Xəstə çağrışçıların hərbi xidmətə çağrılması böyük dövləti cinayətdir»
Zakir Həsənov Arzu Rəhimovu çətin duruma saldı
Yanvar ayında Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılan xeyli çağırışçıda xəstəliyin aşkarlandığı barədə məlumat vermişdik. APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçılardan xəstəlik aşkarlanıb və 157 nəfər geri qaytarılıb. Əslində bu qərar ilə yeni təyin olunan müdafiə naziri Zakir Həsənov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovu çətin duruma salıb. Çünki çağrışçıların hərbi xidmətə yararlı olmasını məhz bu qurum müəyyənləşdirir. Bəs belə bir xətanın yol verilməsinə görə kim məsuliyyət daşıyır? Bununla bağlı araşdırma aparılaraq günahkarlar cəzalandırılmalıdırmı?
Bir müddət əvvəl Müdafiə Nazirliyinin oxşar addım atdığını xatırladan hərbçi ekspert Üzeyir Cəfərov bildirdi ki, geri göndərilən çağrışçılar arasında vərəm daşıyıcıları da olub: «Düşünürdüm ki, həmin vaxt müvafiq orqanlar bu məsələyə aydınlıq gətirərək, prinsipial mövqe müəyyənləşdirəcəklər. Təəssüflər olsun ki, bu günə qədər məsələyə aydınlıq gətirilmədi. Sadəcə olaraq mətbuat yazdı və üzərindən sükutla keçildi. Halbuki bu da ən böyük cinayətlərdən biri idi. Yəni dövlətin bir qurumu dövlətin güc strukturu olan, dövlətin müdafiəsi ilə məşğul olan başqa bir quruma qarşı təxribatla məşğuldur. Hazırkı hadisə ilə bağlı isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov istefa verməlidir. Xanlar Əliyev deyir ki, üç rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi barəsində cinayət işi qaldırılıb. Görünür ortada başqa maraqlar var ki, dövləti mənafeyi ikinci plana keçib».
Ü.Cəfərov vurğuladı ki, hazırda Müdafiə Nazirliyinin xətti üzrə 157 nəfərin hərbi xidmətdən geri çağrılmasına baxmayaraq, digər qurumlardakı situasiya barədə məlumat verilmir: «Axı çağrış yalnız Müdafiə Nazirliyi ilə məhdudlaşmır. Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar, dövlət Sərhəd Xidməti var. Bu qurumlardakı xəstə çağrışçıların taleyi necə olacaq? Onlara görə məsuliyyəti kim daşımalıdır. Burada xeyli suallar var və onlara aydınlıq gətirilməlidir. Burada böyük dövləti cinayətə yol verilir».
Zahid Oruc: «Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəznindəki tibbi komissiyalar ləğv edilməlidir»
Millət vəkili Zahid Oruc isə bildirdi ki, cəmiyyətdə sözügedən məsələyə böyük diqqət var. Vətəndaşların hərbi xidmətə qanunvericiliyin tələbinə uyğun olaraq tam yararlı vəziyyətdə getməsinin önəm daşıdığını deyən Z.Oruc vurğuladı ki, orduya xəstəliklə daxil olan yaxın çevrəsini təhlükə altında qoyur: «İnsanın sağlamlığı qısa müddət ərzində xarici təsir, iqlim şəraitindən asılı olaraq dəyişə bilər. Ona görə çağrışçıların sağlamlığını yoxlayan qurumun ləğv edilməsiylə bağlı bəyanatlarla razı deyiləm. Amma o da etiraf olunmalıdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin resursları sovet dövründən qalıb. Dövlət Xidmətinin nəznində yaradılan tibbi komissiya göndərişlərlə çağrışçıların sağlamlığına qiymət verir. Çıxış yolu heç də həmin qurumu Müdafiə Nazirliyinə birləşdirmək deyil. Ən önəmlisi hərbi xidmət haqqındakı qanunverciliyə görə hərbi xidmətə çağrılan gənclərin sağlamlığı haqqında bir məlumat bazası yaradılmalıdır. Və gənclərin də sağlamlıqlarına ixtisaslaşmış qurumlar cavab verməlidir. Ya hərbi klinikalar, poliklinikalar yaradılmalıdır. Mən həmişə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəznində tibbi komissiyaların ləğvi məsələsini həmişə qaldırmışam».

Комментарии
Отправить комментарий