"İndi gedib Rusiyanı bombalayaq?"
Xarici siyasət üzrə debatlar adətən nəzakət çərçivəsində baş tutur. Fikirlər toqquşsa da, nadir hallarda konflikt şəxsi müstəviyə yansıyır.
Martın 21-də avropalı, amerikalısiyasətçi və ekspertlərin, o cümlədən Rusiyanın Aİ və NATO üzrə səfirlərininyığışdığı illik "Brüssel Forumu"nda vəziyyət bir qədər fərqli idi. Bubarədə "EUobserver" məlumat verir.
Estoniyanın prezidenti Tomas İlves(Toomas Ilves) bildirib ki, Rusiya Krımı işğal edərkən Avropa İttifaqı (Aİ)"oturub tamaşa edir" və bir neçə adamı qara siyahıya almaqla özhesabında Moskvaya hədə-qorxu gəlir. Rusiya isə bu reaksiyaya sadəcə gülübkeçir.
Aİ qərarlarını müdafiə edən İtaliyanın xarici işlər naziri Federika Moqerini (Federica Mogherini) kəskin çıxış edib:"İndi gedib Rusiyanı bombalayaq? Həll nədən ibarətdir?"
İlves cavab verib: "Biz özümüzü dəqorumağa başlamalıyıq. Çünki ərazilər işğal edilməyə başlayandan sonra kimzəmanət verə bilər ki bu, davam etməyəcək?"
Rusiyanın Aİ üzrə səfiri Vladimir Çijov(Vladimir Chizhov) Rusiyanın Krıma "müdaxilə"sini müdafiə edərəkdeyib ki, böhran daha əvvəl, Ukrayna dərin siyasi və iqtisadi problemlərə düçarolandan və getdikcə müflisləşən ölkəyə çevriləndən bəri başlayıb.
İlves Çijovu"qeyri-səmimilik"də ittiham edib: "Bir ölkənin sabitliyini pozubsonra da onun müflisləşməsinə görə narahatlıq bildirə bilməzsiniz!"
Xatırladaq ki, Gürcüstanın keçmişprezidenti Mixail Saakaşvili Rusiyanın ötən "müdaxiləsi" -2008-ci il işğalı zamanı bildirmişdi ki, Çijova hörmət bəsləmir. Çijov onaStenli Kubrikin 1964-cü ildə çəkdiyi "Dr.Strangelove" filmindəki bir obrazı xatırladır.
Digər tərəfdən, NATO-nun baş katibiAnders Foq Rasmussen Rusiyanın NATO üzrə səfirini küncə sıxaraq soruşub ki,Rusiya nəyə görə 1999-cu ildə qəbul etdiyi beynəlxalq prinsipə əməl etmir? Həminprinsipə görə, hər bir ölkənin öz beynəlxalq müttəfiqlərinə sərbəst şəkildəqərar vermək hüququ var.
"Bu, doğrudur. Lakintəhlükəsizliyin bölünməzliyini ehtiva edən beynəlxalq prinsip də mövcuddur. Heçkim digərlərinin hesabına öz təhlükəsizliyini artırmayacaq. NATO İstənilənqərarı qəbul etməkdə azaddır. Rusiya da öz təhlükəsizlik marağını qorumaq üçünistənilən qanunu qəbul etməkdə azaddır", - Rusiya səfiri Aleksandr Qruşkodeyib.
"Biz əvvəldən demişik ki, NATOgenişlənməyə davam edərsə, yeni ayırıcı xətlər istehsal etməyə, onları Rusiyasərhədlərinə tərəf aparmağa davam edəcək. Həmçinin bildirmişik ki, bəzihallarda bu ayırıcı xətlər ölkələrin daxilindən keçəcək. Qulaq asıb asmamaqsizə qalıb", - o, əlavə edib.
Rasmussen isə sorğuya çəkməyə davamedib: "Gürcüstan NATO-ya üzvlüyə qərar verərsə və NATO da bunu qəbuledərsə, razılaşarsınız? Gürcüstanın hüququna hörmət edərsiniz?"
Qruşko cavab verib: "Biz bununəleyhinəyik və böyük bir səhv olduğunu düşünürük. Mənim ölkəmin mövqeyibelədir."
Rusiya səfiri həmçinin bildirib ki,Avropa hərbi gücünü göstərməkdənsə, Baltikyanı ərazilərdəki ruslarınhüquqlarına diqqət yetirməlidir. Orada minlərlə insan sadəcə rus dilindədanışdığına görə vətəndaşlığını itirib.
"Fikrimcə, ABŞ qüvvələrinigöndərməkdənsə, bunu etmək daha yaxşı çıxış yolu olar", - o, əlavə edib.
Eyni zamanda, karyerası boyu Rusiyaprezidenti Vladimir Putinlə məşğul olan əsas fiqurlar ona Krımın işğalınınnəticələri barədə xəbərdarlıq ediblər.
Putin bilir ki, NATO Ukrayna və yaGürcüstana görə müharibə aparmayacaq, çünki onlar alyansın üzvü deyillər. NATO-nunkeçmiş baş katibi Yaap de Hoop Sxefferin (Jaap de Hoop Scheffer) fikrincə,Putinin siyahısında növbəti hədəf Moldova ola bilər.
"Moldovanı da unutmayaq. Növbətihədəf həqiqətən də Dnestryanı ərazi ola bilər", - o, deyib.
ABŞ-nın NATO üzrə keçmiş səfiri KurtVolker (Kurt Volker) xəbərdarlıq edib ki, nüvə arsenalından birtərəfliimtinadan sonra Ukraynanın parçalanması dəhşətli hadisədir.
"Rusiyanın Ukraynaya müdaxiləsindənsonra, heç bir ölkə ərazilərın təhlükəsizliyinə zəmanət müqabilində nüvəsilahlarından imtina etməyəcək", - Volker deyib.
1991-ci ildə Sovet İttifaqınındağılmasından sonra müstəqillik qazanan Ukrayna ərazisində dünyanın üçüncü ənböyük nüvə arsenalı mövcud idi. Bu, Britaniya, Fransa və Çindəkindən böyük idi.
Beş ildən sonra Budapeştdə BöyükBritaniya, Rusiya və ABŞ-ın Ukraynanın ərazi bütövlüyünə hörmət edəcəyini vədedən müqavilə imzalanandan sonra, bütün nüvə avadanlıqları Rusiyaya təhvilverildi.
ABŞ prezidenti Barak Obama PutinəBudapeşt memorandumunu pozmaqda olduğunu bildirib. Lakin həm Vaşinqton, həm dəLondon Rusiyanın Ukraynada törətdiklərinə reaksiya kimi hərbi müdaxiləvariantını istisna edir.
Bəzi mənbələr onların Ukrayna ordusunusilahlandıra biləcəyini bildirirlər. Qeyd edək ki, Ukraynanın xarici işlərnaziri Krımdan kənarda hücum edilərsə, özlərini müdafiə etməyə hazırlaşdıqlarınıbildirmişdi.
"Araşdırma" üzrə xəbər lenti
5/4/2014 [15:40]:
Azərbaycanda əxlaqsızlıq yuvasına kim himayədarlıq edir? - Foto
5/4/2014 [10:31]:
AMAY prezidentinin həbsinin təfərrüatı
3/4/2014 [12:52]:
ABŞ kəşfiyyatı Putinin qorxunc Qafqaz planlarını açıqladı - Foto
2/4/2014 [13:40]:
İki adam öldürən məmur oğlu 100 min dollarlıq mərclə yarışırmış - Şok iddia
1/4/2014 [01:12]:
Putin daha 5 ölkəni işğal etməyə hazırlaşır - Sensasion iddia
31/3/2014 [15:59]:
Azərbaycana birləşmək istəyən ermənilər Xankəndindən qovulur
31/3/2014 [13:09]:
Prezident Administrasiyasından Qarabağ əlilləri ilə bağlı xüsusi tapşırıq - Eksklüziv
30/3/2014 [13:14]:
Elman Rüstəmov vəzifəsindən çıxarılır - Vyana qalmaqalı
30/3/2014 [12:38]:
ABŞ kəşfiyyatı gizli yolla 122 dövlət başçısını dinləyib - Siyahı
30/3/2014 [00:48]:
Aprelin 1-dən avtomobillərin qiyməti qalxır
29/3/2014 [15:00]:
"Rusiya Azərbaycan ordusunun hərəkətini peykdən çəkərək Sərkisyana göstərib" - Şok iddia
28/3/2014 [11:48]:
Rəbiyyət Aslanova və Aydın Abbasov "vuruldu" - Eksklüziv
28/3/2014 [11:04]:
Azərbaycanda nazir müavininin oğlu 26 min avroluq saat taxır- Foto
26/3/2014 [12:35]:
Azərbaycandakı Rusiyameyilli qüvvələr təşkilatlanır - Təhlil
25/3/2014 [21:38]:
Azərbaycanda icra başçısı ilə polis rəisi arasında əlbəyaxa dava - Eksklüziv
25/3/2014 [11:06]:
Qarabağ zənciləri kim olublar? - Araşdırma
24/3/2014 [20:47]:
Vəzifəsindən azad olunan Elnur Aslanova qarşı daha bir şok iddia
24/3/2014 [01:20]:
"İndi gedib Rusiyanı bombalayaq?"
23/3/2014 [00:16]:
Zakir Həsənov Prezident Administrasiyasında danlandı - EKSKLÜZİV
20/3/2014 [13:01]:
Əliyev qardaşları azadlığa çıxmaq üçün məşhur lobbi firmasına pul veriblər - Şok iddia
19/3/2014 [12:50]:
Azərbaycanda gizli separatçı təşkilat yaranıb? - Araşdırma
18/3/2014 [12:36]:
Azərbaycana gətirilən yarım milyonluq "Galendewagen"in sahibi məlum oldu
17/3/2014 [12:00]:
Azərbaycanda bir neçə ali məktəb ləğv olunacaq - Eksklüziv
15/3/2014 [11:02]:
Güney Azərbaycanda və İranda bu həftənin ictimai-siyasi mənzərəsi - İcmal
14/3/2014 [10:48]:
"Moskva" Univermağı kimindir?
14/3/2014 [00:17]:
Azərbaycan ordusundan gedən generallar - korrupsiya, ölümlər (Video)
13/3/2014 [17:15]:
Kremlin ideoloqundan Qarabağı Rusiyaya birləşdirmək tələbi
13/3/2014 [01:35]:
Şəmsəddin Hacıyev həbs təhlükəsi ilə üz-üzə - Eksklüziv
12/3/2014 [23:49]:
Azərbaycan təhsilində dəhşətli korrupsiya aşkarlandı - Eksklüziv foto
12/3/2014 [11:15]:
Azərbaycanda daha bir oliqarx oğlu milyonlarını belə nümayiş etdirdi - FOTO
Комментарии
Отправить комментарий