SƏRHƏDLƏRİMİZ HAQQINDA. TƏHLÜKƏLƏR. УГРОЗЫ

Mən belə düşünürəm ki, xaricdən bu məlumatı oxuyanlar və bu saytı hər gün nəzərdən keçirənlər elə düşünürlər ki, bu saytın narkotika aşkar etməkdən başqa işi yoxdur və sərhədlərimizdə o qədər bu zəhərdən tuturlar ki, başqa məsələlərə vaxt qalmır. Onlar da yəqin nəticə çıxarırlar ki, Rusiyaya, Avropaya narkotika elə Azərbaycandan keçir də... İstənilən materialı balanslaşdırılmış şəkildə əks etdirmək daha yaxşı olardı. Sərhəddə təkcə narkotika tutulmur ki? Dövlət sərhədinin təhlükəsizliyinə qarşı yönəldilmiş digər çoxsaylı digər təhlükələr var ki, onlardan da müntəzəm xəbərlər vermək lazımdır. Hərbi təhlükənin aktual olduğu bir şəraitdə həmsərhəd ərazilərdəki vəziyyətin ictimailəşdirilməməsi ölkə üçün zərərli tendensiyadır və sayıqlığın zəifləməsinə səbəb ola bilər. Mən təklif edərdim ki, indiki şəraitdə sərhədin mühafizəsinə yerli əhalinin cəlb edilməsi formalarından geniş istifadə edilməyə başlanmalıdır. Yerli əhalisiz qorunan sərhəd zəif qorunan sərhəddir. Könüllülərdən ibarət xüsusi könüllü vətənpərvər mühafizəçi qrupları yaradılmalıdır. Bunlara ehtiyatda olan zabit sərhədçilər cəlb olunmalıdır. Rusiyada bu çox geniş tətbiq edilir. Niyə bizdə olmasın? Gəncləri, yuxarı sinif şagirdlərini də bu müqəddəs işə cəlb və dəvət etmək vaxtıdır... 

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами