Dövlət Sərhəd Xidməti (DSX) N saylı hərbi hissəsinin zabiti Əzizov Asim Əziz oğlunun güllələnməsi ilə bağlı məlumat yayıb.
DSX zabitin güllələnməsilə bağlı məlumat yaydı |
Tarix: 12.10.2013 | Saat: 15:03:00 | E-mail | Çapa göndər |
Dövlət Sərhəd Xidməti (DSX) N saylı hərbi hissəsinin zabiti Əzizov Asim Əziz oğlunun güllələnməsi ilə bağlı məlumat yayıb.
DSX-nın
Mətbuat Mərkəzindən Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki,
bəzi kütləvi informasiya vasitələrində Cəlilabad rayonunun Göytəpə
şəhərində Dövlət Sərhəd Xidmətinin zabitinin xəsarət alması ilə
nəticələnən hadisə barədə qeyri-dəqiq məlumatlar verilib.
Bildirilib
ki, oktyabrın 10-da Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin
zabiti Əzizov Asim Əziz oğlu Cəlilabad rayonunun Göytəpə şəhərində
kirayə qaldığı mənzildə qonşuluqda yaşayan Sərdarov Fəxrəddin Umud oğlu
ilə aralarında məişət zəminində baş vermiş münaqişə nəticəsində onun
oğlu Abbas Sərdarov tərəfindən ov tüfəngindən açılan atəşlə sarğı
nahiyəsindən yaralanıb. Yaralı dərhal Bakı şəhərinə təxliyə olunub və
üzərində cərrahiyyə əməliyyatı aparılıb. Xəstənin vəziyyəti kafidir.
KİV-lərdə zabitin geyim mədəniyyətinə riayət etməməsi barədəki iddialar
həqiqətə uyğun deyil.
|
Xəbər 22 dəfə oxundu
|
Комментарии
Отправить комментарий