Azərbaycana birləşmək istəyən ermənilər Xankəndindən qovulur

Azərbaycana birləşmək istəyən ermənilər Xankəndindən qovulur
Font: 

Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi siyasi proseslərin neqativ amillərini özünə qarşı yönəldir. Ermənistanda tüğyan edən iqtisadi tənəzzül, siyasi böhran, demoqrafik problemlər bu ölkəni günü-gündən geri aparır. Rəsmi Yerevan bölgə üçün əhəmiyyətli olan enerji layihələrindən də təcrid olunub. Ermənistanın belə durumda yalnız xaricdən alınan borclar, erməni lobbisinin kapitalı və Rusiyanın hərbi, maliyyə dəstəyi sayəsində ayaqda durmasını elə erməni rəsmilərinin bəyanatlarından və statistik rəqəmlərdən də görmək mümkündür. İşğalçı dövlətdə iqtisadi, siyasi təlatümlərlə paralel olaraq ictimai fikir ayrılıqları da ölkəni parçalanma həddinə çatdırıb.

Söhbət əsasən, Dağlıq Qarabağ münaqişəsinə görə erməni ictimaiyyəti arasında yaranmış fikir ayrılığından gedir.

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılan separatçı “Dağlıq Qarabağ Respublikası”nı da tərəf kimi əlavə etsək, o zaman ictimai fikirdə ciddi şəkildə haçalanmanın olduğunu söyləmək olar.

Müşahidəçilər hesab edir ki, Qarabağ probleminin həllinin uzanması erməni cəmiyyətinin mövqeyində çoxtirəlik yaradıb. Qondarma qurumda yaşayan ermənilərin kasıb və orta təbəqəsi Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasını istəyir. Ən azından ona görə ki, cəbhə xəttində yaşamaq onlar üçün arzuolunan deyil. Bundan başqa, hadisələrin indiki şəkildə inkişafı onlara heç bir perspektiv vəd etmir.

Münaqişənin həll prosesinin ildən-ilə uzanması dünyada tanınmayan qondarma rejimin sakinlərinin düşüncələrində Dağlıq Qarabağın Azərbaycana birləşməsi məsələsini də gündəmə gətirir. Qarabağ Ermənistana birləşdirilmir. Dünya birliyi, hətta Ermənistan bu qondarma qurumu tanımadıqca, Qarabağ ermənilərinin qeyd etdiyimiz təbəqələri Azərbaycana meyillənirlər. Söylədiklərimiz təxəyyül məhsulu deyil, faktlar var. Ermənistan iqtidarının yarıtmaz siyasətinin təzahürləri də Qarabağ ermənilərinin Azərbaycana birləşmək istəklərini bir az da aktuallaşdırır. Belə vəziyyətdə hətta separatçı “DQR” rəsmiləri dilə gəlir.

Diqqət edək, “DQR”-in “xarici işlər naziri” Karen Mirzoyan açıqlamalarının birində Dağlıq Qarabağın Azərbaycana birləşməsinin perspektivləri barədə söz açarkən deyib ki, bunu ümid etmək olar. Bu bəyanat “DQR”-lə Yerevan administrasiyasını üz-üzə qoyur. Belə ki, “DQR”-in “XİN rəhbərinin” bu mövqeyinə görə separatçıların “parlamenti”nin nümayəndələri Sərkisyan hakimiyyətini ittiham edir. Onlar bəyan edir ki, K. Mirzoyanın bu bəyanatına görə Ermənistanın kriminal rejimi məsuliyyət daşıyır.

Təsadüfü deyil ki, ötən ilin iyun ayında Qarabağ erməniləri Dağlıq Qarabağda mövcud olan mis-qızıl yataqlarının talan edilməsinə qarşı çıxaraq Ermənistan rəhbərliyinə etiraz ediblər. Azərbaycanın işğal altında olan torpaqlarının talanmasına qarşı məhz Qarabağ ermənilərinin etiraz etməsi isə ortaya bir sıra suallar çıxarır.

Qarabağ erməniləri heç bir vəchlə Ermənistanla razılığa gələ bilmirlər. Bəlkə də bu səbəbdən S. Sərkisyan rejiminin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq fikri yoxdur. Ancaq o da nəzərə alınmalıdır ki, Qarabağda azərbaycanlılar qarşı qanlı cinayətin icraçılarından biri olan S. Sərkisyan da Qarabağ ermənisidir. Üstəgəl, Ermənistanda hakimiyyət Qarabağ klanının əlindədir və erməni cəmiyyətində də Qarabağ ermənilərə qarşı münasibət xoş deyil.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov isə erməni icması ilə görüşün reallaşmamasına görə cinayətkar Sərkisyan hakimiyyətini günahlandırır. Onun sözlərinə görə Sərkisyan və ona yaxın adamlar hər vəchlə bu görüşə mane olmaq istəyirlər və Qarabağın erməni icmasına ciddi təzyiqlər göstərirlər.

Proseslərdən məlumatlı bir adamın belə açıqlaması onu deməyə əsas verir ki, “DQR”-in vətəndaş cəmiyyətləri də Azərbaycana qatılmaq istəyindədirlər. Əks təqdirdə Sərkisyan iqtidarı onlara niyə mane olmağa çalışsın ki? Ən real görünəni məsələ isə Toqquşan siyasi maraqlar, ənənəvi Daşnaksütyun ritorikları, Azərbaycanın işğal altındakı torpaqları üzərindən manipulyasiyaların olduğu da bəllidir. Amma Ermənistanın Kremldən asılılığının artması, onun başbilənlərinin rəsmi Moskvanın forpostu olmasından da daha irəli gedərək Rusiyanın ərazi vahidini xatırladan bəyanatlar səsləndirməsi Qarabağ ermənilərinin, ümumiyyətlə erməni əhalinin ona olan ümidlərini heçə endirir. Özünü güclə dolandıran Ermənistan belə ağır şəraitdə separatçı qurumu necə təmin edə bilər? Yəqin ermənilər Rusiyanın dəstəyinin limitinin tükənəcəyini hesablamamış deyillər və bu baxımdan onlar daha perspektivli gələcək üçün Azərbaycana birləşməyin tərəfdarıdırlar.

Çünki Ermənistan nə qədər təcavüzkar niyyətlərini davam etdirərsə, bir o qədər acınacaqlı durumla üzləşəcək.

Modern.az saytına daxil olan məlumata görə, kasıb və orta təbəqədən olan Qarabağ erməniləri Xankəndini davamlı şəkildə tərk edirlər. Onların Xankəndini tərk etmək istəyi yalnız sosial məsələ ilə bağlı deyil. Artıq Ermənistan hakimiyyəti Qarabağın sadə ermənilərinin Azərbaycana isti münasibətinin olduğunu bilirlər. Belələrini isə ən ağır cəza gözləyir. Son statsistikaya görə bu düşüncədə olan minlərlə erməni Xankəndini tərk edib.

"Araşdırma" üzrə xəbər lenti
5/4/2014 [15:40]:
Azərbaycanda əxlaqsızlıq yuvasına kim himayədarlıq edir? - Foto
5/4/2014 [10:31]:
AMAY prezidentinin həbsinin təfərrüatı
3/4/2014 [12:52]:
ABŞ kəşfiyyatı Putinin qorxunc Qafqaz planlarını açıqladı - Foto
2/4/2014 [13:40]:
İki adam öldürən məmur oğlu 100 min dollarlıq mərclə yarışırmış - Şok iddia
1/4/2014 [01:12]:
Putin daha 5 ölkəni işğal etməyə hazırlaşır - Sensasion iddia
31/3/2014 [15:59]:
Azərbaycana birləşmək istəyən ermənilər Xankəndindən qovulur
31/3/2014 [13:09]:
Prezident Administrasiyasından Qarabağ əlilləri ilə bağlı xüsusi tapşırıq - Eksklüziv
30/3/2014 [13:14]:
Elman Rüstəmov vəzifəsindən çıxarılır - Vyana qalmaqalı
30/3/2014 [12:38]:
ABŞ kəşfiyyatı gizli yolla 122 dövlət başçısını dinləyib - Siyahı
30/3/2014 [00:48]:
Aprelin 1-dən avtomobillərin qiyməti qalxır
29/3/2014 [15:00]:
"Rusiya Azərbaycan ordusunun hərəkətini peykdən çəkərək Sərkisyana göstərib" - Şok iddia
28/3/2014 [11:48]:
Rəbiyyət Aslanova və Aydın Abbasov "vuruldu" - Eksklüziv
28/3/2014 [11:04]:
Azərbaycanda nazir müavininin oğlu 26 min avroluq saat taxır- Foto
26/3/2014 [12:35]:
Azərbaycandakı Rusiyameyilli qüvvələr təşkilatlanır - Təhlil
25/3/2014 [21:38]:
Azərbaycanda icra başçısı ilə polis rəisi arasında əlbəyaxa dava - Eksklüziv
25/3/2014 [11:06]:
Qarabağ zənciləri kim olublar? - Araşdırma
24/3/2014 [20:47]:
Vəzifəsindən azad olunan Elnur Aslanova qarşı daha bir şok iddia
24/3/2014 [01:20]:
"İndi gedib Rusiyanı bombalayaq?"
23/3/2014 [00:16]:
Zakir Həsənov Prezident Administrasiyasında danlandı - EKSKLÜZİV
20/3/2014 [13:01]:
Əliyev qardaşları azadlığa çıxmaq üçün məşhur lobbi firmasına pul veriblər - Şok iddia
19/3/2014 [12:50]:
Azərbaycanda gizli separatçı təşkilat yaranıb? - Araşdırma
18/3/2014 [12:36]:
Azərbaycana gətirilən yarım milyonluq "Galendewagen"in sahibi məlum oldu
17/3/2014 [12:00]:
Azərbaycanda bir neçə ali məktəb ləğv olunacaq - Eksklüziv
15/3/2014 [11:02]:
Güney Azərbaycanda və İranda bu həftənin ictimai-siyasi mənzərəsi - İcmal
14/3/2014 [10:48]:
"Moskva" Univermağı kimindir?
14/3/2014 [00:17]:
Azərbaycan ordusundan gedən generallar - korrupsiya, ölümlər (Video)
13/3/2014 [17:15]:
Kremlin ideoloqundan Qarabağı Rusiyaya birləşdirmək tələbi
13/3/2014 [01:35]:
Şəmsəddin Hacıyev həbs təhlükəsi ilə üz-üzə - Eksklüziv
12/3/2014 [23:49]:
Azərbaycan təhsilində dəhşətli korrupsiya aşkarlandı - Eksklüziv foto
12/3/2014 [11:15]:
Azərbaycanda daha bir oliqarx oğlu milyonlarını belə nümayiş etdirdi - FOTO

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами