“Görünür Azərbaycana qarşı da nəsə hazırlanır...”

İsa Sadıqov: “Görünür Azərbaycana qarşı da nəsə hazırlanır...”
Polkovnik kəmərlərin başının üstünü alan real Rusiya təhlükəsindən danışdı
Font: 


İki gün öncə ölkənin xəbər saytları Rusiya hərbçilərinin Cənubi Osetiya ilə Gürcüstan sərhəddini yüzlərlə metr irəli çəkdiklərini və Bakı-Ceyhanın burnunun ucunadək gəldiklərini yaydılar. Bunu necə yozmaq olar? Krımın işğalından sonra növbədə deyəsən yenə də Gürcüstandır. Bəlkə 2008-ci ildə Gürcüstana soxulmuş rusların bu ölkədə elə o vaxtdan  nəsə yarımçıq qalmış işləri varmış?
Mühacirətdə olan birinci Qarabağ savaşının qəhrəmanlarından olan polkovnik İsa Sadıqov Moderator.az-a açıqlamasında yaranmış situasıyanı belə qiymətləndirdi:
“Mən bu yaxınlarda Ukraynadan gayıtdım va birmənalı şəkildə bildirə bilərəm ki, bu hadisələr Ukraynada bitməyəcək,mütləq davamı olacaq. Bu davam ayrı-ayrı aspektlərdə olacaq-provokasiyalar,terrorlar, qarsıdurmalar və s. Siz bilirsiniz ki, artıq Cavaxetiya məsələsini qaldırırlar, ermənilərə rus pasportları paylayırlar. Görünür, konkret Azərbaycana qarsı da nəsə hazırlanır. Çox təəssüflər olsun ki,  Azərbaycan bunların qarsısını almaq gücündə deyil. 2008-ci  ildən sonra Rusiyanın həll edə bilmədiyi problemlar qalıb va ən əsası-regiona tam nəzarət sona çatmayıb. Bilirsiniz ki, Qərb Rusiyanın qaz va neftindan imtina etmak fikrindədir və Orta Asiyadan neftin və qazın miqdarını artırmaq istəyir. Bu isə Rusiyanin dağılmasına gətirib çıxara bilər va ona görə də Putin çalışır buralarda da munaqişə  zonaları yaratmaqla əngəllər törətsin. Bu əngəllər yenə deyiram ayrı-ayrı aspektlərdə ola bilər. Ola bilsin köhnə münaqişələr qızışsın,ola bilsin terrorlar baş versin. Ukrayna hadisələri bir də sübut etdi ki, bunlar hər bir cinayata əl ata bilər . Amma bir şeyi da qeyd etməliyəm ki, Putinin bu özbaşınalıqlarına nə Qərb, nə Amerika göz yuman deyil.Sanksiyalar artiq təsir edib və bundan sonra da təsir edəcək. Rusiya təcrid olunacaq va orada ağır iqtisadi vəziyyət yaranacaq. Əminəm ki, daxilda böyük narazılıqlar hiss olunacaq . Buna vaxt tələb olunur, amma mütləq bunlar baş tutacaq.”
 İsa Sadıqov Gürcüstan ərazisindən keçən kəmərlərin aqibətindən də ciddi narahatçılıq keçirilməli olduğu qənaətindədir:
“Konkret olaraq Bakı-Ceyhan və ya Bakı-Ərzurum neft-qaz kəmərlərini gözləyən Rusiya təhlükəsinə gəldikdə isə bilmək lazımdır ki, o kəmərlər mütəmadi təhlükə altındadır. Ona görə ki, hər iki kəmər münaqişə zonasının lap yaxınlığından keçir və o təhlükə bu gün daha da aktuallaşıb. Bilirsiniz ki, Cənubi Osetiyada rusların bazaları yerləsdirilib va orada demək olar ki, tez- tez provokasiyalar, terror aktları həyata keçirilir, Cavaxetiya bölgəsində də həmçinin. Ola bilar ki, yaxın zamanlarda bu munaqişə zonaları təzədən alovlansın, bu çox realdır. Tovuz bölgəsindəki sonuncu atışmaları yadınıza salın. Belə provokasiyalar Gürcüstan arazisində də ola bilər va olacaq. Rusiya Qərbi özündən asılı saxlamağa çalışır və nəyin bahasına olursa olsun Qərbdən güzəştlər qoparmaq istəyir.”

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами