"Rusiya Azərbaycan ordusunun hərəkətini peykdən çəkərək Sərkisyana göstərib"
Bu sensasion iddia ilə Ermənistanda nəşr edilən “Qraparak” qəzeti çıxış edib
Ukrayna Ermənistanın BMT Baş Assambleyasında Krımda keçirilən referendumun nəticələrini qeyri-legitim elan edən qətnamənin əleyhinə səs verməsi Kiyevlə İrəvan arasında diplomatik gərginliyə səbəb olub.
Ukrayna səsvermə ərəfəsində İrəvandan məsləhətləşmələr üçün geri çağırdığı səfirini Ermənistana qaytarmamaq qərarına gəlib.
Xəbərdə bildirilir ki, Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyan səsvermə ərəfəsində Kiyevi əmin edib ki, onun ölkəsi qətnaməyə “bitərəf” qalacaq. Səfir Ermənistan XİN-dən ona belə vəd verildiyini deyib.
Lakin Ermənistan qətnamənin əleyhinə səs verib və səfir Manukyan pis vəziyyətdə qalıb.
“Qraparak” qəzeti isə yazır ki, Ermənistan əvvəlcə qətnaməyə “bitərəf” qalmaq istəyib. Lakin Rusiyanın güclü təzyiqləri ilə üzləşib. Rusiya Ermənistana Qarabağ məsələsi ilə bağlı təzyiq göstərib və bildirilir ki, rusiyalı emissarlar Azərbaycan qoşunlarının Ermənistan sərhədinə doğru və Dağlıq Qarabağ istiqamətində hərəkətini əks etdirən, peykdən çəkilmiş şəkilləri Serj Sərkisyanın masasının üzərinə qoyublar.
Emissarlar işarə ediblər ki, Azərbaycanın özünü “arzuolunmaz şəkildə aparacağı halda” onların tərəfindən Ermənistana kömək edilməyəcək.
Qeyd edək ki, Azərbaycanın Krım ətrafındakı situasiyadan narahat olaraq Ermənistanla sərhədə və Qarabağ boyu cəbhə xəttinə qoşun cəmləşdirdiyi barədə “The European Voice” nəşri də yazmışdı./virtualaz.orq/
Комментарии
Отправить комментарий