndaşlarını bizim üçün arzuolunmaz şəxslər siyahısına salır.
Dağlıq Qarabağı qanunsuz olaraq idarə edən, separatçı və terrorçu rejimlə əlaqələri olan hər bir kəs dünyada terrorçuluğu və separatçılığı dəstəkləmiş olur.

Əslində, Xarici İşlər Nazirliyimiz bu kontekstdə “qara siyahı” tutmaqda haqlıdır. Ona görə yox ki, biz torpaqları işğal olunmuş tərəfik.

Ona görə ki, beynəlxalq hüquq normalarına görə dinindən və dilindən asılı olmayaraq istənilən terrorçu qrupun yaratdığı hər hansı bir idarəçilik institutu Avropa qanunlarından və birgəyaşayış normalarından uzaqdır. Və belə rejimləri dəstəkləyən, fiziki və hüquqi şəxslər də  terrorçularla bir məsuliyyəti daşıyır.

Deyək ki, biz heç tərəf deyilik. Biz Avropa hüquq təsisatlarının üzvüyük, axı?! Və ancaq özümüzü deyil, bütün dünyanı terrordan qorumaqdan ötrü bu addımı atmağa məcburuq. Dağlıq Qarabağı işğal etmiş Ermənistan da, torpaqları işğal olunmuş Azərbaycan da sözünün kəsəri olmayan BMT-nin üzvüdür və bir hüquq ərazisinə, hüquq normativlərinə aiddir.

İşğal altında olan torpaqlara səfər edən vətəndaşların əksəriyyəti də Avropa hüquq təsisatlarına aid olan ölkələrin vətəndaşlarıdır. Və onlar kimi, təmsil etdikləri ölkələr də bu addımlarına görə hüquqi məsuliyyət daşıyırlar.

Amma burada başqa bir əmma da var. Əslində, məndən olsa, o “qara siyahı”ya ən əvvəl ATƏT həmsədrlərini və Dağlıq Qarabağ oyununu düşünən siyasi konfliktoloqları salardım. “Dovşana qaç, tazıya tut” deyən bu qurumlar hələ heç vaxt haqsızı haqlıdan ayırmayıblar.

Görünür, bu nə sülh, nə savaş gerçəkliyi ölkələrə təzyiq baxımından onlara daha çox sərf edir. Bizi anlaşılmaz bir oyuna salan bu “başını qat, hökm et” devizli bu adamlar coğrafi və ruhani gerçəklikdə çox qəribə bir mənzərə yaradıblar.

ATƏT Qarabağ məsələsinin siyasi həllinə cavabdehdir. Azərbaycan hələ ki, siyasi və diplomatik vasitələrlə, barış və sülh missiyası ilə hərəkət edərək bu problemin həllində qan axtarmır. Ermənistan prezidenti Sarkisyan Gömrük İttifaqının son yığıncağında Orta Asiya türklərinə atdığı “siz Azərbaycana yardım edirsiniz” atmacasının arxasında nələrin durduğu yəqin ki, sizə də bəllidir.

Qaşınmayan yerdən qan çıxaranlar bir mütləq həqiqəti anlamalıdır: Azərbaycan gec-tez öz torpaqlarına sahib çıxacaq. Və onda da onun bir “qara kitabı” və “qara siyahı”sı olacaq. O siyahını mən indidən tuturam. Arxayın olun. Və çalışın, o siyahıya düşməyəsiz.

Orxan Fikrətoğlu
Gün.Az
Share Share Share Share Share
Baxışların sayı: 838

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами