"Kurtlar Vadisi" 213 seriya
"Kurtlar Vadisi"ndə
"Kurtlar Vadisi" Fövqəlnaziri vurdu
Ötən gün Türkiyə telekanlında yayımlanan "Kurtlar vadisi pusu” serialının növbəti bölümündə Azərbaycandan bəhs edilib. Serialın 213-cü bölümündə "Ağ saçlı” Polad Ələmdar tərəfindən Azərbaycana göndərilən "Kara”nın Bakıda görüşməli olduğu "Türbədar” öldürülür.
Azərbaycanda "Kara”nı qarşılayanlar onu "Kəmaləddin”in öldürdüyünü bildirirlər. Bunu bıçağın üzərindəki balıq işarəsi ilə müəyyənləşdirirlər.
"İxtiyarlar”ın Azərbaycandan olan heyət üzvünün yerini də Rus mafiyasının rəhbərinə "Kəmaləddin”in satdığı bildirilir.
Ən maraqlı məqam isə "İxtiyarlar”ın Azərbaycandakı adamının "Kəmaləddin”in kimliyilə bağlı sualı cavablandırarkən ortaya çıxır. O, Karanın sualına cavab verərkən "Kəmaləddin”in "rusların Azərbaycanda yeni uşağı” olduğunu bildirir. Və daha sonra bir qədər də dəqiqləşdirərək, "Kəmaləddin”in kürü fabrikinin olduğunu deyir.
Eyni zamanda məlum olur ki, rus baronla əlaqəsi olan "Kəmaləddin”in İranla da müəyyən bağlılıqları var.

"Kurtlar vadisi pusu”nun daha çox siyasi bir serial olduğunu, burda adları keçən şəxslərin real həyatda da mövcudluğu barədə iddiaları nəzərə alsaq, Azərbaycanla bağlı hissədə adı keçən "Kəmaləddin”in kimliyi maraq doğurmaya bilməz.
Serialda "İxtiyarlar”ın Azərbaycandakı adamının dilindən səslənən əlamətlərin bəzilərində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun təsvir olunduğu açıq şəkildə diqqəti cəlb edir.
Serialda "İxtiyarlar”ın Azərbaycandakı adamının dilindən səslənən əlamətlərin bəzilərində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun təsvir olunduğu açıq şəkildə diqqəti cəlb edir.
Məlumdur ki, Azərbycanda kürü fabriki olan yeganə şəxs Kəmaləddin Heydərovdur. Hətta bıçağın üzərindəki işarə də Kəmaləddin Heydərovun fabrikində buraxılan kürülərin üzərindəki işarə ilə oxşardır.
Bundan əlavə Kəmaləddin Heydərovun Rusiya rəbərliyi, xüsusən Putinin "sağ əli” olan müdafiə naziri Şoyqu ilə yaxın əlaqələri, ortaq biznesi olduğu çoxları üçün sirr deyil. Hətta Putinin seçkiqabağı Bakı səfərini də Heydərovun Şoyqu vasitəsilə təşkil etdiyinə dair məlumatlar var.
Kəmaləddin Heydərovun İranla əlaqələrini isə onun əsas biznes ortaqlarından birinin iranlı iş adamı Əhəd olması əyanı təsdiqləyir.
Kəmaləddin Heydərovun İranla əlaqələrini isə onun əsas biznes ortaqlarından birinin iranlı iş adamı Əhəd olması əyanı təsdiqləyir.
Yəni bir çox əlamətlər Kəmaləddin Heydərovu işarə verir. "Kurtlar vadisi pusu”nun ssenaristinin K.Heydərovu bu formada təqdim etməsi isə təəcüblüdür. Çünki bu serialın yaradıcı heyəti ilə Kəmaləddin Heydərovun dostluq münasibətlərinin olduğu haqda məlumatlar vardı. Yazıda təqdim olunan şəkil də bunu əyani göstərir.
Hətta bir ara "Kurtlar vadisi pusu”nun qəhrəmanlarının Qəbələdə Kəmaləddin Heydərova məxsus oteldə istirahəti də təşkil edilmişdi. Serialın seçkiqabağı bölümlərindən birində Azərbaycan hakimiyyətinə dəstək ifadə edən fraqmentlərin yer alması da Kəmaləddin Heydərovun xidməti kimi təqdim olunurdu.

Odur ki, milyonlarla izləyicisi olan serialda Kəmaləddin Heydərovla bağlı kəskin dönüşün səbəbi maraq doğurmaya bilməz. Bu ya "Kurtlar vadisi pusu”nun yaradıcı heyətinin Heydərovdan istədiyini ala bilməməsi ilə bağlıdır, ya da serialda istəkləri nəzərə alınan AKP hökumətinin Azərbaycan hakimiyyətinin seçkidən sonrakı Rusiya meyilli siyasətindən narazı qalması ilə…
Azpolitika.info
Комментарии
Отправить комментарий