“Con Kerri Azərbaycanda Rusiyanın işğalçılıq planlarını müzakirə edəcək”

“Con Kerri Azərbaycanda Rusiyanın işğalçılıq planlarını müzakirə edəcək”
Qabil Hüseynli: “Avropaya qaz nəqli, Əfqanıstandakı qoşunların daşınması da müzakirə ediləcək məsələlər sırasındadır”
Font: 


ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Gürcüstana planlaşdırılan səfəri artıq indidən Azərbaycanın ictimai-siyasi elitası tərəfindən ciddi marağa səbəb olmaqdadır. Türkiyənin baş naziri Rəcəb Tayyuib Ərdoğanın Bakı səfərinin ardınca C.Kerrinin səfərinin gündəmə gəlməsi, yaxın gəlcəkdə siyasi müstəvidə  daha bir çox hərəkətliliyin müşahidə ediləcəyindən xəbər verir.
Moderator.az-a açıqlamasında C.Kerrinin qarşıdakı səfəri ilə bağlı ehtimalları dəyərləndirən politoloq Qabil Hüseynli hesab edir ki, ABŞ dövlət katibinin səfərində məqsəd Rusiyanın işğalçılıq planlarının müzakirəsidir:
“Con Kerri Cənubi Qafqazda Rusiyanın planları ilə bağlı məsələləri müzakirə edəcək. Onun Azərbaycana və Gürcüstana planlaşdırılan səfərləri bununla bağlıdır. Məlum olduğu kimi, hər iki respublika Rusiyanın təhdidi altındadır. Yəqin ki, səfər zamanı bununla bağlı məsələlər masa üzərinə yatırılacaq”.
Ekspert hesab edir ki, C.Kerrinin səfərində Avropanın mavi yanacaqıla təmini məsələsi də əsas müzakirə mövzularından biri olacaq:
“Digər tərəfdən, C.Kerri həm də Avropaya mavi qazın ixracı ilə bağlı məsələlərlə bağlı da Azərbaycanda müzakirə aparmaq niyyətindədir. Çünki Rusiyaya tətbiq edilən sanksiyalar Avropaya mavi qaz ixracına da aiddir. Bu səbəbdən də Avropaya qaz ixracı məsələsi aktuallıq qazanıb. Şübhəsiz ki, Azərbaycanın Rusiya qazına alternativ ola biləcəyi çoxdan bəllidir. Bu prosesə Türkmənistanı da qoşmaq istəyirlər. Xəzərin dibindən qaz xəttinin çəkilişi də plandadır. Rusiya isə bu prosesin əleyhinədir. Indiki məqamda ABŞ bu məsələni həll etmək fikrindədir. Türkiyənin baş nazirinin Bakıya səfərində də bu məsələ müzakirə olundu”.
Q.Hüseynlinin bildirdiyinə görə, Əfqanıstandakı ABŞ qoşunlarının çıxarılması prosesi də tərəflər arasında müzakirə ediləcək:
“C.Kerri mavi qaz ixracı ilə yanaşı, Əfqanıstandan çıxarılan ABŞ qoşunlarının Azərbaycan ərazisindən daşınması prosesini və bu prosesin daha da genişləndirmək imkanlarını öyrənmək istəyir. Əfqanıstandan çıxarılan qoşun və texnikanın 40%-i Avropaya Azərbaycan vasitəsi ilə ötürülür. Hərbi kontingentin digər qismi isə Rusiya vasitəsi ilə daşınır. Ola bilsin ki, Putin bundan sonra bu daşınmaya mane olsun. Belə olarsa, o zaman bütün yüklərin Azərbaycan vasitəsi ilə daşınması məsələsi də gündəmə gələ bilər. Çox güman ki, C.Kerri bu məsələləri də müzakirə edəcək”.
Ekspertin fikrincə, tərəflər arasında müzakirə ediləcək digər bir məsələ Bakı-Ceyhan neft kəmərinin təhlükəsizliyi ilə bağlı ola bilər. Q.Hüseynlinin sözlərinə görə, Abxaziyanın Rusiya tərəfindən ələ keçirilməsi yaxınlıqdan keçən Bakı-Ceyhan neft kəməri üçün də ciddi təhlükə yaradır:
“Bakı-Ceyhanla bağlı son zamanlar meydana çıxan müəyyən problemlər də müzakirə zamanı diqqət mərkəzində olacaq. Xüsusilə də kəmərin Abxaziya bölgəsinə yaxın yerdən keçən hissəsi müəyyən risk altındadır. Sürünən ilhaq prosesindən istifadə edərək Rusiyanın öz sərhədlərini neft kəmərinə əhəmiyyətli dərəcədə yaxınlaşdırması müəyyən təhlükələr vəd edir. Səfər zamanı bu təhlükənin doğura biləcəyi fəsadlar haqqında da zənnimcə müzakirələr olacaq”.
Politoloq NATO-Azərbaycan münasibətlərinin də müzakiə edilə biləcəyini vurğuladı: “C.Kerrinin səfəri zamanı ola bilsin ki, həm Gürcüstanın, həm də Azərbaycanın NATO ilə bağlı perspektivlləri araşdırılsın. Bu ölkəlrin ərazisində NATO bazalarının yerləşdirilməsi məsələsi də müzakirə obyekti ola bilər”.

Seymur Əliyev

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами