“Mossad” zabiti Bakıda keçirdiyi əməliyyatdan danışdı

“Mossad” zabiti Bakıda keçirdiyi əməliyyatdan danışdı


"İnformasiya aldıq ki, Amerika səfirliyinə hücum edənlərdən üçü Azərbaycanda gizlənir...” 

İsrailin kəşfiyyat xidməti "Mossad”ın keçmiş yüksək rütbəli zabiti Bakıda "əl-Qaidə”nin yüksək ranqlı mənsublarının yaxalanması üçün keçirilmiş məxfi əməliyyatda iştirakından danışıb.

Virtualaz.org xarici qaynaqlara istinadən xəbər verir ki, "Mossad”ın ən peşəkar və xarici ölkələrdə məxfi əməliyyatlar üzrə ixtisaslaşmış zabiti olan Maykl Ross həmin şəxslərin Keniyada Amerika səfirliyinə hücum həyata keçirən qrupun üzvləri olduğunu deyib.

M.Ross "mixednews” portalına müsahibəsində İranın kibertəhlükəsizlik üzrə xüsusi təyinatlı qüvvələrinin komandanı Mojtaba Əhmədinin bu günlərdə öldürülməsi əməliyyatında "Mossad”ın mümkün rolundan bəhs edib.

Keçmiş kəşfiyyat zabiti deyib ki, "Mossad”ın bu əməliyyatı təkbaşına həyata keçirəcəyinə şübhə edir. Onun sözlərinə görə, çox güman ki, M.Əhmədinin öldürülməsi əməliyyatında İsrail kəşfiyyatına İran daxilində fəaliyyət göstərən qrup kömək edib.

M.Ross deyib ki, bu cür əməliyyatları həyata keçirmək üçün iki yol var: "Ya siz ora öz adamlarınızı göndərməlisiniz ki, bu da olduqca təhlükəlidir. Xüsusən İranda. Ya da siz yerli uşaqlardan bir neçəsini ələ ala və onlara həmin vəzifənin yerinə yetirilməsini həvalə edə bilərsiniz. Bunun üçün onları qonşu ölkəyə aparmaq, orada təlim keçmək, öldürməyi, sabotaj təşkil etməyi, bir sözlə, nə lazımdırsa, onu öyrətmək lazımdır”.

Keçmiş kəşfiyyat zabitinin sözlərinə görə, İranın nüvə alimlərinin öldürülməsi əməliyyatında "Mossad”ın iştirakını mümkün sayır. Lakin o, hesab edir ki, bu əməliyyatlarda da İsrail kəşfiyyatına İran daxilindəki qrupların dəstəyi lazım idi.

M.Ross bildirir ki, İranda belə dəstəyi "Xalq mücahidləri” qruplaşmasının üzvləri verə bilər. Bu qruplaşma  Tehran rejiminə qarşı müxalifətdədir.

M.Ross xarici kəşfiyyatların, o cümlədən "Mossad”ın öz agentlərini başqa ölkəyə yeritmək üçün istifadə etdiyi metoddan da danışıb. Bildirib ki, agentin sərhədi keçərkən şübhə doğurmaması üçün hələ XVI əsrdə, İngiltərədə kəşfiyyat və əks-kəşfiyyatının rəisi olan, Məxfi Şuranın (mason lojasının) üzvü, ser Frensis Uolsinqemin metodundan istifadə olunur.

"Sərhədi başqa adamın adı altında keçmək xarici kəşfiyyatın əsas iş metodudur. Mənə məlumdur ki, kəşfiyyat xidmətləri İranın nüvə proqramına mane olmaq üçün mümkün olanı edir” - deyə o bildirib.

M.Ross bir neçə gün əvvəl Liviyada yaxalanan yüksək ranqlı "əl-Qaidə” mənsubu Anas əl-Libi haqda da danışıb. Bildirib ki, o, 1998-ci ilin avqustunda Keniyanın paytaxtı Nayrobidə Amerika səfirliyinə hücumu təşkil edənlərdən biridir.

M.Ross bu hücumun araşdırılmasında iştirak etdiyini deyib: "Bəli, mən bu iş üzərində Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə birlikdə işləmişəm. Biz bu terror aktında iştirak edənlərdən üçünü müəyyən edə bildik. Ona görə də əl-Libinin yaxalanması mənim üçün mühüm hadisə oldu. Bizim təsbit etdiyimiz həmin üç şəxs Misirin o vaxt yeni baş qaldıran cihad hərəkatının liderləri idi. Biz informasiya aldıq ki, həmin şəxslər Azərbaycanda gizlənir və onların Bakıda yaxalanması üçün Mərkəzi Kəşfiyyat İdarəsindən olan uşaqlarla birlikdə Bakıya yollandıq” - deyə Ross bildirib.

Keçmiş "Mossad” zabiti Bakıda kimləri yaxaladığını dəqiq deməyib. Lakin belə görünür ki, söhbət "əl-Qaidə” lideri, misirli Ayman əs-Zəvahirinin Bakıda yaxalanan üç yaxın adamından gedir. Bu əməliyyat barədə vaxtilə Qərb mətbuatı da yazıb.

Qeyd edək ki, M.Rossun haqqında danışdığı həmin "əl-Qaidə”çilər Bakıdakı "Abşeron” otelində (indiki "JW Marriott Absheron” oteli) yatdıqları yerdəcə yaxalanmışdılar. Onların hətta ayaqqabıları da otel otağında qalmışdı.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами