Bu oğlanın qəribə bacarığı var

Bu oğlanın qəribə bacarığı var (FOTO)

Bu oğlanın qəribə bacarığı var (FOTO)
Dərc: 
Oxunma: 2240
Şərh: 0
O eşitdiyi bütün sözləri anında tərsinə oxuyur
Bu oğlan həmyaşıdlarından fərqli istedada malikdir. Belə ki, o, bütün sözləri, eləcə də cümlələri oxuduqdan sonra fikirləşmədən tərsinə deyir. Bugun.az Kəpəz TV-yə istinadən xəbər verir ki, qeyri-adi istedada malik olan qəhrəmanımızın adı İmandır. Onun 10 yaşı var. İman bütün sözləri, eləcə də uzun cümlələri oxuyub tərsinə səsləndirir. Valideynləri ilk əvvəllər İmanın sözləri, cümlələri tərsinə oxunmasına fikir verməyiblər. Bu vərdişin ötəri olduğunu fikirləşiblər.
Tahirə Əhmədova, nənəsi: “Biz inanmırdıq ki, bu, belə ola bilər. Sonra gördük ki, bu uşaq fikirləşmədən sözləri, uzun cümlələri tərsinə deyir. Nə isə biz bu uşaqda istedadı hiss elədik”.
Balaca qəhrəmanımızın qeyri-adi istedadı bununla yekunlaşmır. İman heç bir musiqi təhsili olmamasına baxmayaraq eşitdiyi mahnıları pianoda ifa edə bilir.
Tahirə Əhmədova: “Kinolardan mahnıları götürür, sonra özü pianoda çalır. Heç musiqi məktəbinə də getməyib, not tanımır. Ancaq bu uşaqda belə istedad da var”. İman Allahverdiyevin bir istedadı da odur ki, o, deyilən Azərbaycan sözlərini və cümlələrini rus və ingilis dillərində də deyir. Bundan başqa o, rəqəmləri, hətta mahnıları da tərsinə oxuyur.İman Allahverdiyev artıq 4 ildir ki, şahmat məktəbinə gedir. O, müxtəlif yarışlarda iştirak edib və hamısında da qalib gəlib.
Bugun.az

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами