İsraildə Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı səyyar sənədli fotosərgi öz yürüşünü davam edir
İsraildə Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı səyyar sənədli fotosərgi öz yürüşünü davam edir
İsrailin mərkəzi şəhərlərdən biri olan
Netanyada Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı səyyar sənədli
fotosərgi öz yürüşünü davam edir.
Gün.Az xəbər verir ki, Xocalı soyqırımının 21-ci
ildönümünə həsr olunmuş “Xocalıya ədalət” adlı anma mərasimi və sənədli
fotosərgi keçirilib.Fotosərgi bu ilin fevral ayının 25-də Təl-Əviv Universitetinin nəzdində fəaliyyət göstərən Yəhudi Diaspor Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət kampaniyası”nın və “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq Təşkilatının dəstəyi, “Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə baş tutub.
Oktyabrın 8-də isə Netanya şəhərində Xocalı qətliamının dəhşətli və qanlı hadisələrini əks etdirən fotosərgi açılıb. Sərginin açılış mərasimində İsraildə akkreditə olunan diplomatik korpusun nümayəndələri, ictimai təşkilatların başçıları, İsrailin mass media nümayəndələri iştirak ediblər.
Fotosərgini açan, “Azərbaycan – İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut Dağlıq Qarabağ münaqişəsindən danışıb və fotosərgidə iştirak edən İsrail ictimaiyyətinə Xocalı qətliamına həsr etdiyi prezentasiyanı təqdim edib.
Arye Qut bildirib ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir.
“Bu fotosərgidə gördüyünüz sənədli şəkillər, dəhşətli dərəcədə dözülməz səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz bir yara açıb. Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış heç bir xocalılıya aman verməyib”.
A.Qutun sözlərinə görə, dünya bu cinayətin təkcə Azərbaycan xalqına deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldiyini bilməlidir.
“Faktlar təsdiq edir ki, Xocalı şəhərinin mülki əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara təkcə azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşıyıb. Bu gün Ermənistanda yüksək vəzifə tutan insanlar - Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana qarşı ittiham irəli sürməlidir. Beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi Xocalı soyqırımına əsl soyqırımı kimi beynəlxalq hüquqi-siyasi qiymət verməlidir”.
Netanya şəhərinin munisipal, advokat Vaqif Əliyev qeyd edib ki Xocalı qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı yönəldilib.
“Xocalı qətliamına həsr edilmiş bu fotosərgi məni sadəcə sarsıtdı. Bu, Azərbaycan xalqına qarşı vəhşilik təzahürüdür. Məhz buna görə də bu sənədli səyyar fotosərgisini il ərzində İsrailin müxtəlif şəhərlərində təşkil edin. Xahiş edirəm sizdən, bu fotosərgini Netanya şəhərinin müxtəlif yerlərində bir neçə ay keçirin. İsrailin siyasi elitası Xocalı qətliamı ilə bağlı məlumatlansın, İsrail ictimaiyyəti və siyasi elita “Justice for Khojaly” kampaniyası çərçivəsində Xocalı qətliamı haqqında dolğun və dəhşətli faktlar haqqında xəbəri olsun”.
Netanya şəhərinin munisipal şurasınn üzvü, “Bizim ev Netanya” təşkilatının sədri Boris Tsirulnik səyyar fotosərgidə gördüyü şəkillərdən sarsıntı keçirdiyini bildirib.
Fidan Əliyeva
Gün.Az
Baxışların sayı: 176
Digər Xəbərlər
-
Ermənilər dörd rayonda atəşkəsi pozublar
-
Millət vəkili italiyalı senatorla Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıb
-
Ermənilər altı rayonda atəşkəsi pozublar
-
İsraildə Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı səyyar sənədli fotosərgi öz yürüşünü davam edir
-
Fərhad Məmmədov: Azərbaycandakı prezident seçkiləri Dağlıq Qarabağ üzrə danışıqlara müəyyən qədər təsir edib
-
Ermənilər üç rayonda atəşkəsi pozublar
-
Amerikada çıxan “The Economist” jurnalında Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc edilib
-
Ermənilər cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar
-
Budapeştdə qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağının nümayişinə cəhdin qarşısı alınıb – Foto
-
Ermənilər 4 rayonda atəşkəsi pozublar
-
Bakıda Qarabağ Araşdırmalar Mərkəzi açıldı - Foto
-
Ermənilər beş rayonda atəşkəsi pozublar
-
Rəsmi Bakı Suriya qaçqınlarının işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsindən narahatlığını bəyan edib
-
Qarabağa səfər edən tələbə Azərbaycana açıq məktub yazdı
-
Beynəlxalq Krizis Qrupu: Dağlıq Qarabağda vəziyyət sabitdir
-
Ermənilər dörd rayonda atəşkəsi pozublar
-
Tofiq Musayev: “Ermənistan təcavüzkarlıq, düşmənçilik, nifrət siyasətini davam etdirir”
-
Prezidentlər Olland və Sarkisyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
-
Ceyms Appaturay: “Qarabağ münaqişəsi dondurularsa, onun nəticələri regiondan kənarda da hiss oluna bilər”
-
Ermənilər dörd rayonda atəşkəsi pozublar
-
Elman Abdullayev: “Ermənistan tərəfi növbəti dəfə beynəlxalq ictimaiyyətin rəyini çaşdırmağa çalışır”
-
Yürgen Klimkenin Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya Bundestaqına etiraz məktubu ünvanlanıb
-
Fransanın Vien şəhərinin meri Dağlıq Qarabağa qanunsuz səfər edib
-
Ermənilər beş rayonda atəşkəsi pozublar
-
Erməni silahlıları 5 istiqamətdə atəşkəsi pozublar
-
“Qara siyahı” tuturam – Köşə
-
Ermənilər üç rayonda atəşkəsi pozublar
-
Polad Bülbüloğlu: “Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri təmasları davam etdirməlidirlər”
-
Mixail Saakaşvili: “Rusiya Dağllıq Qarabağ münaqişəsinin nizamlanmasını istəmir”
-
XİN rəhbəri: “Ermənistan işğalçı siyasəti nəticəsində regionun bütün strateji layihələrindən kənarda qalıb”
-
Ermənilər altı rayonda atəşkəsi pozublar
-
Elmar Məmmədyarov Lamberto Zanierlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
-
Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
-
İran parlamenti Xocalı soyqırımına münasibətini bildirəcək
-
Fransa səfiri Azərbaycanın “qara siyahısı”nda ölkəsinin vətəndaşlarının olmasına münasibət bildirdi
-
Ermənilər üç rayonda atəşkəsi pozublar
-
Edvard Nalbandyan Minsk qrupunun həmsədrləri ilə görüşəcək
-
Azərbaycanın işğal olunan ərazilərinə kimlər səfər edir? – Mövqe
-
Ermənilər beş rayonda atəşkəsi pozublar
-
XİN Kanadadan olan parlamentarilərin Dağlıq Qarabağa qanunsuz səfərini araşdırır
Комментарии
Отправить комментарий