ABŞ kəşfiyyatının rəhbəri Rusiyadan şübhələnir

ABŞ kəşfiyyatının rəhbəri Rusiyadan şübhələnir

ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klapper dövlət katibinin köməkçisi Viktoriya Nuland ilə bu ölkənin Kiyevdəki səfiri Cefri Payetomun skandal yaradan telefon danışıqlarının internetə ötürülməsinin arxasında Moskvanın dura biləcəyini qeyd edib.
İnterfaks agentliyi bildirir ki, bu məsələ ilə əlaqədar olaraq Ceyms Klammer deyib:
”Onlar (Rusiya) təbii olaraq potensial şübhəlilər sırasındadır.”
Klapper onu da vurğulayıb ki, Rusiyanın amerikan diplomatlarını izləməsi "doğru” ehtimaldır. Hadisədən dərhal sonra Ağ Evin mətbuat katibi Ceyn Karni və ABŞ-ın Rusiyadakı səfiri Maykl Maklof danışıqların kənara sızmasının səbəbini bu informasiyanın birinci olaraq Rusiya baş nazirinin müavini Dmitriy Raqozinin köməkçisi Dmitriy Loskutovun "Twitter”-ində peyda olması ilə izah ediblər.
Xatırladaq ki, yuxarıda adı çəkilən diplomatlar Viktoriya Nuland və Cefri Payetomun danışıqları Ukrayna müxalifətinin gələcəkdə qurulacaq hökumətdə necə təmsil olunmasının müzakirəsindən ibarət olub. V.Nuland Viktor Kliçkonun gələcək hökumətdə təmsil olunmasının əleyhinə olduğunu bildirib. Danışığın sonunda isə V.Nuland Ukrayna hadisələrindəki qətiyyətsizliyinə görə Avropa Birliyinin ünvanına açıq şəkildə söyüş yağdırıb.


Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами