Gülüstan sülh müqaviləsindən 200 il keçir

Gülüstan sülh müqaviləsindən 200 il keçir

Tarix: 12.10.2013 | Saat: 13:20:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan tarixində ən ağrılı hadisələrdən birinin - torpaqlarımızın Rusiya və İran arasında bölüşdürülməsinin əsasını qoyan “Gülüstan” sülh müqaviləsinin imzalanmasının 200 ili tamam olur. 
 
1813-cü il, oktyabr ayının 12-də Rusiya ilə İran arasında  Qarabağın Gülüstan kəndində Azərbaycanın parçalanmasına yol açan 11 bəndlik sülh anlaşması imzalanıb. Tarixə “Gülüstan” sülh müqaviləsi adı altında düşən bu anlaşmaya əsasən, Şimali Azərbaycan xanlıqlarından Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki və Dərbənd Rusiyanın işğalı altına keçib. Bununla da İran və Rusiya tərəfindən qədim Azərbaycan torpaqlarının hissə-hissə parçalanmasının və millətimizin yox edilməsinə yönələn çirkin bir siyasətin həyata keçirilməsinin əsası qoyulub. Onu da deyək ki, iki böyük işğalçı dövlət arasında imzalanan “Gülüstan” sülh anlaşmasından əvvəl Azərbaycanın ümumi ərazisi 410 min kvadratkilometr olub. Azərbaycan torpaqlarının parçalanmasına xidmət edən bu biabırçı sülh anlaşması barədə Abbasqulu Bakıxanov “Gülüstani-İrəm” adlı əsərində belə yazıb: “Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyil göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya və İran dövlətləri arasında əhdnamə bağlandı”. Bu müqavilədə Azərbaycanın adı çəkilməyib. Çünki torpaqlarımızı öz aralarında bölüşdürən bu iki təcavüzkar dövlət Azərbaycan adının çəkilməsinin gələcəkdə bu torpağın əsl sahiblərinin öz haqlarını müdafiə üçün ayağa qalxacağından ehtiyat etmişdilər. Beləliklə, 12 oktyabr dövlətçilik tariximizdə, xalqımızın həyatında ən faciəli gündür.  Azərbaycan xalqı bu faciədən ibrət dərsi götürməli, tarixboyu bunu unutmamalıdır. Bunu bizim gələcəyimiz, milli varlığımızı qoruyub saxlaya bilməyimiz tələb edir.

Teleqraf.com



Xəbər 35 dəfə oxundu

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами