Kürdüstan Demokratik Partiyasi Azərbaycanın əksər şəhərlərini "Böyük Kürdüstan” xəritəsinə salıb

Bərzani Azərbaycana ərazi iddiası irəli sürüb


Kürdüstan Demokratik Partiyası Azərbaycanın əksər şəhərlərini "Böyük Kürdüstan” xəritəsinə salıb
 
Məsud Barzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası Azərbaycanın əksər şəhərlərini "Böyük Kürdüstan” xəritəsinə salıb. Kürdüstan Demokratik Partiyasının rəsmi facebook səhifəsində yayılan xəritədə bütün Qərbi Azərbaycan əyaləti, Şərqi Azərbaycanın bir sıra şəhərləri, azərbaycanlılar yaşayan Bicar, Gürvə, Sonqur şəhərləri, Həmədan əyaləti, Naxçıvan və bir sıra başqa şəhərlər daxil edilib. Həmçinin iraqlı soydaşalrımızın yaşyan Kərkük vilayəti, Türkiyənin böyük hissəsi və başqa ərazilər də xəritəyə daxil edilib. Xəritə 500 min kvadrar kilometr ərazini əhatə edir və hazırda həmin bölgədə 55 milyon əhali yaşayır. Sadəcə xəritəyə daxil olan əzəli Azərbaycan şəhərlərində milyonlarla azərbaycanlı yaşayır. Belə xəyali Kürdüstan təşkil edildiyi halda 25 milyon türk, ərəb, assuri, erməni, kəldani və başqa millətlər öz ərazilərindən didərgin düşməli olacaq.
Kürd terroristləri və onların dövlət başçıları belə hərəkətlərlə azərilər başda olmaqla bölgə əhalisinə qanlı müharibə mesajı verirlər.
Xatırladaq ki, Məsud Bərzani Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın dəvətilə Türkiyəyə səfər etmişdi 

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами