Bakıda Qarabağ Araşdırmalar Mərkəzi açıldı - Foto
Bakıda Qarabağ Araşdırmalar Mərkəzi açıldı - Foto
Oktyabrın 4-də Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qarabağ Araşdırmalar
Mərkəzinin açılışı olub.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezident
Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanov bildirib ki, sözügedən mərkəzin
istifadəyə verilməsi Qarabağ barədə yeni səviyyədə araşdırmalar aparmağa
imkan yaradacaq və gələcəkdə gənc tədqiqatçıların formalaşmasına kömək
olacaq.Onun sözlərinə görə, Qarabağın tarixi, mədəniyyəti və müsiqisi ilə bağlı vahid mərkəzin yaradılması artıq reallıqdır:
“Bu mərkəz, Qarabağın tarixi, mədəniyyəti və perspektivlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq”.
E.Aslanovun sözlərinə görə, analoji mərkəzlərin yaradılması xarici ölkələrdə, beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli mövqeyi barədə informasiyaların yayılması üçün imkanlar açacaq.
“Bu birinci təşəbbüsdür və mən əminəm ki, bu digər universitetlər üçün nümunə olacaq. Qarabağın araşdırılması mərkəzləri bütün ali təhsil müəssisələrində fəaliyyət göstərməlidir”, - deyə E.Aslanov bildirib.
Azərbaycan XİN-in rəsmisi Elman Abdullayev öz növbəsində qeyd edib ki, 21-ci əsrdə başqa bir dövlətin sərhədlərinin güc yolu ilə dəyirdirilməsi, onun tarixinin və mədəniyyətinin mənimsənilməsi yolverilməzdir.
O, qeyd edib ki, yeni mərkəz Azərbaycanın tədqiqat strukturlarının yaradılmasına əsaslanan ədalətli mövqeyi barədə beynəlxalq ictimaiyyətin daha yaxşı məlumatlandırılmasına imkan yaradacaq.
Öz növbəsində, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov bəyan edib ki, mərkəzin əsas hədəfi ermənilər tərəfindən Qarabağ barədə yalan məlumatların yayılmasının qarşısının alınmasıdır.
O, bildirib ki, mərkəzdə Qarabağ barədə 3 mindən çox kitab və material toplanıb.
Azərbaycan Respublikası Prezidenti yanından Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov vurğulayıb ki, tarixi ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.
“Mərkəzin fəaliyyətinin əsasında elə bu aspektlər dayanmalıdır”, - deyə o bəyan edib.
O, vurğulayıb ki, gənc nəsil Dağlıq Qarabağ münaqişəsi barədə bütün məlumatları bilməlidir.
F.Məmmədovun sözlərinə görə, gənc nəslin Qarabağı görməməsi və buna görə də ona heç bir aidiyyətinin olmamasına dair yanlış təsəvvür yarana bilər:
“Əslində məhz gənc nəsil öz tarixi torpaqlarına çox bağlıdır, çünki o, güclü dövlətdə böyüyür və onun gücünə söykənir”.
F.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqda nəzərdə tutulmuş istənilən yolla həll edilə bilər.
“Burada həm müharibə, həm də sülh imkanları var. Bu gün, bizi sülhə çağıran ölkələr özləri müharibə aparırlar”, - deyə o qeyd edib.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Mili Məcliyin deputatı Qənirə Paşayeva və başqaları çıxış ediblər.
Elşən Rüstəmov, F.B.
Foto: Tofiq Babayev
Gün.Az
Baxışların sayı: 640
Комментарии
Отправить комментарий