Qərb ekspertləri Azərbaycan ordusundan danışdılar

Qərb ekspertləri Azərbaycan ordusunun problemlərindən danışdılar


Ordumuzdakı kadrların 25 faizi NATO standartlarına uyğun göstəricilərə malikdir
"Azərbaycan Silahlı Qüvvələrinin müasir təcrübəli kadrlarla təmin olunması prosesində ciddi əngəllər yaranıb”. "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatlarına görə, bu barədə Azərbaycan Silahlı Qüvvələrinin durumu barədə araşdırma aparan Qərb ekspertləri bildiriblər. Qərb ekspertlərinin fikrincə, əsasən aşağıdakı problemlər göz önündədir:
Ali hərbi məktəblərə qəbul zamanı yaşanan problemlər (test balının aşağı olması, kursantların fiziki göstəricilərinin ümumilikdə qənaətbəxş olmaması);
Ali hərbi məktəblərdə təlim-tədris, zabitlərin hazırlığı prosesində mövcud çatışmazlıqlar;
Yeni rütbə almış zabitlərin müxtəlif vəzifələrə təyin olunması prosesində qanunsuzluqlar;
Zabitlərin xidməti inkişafına, karyera artımına əngəl olan amillər;
Zabitlərin xarici treninqlərə, məşğələlərə seçim zamanı baş verən ədalətsizliklər;
Xarici hərbi təhsil müəssisələrində təhsil almış və yaxud təlim və məşğələlərdə iştirak etmiş zabitlərin milli Silahlı Qüvvələrdə lazımi vəzifələrə təyin olunmasındakı problemlər.
"Doktrina” JHAM-a daxil olan məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələrinin kadr potensialının durumu üzrə aparılan araşdırmalar göstərir ki, ümumilikdə Azərbaycan ordusunun xidmətdə olan kadrlarının yalnız 20-25 faizi NATO standartlarına uyğun göstəricilərə malikdir. Bu kadrların tam əksəriyyəti - təxminən 90 faizi briqada komandiri və daha aşağı vəzifələrdə çalışırlar. Müşahidələr göstərir ki, müstəqillik illərində Azərbaycan Silahlı Qüvvələrinin iri hərbi birləşmələrinin rəhbərliyinə, eyni zamanda Müdafiə Nazirliyinin ali idarəetmə strukturlarına NATO standartlarına uyğun zabitlərin təyin olması halı baş verməyib. "Doktrina” JHAM ekspertlərinin fikrincə, vəziyyətin belə şəkildə davam etməsi əslində Azərbaycan Silahlı Qüvvələrini ümumi inkişafdan saxlayır və onun NATO standartlarına uyğunlaşdırılmasına ciddi əngəl törədir. 
Ekspertlər hesab edir ki, əslində bu gün Azərbaycan Silahlı Qüvvələri quruculuğunda ciddi qeyri-müəyyənlik yaşanır. Belə ki, yaxın 5-10 il üçün Azərbaycan ordusunun quruculuq strategiyası bəlli deyil. JHAM hesab edir ki, Strateji Müdafiə İcmalının (Strategic Defense Review) qəbul olunmamasının əsas səbəblərindən biri də hökumətin ordu quruculuğu üzrə strateji addımlar üzrə konkret qərara gələ bilməməsidir. 
"Hökumət ordu quruculuğu prosesi ilə bağlı çaşqınlıq içindədir. Xeyli sayda silah və hərbi texnikanın alınması, hərbi qulluqçuların məvaciblərinin cüzi olaraq artırılması əslində taktiki hədəflər üçündür. Strateji baxımdan Azərbaycan ordusunun quruculuq prioritetləri bəlli deyil. Hakimiyyət bilmir ki, NATO standartlarına uyğun ordu qursun, yoxsa keçmiş sovet standartlarından bəhrələnən sistemə uyğun addımlar atsın. Bəzən ”qarışıq ordu quruculuğu" tərəfdarlarının da fikirləri ortada olur. Amma bəllidir ki, bütün bunlar şifahi səslənən fikirlərdir. Ortada elə bir tutarlı sənəd yoxdur ki, ona baxıb, ordunun gələcəyi barədə aydın fikir söyləyə biləsən. Hərbi Doktrina da bu istiqamətdə dəqiq, müfəssəl bilgiləri, çərçivələri ortaya qoymur", - deyə "Doktrina” JHAM-ın direktoru Cəsur Sümərinli bəyan edir.
C.Sümərinlinin sözlərinə görə, Azərbaycan hakimiyyəti ordu quruculuğu strategiyası üzrə konkret sənədlər üzrə işləməli, Strateji Müdafiə İcmalının qəbuluna çalışmalıdır. "Yalnız bundan sonra ordu quruculuğunun müxtəlif istiqamətləri, o cümlədən kadr təminatının gələcəyi barədə konkret bilgilər ortaya çıxa bilər”, - deyə o bildirib.


Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами