Türkiyədən İlham Əliyevdən bəzi şəxsləri həbs etmə tələbi
Türkiyədən İlham Əliyevə həbs tələbi
Qardaş ölkədə başlayan korrupsiya əməliyyatları Azərbaycana sıçrayır
Əliyevdən 11 məmurun rəsmi Ankaraya təhvil verilməsi istənilir
Bu yaxınlarda Türkiyədə siyasi və maliyyə elitasının nüfüzlu fiqurlarının da ailə üzvlərini əhatə edən coxsaylı həbslər oldu və bu proses mütəşəkkil cinayətkar qrupun işi kimi ictimayətə təqdim olundu. Eyni zamanda aydın oldu ki, Avropa Birliyinin sanksiyalar tətbiq etdiyi İran müxtəlif yollarla Turkiyə vasitəsi ilə 89 milliyard ABŞ dolları həcmində cirkli vəsaitin leqallaşdiilmasını aparıbmış. Əslində Türkiyənın qonşusu İrana sanksiyalar üzündən üzləşdiyi problemlərdə dostcasına komək kimi qəbul etmək olardı, əgər sanksiyalarin məhz İranın israrla nüvə silahı əldə etmək istəyi üzündən baş verdiyini bilməsə idi. Bu, həmcinin NATO müttəfiqi olan bir ölkənin nüvə silahı əldə etmək istəyən bir ölkənin bu məqsədində ona dəstək idi. Bu isə həmcinin müttəfiq ölkənin alyansın maraqlarına zərər vurma addımı idi.
Azərbaycanla bağlı regional mütəşəkkil cinayət…
Qeyd edək ki, cirkli pulların yuyulması bu proseslərdə operator rolunda cıxış edən Iranın təhlükəsizlik qurumlarının güclənməsinə xidmət etdi. Bu isə istənilən iqtidar üçün bağışlanılmaz bir addımdır və biz bu həbslərdən sonra Ərdöğan hakimiyyətinin necə cətin günlər yaşadığının şahidi oluruq. AKP höküməti son 10 ildə almadığı zərbəni aldı, bir neçə önəmli nazirlərin özləri istefaya, övladları isə həbsxanaya göndərildi, bəzi millət vəkilləri hakim partiyadan istefa verdi. Rəyi soruşulanlardan məlum oldu ki, hökümətin nüfuzu surətlə düşür, CXP və MHP- nin isə reytinqi artıq. Qarşıdan gələn mart seçkiləri öncəsi bu hakim partiya üçün böyük zərbədir. Türkiyəni qarşıdurma və gərginlik bürüyüb. Meydanlarda miitinqlər, parlamentdə isə deputatlar arasında yumruq davası gedir. Hakimiyyət daxildən çat verib.
Sanksiyaların isə belə arzuolunmaz nəticəyə gəlib cıxdığını şahidi olan Avropa Birliyi isə 2014 cü il ücün İranla ticarət palatasi yaratmagı və onun iştirakı olmadan baş tutan proseslərdə lştirak etmək və deməli həm də nəzarət etmək cəhdi göstərdi. Biz isə bu mövzunu hələlik məhz həbslər aspektindən analiz etməyi düşünürük. Belə ki, Türkiyədəki həbslərdən həmən sonra məhz bu prosesin davamı olaraq Iran da da siyası və maliyyə elita üzvlərindən də bu mütəşəkil cinayətin davamı kimi həbslər baş verdi. Daha sonra isə biz Iraniqtidarının Qərbə yönəlik ilıq mesajlar olan ritorikasının şahıdı olduq. Hər şey o yerə catıb ki, İran prezidenti İran İslam Respublikasının tarixi dövründə ilk dəfə oyuncaqlarla bəzədilmiş şam ağacı fonunda öz fotosunun rəsmi xronikada yayımlanmasının şahıdı olduq.
Həmcinin, "Yeni Cumhiriyyət” qəzetinə daxil olan məlimata görə İranın Azərbaycanla sərhəd vilayətlərinin guc strukturlarında baş tutan yerdəyişmələr və bir necə həbslər baş verdi. Bu günlərdə isə Azərbycanda da qonşu olkə ilə bir neçə sərhəd rayonların polis rəisləri yerdəyişməsi olacağı haqqında anons oldu. Bu haqda anonsu isə Daxili İşlər Nazirliyinin mətbuat xidməti verdi. Bu addım qonşu olkələrdə baş verən olayların fonunda cox düşündürücüdür.
Bu günlərdə isə redaksiyamiza baş verən prosesləri yaxından izləyən Turkiyədə çalışan, adının açıqlanmasını istəməyən araşdırmaçı jurnalist maraqlı bilgilər verib. Mənbəmizin verdiyi məlumata görə bütün göstəriciləri ilə bu prosesi regional mütəşəkkil cinayət olduğuna dəlalət etdiyini göstərir. Məhz bu səbəbdən Türkiyədə və Iranda bu prosesin iştirakçılarının siravi məmurlar deyil, nazirlər və icra başcılarının, bir sözlə hakim elitanın üzvlərinin iştirakını olduğunu xatırlasaq, eyni ssenarinin Azərbycan da da baş verəcəyi qaçılmazdır. Bu ehtimal ətrafında yürüdülən fikir mubadiləsi bizi bu gənaətə gətirir ki, regional mütəşəkkil cinayətə görə Türkiyənin və Iranın hakim elitasını cəzalandiran qüvvə Azərbaycan da da eyni addımlar atacaq. Artıq hadisənin ilk günlərində məxfi əməliyyatda Azərbaycanın strateji əhəmiyyətli postlarından birinin, Türkiyə ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeganə ərazinin- Sədərək Dövlət Gömrük Keçid Məntəqəsinin sədri Mirməhəmməd Seyidovun İstanbuldan Qarsa uçduğu zaman hava limanında həbs olunduğu xəbəri yayıldı. İki gün Azərbaycan mətbuatında hadisə ilə bağlı gedən səthi xəbərlərdən sonra, sanki belə bir hadisə olmamış kimi mövzu qapadıldı. Azərbaycan hakimiyyətinin bəzi dairələri Türkiyədəki korrupsiyaya və çirkli pulların yuyulması əleyhinə olan əməliyyatın Azərbaycana aid bölümündə, konkret olaraq Mirməhəmməd Seyidovun həbsi və onunla əlaqəli baş verənlərə sanki dərin bir moratorium qoydular, mövzunun davam etdirilməsinə imkan vermədilər. Bu barədə bir az sonra...
Maraqlıdır ki, haqqında bəhs edilən regional cinayət şəbəkəsi Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar dövründə Iranla işbirliyində olublar. Bu prosesin görünən tərəfi puldur, arxasında silah, qızıl, ziynət əşyalar alveri, qanunsuz qruplaşmaların maliyyələşdirilməsi və s. dayanır. Nəzərə alsaq ki, bu ölkələr həm də Suriya ilə qonşudurlar və deməli həm də bu qiyabi olaraq Suriyaya dəstək veriblər, Iran isə bütün iki il ərzində Suriyaya açıq dəstək verib. Amma biz həmçinin iki il öncə gəmidə həbs olunmuş Suriyaya gedən və üzərində Azərbaycan Dövlət Gömrük xidmətindən keçmiş pul baratlarını da unutmamalıyıq. O zaman xatırlayırsınızsa Azərbaycan rəsmiləri bu məsələni heç bir formada izah etmədilər.
Azərbaycanda çirkli pullar şəbəkəsinin arxasında kim dayanır?
Türkiyədəki şo həbslərlə bağlı "Yeni Cumhiriyyət” qəzetinə danışam mənbənin verdiyi məlumata və yuxarıda qeyd etdiyimiz kimi Türkiyədə dekabr ayında korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı başlanan böyük bir kampaniya regional mütəşəkkil cinayət olduğundan bu cinayətin kökləri və onu həyata keçirənlərin Azərbaycanda çox ciddi bağlantıları və himayədarları var. Verilən bilgilərə görə həmin şəxslərin dövlətin ən üst qatlarında təmsil olunmaqla böyük çevrəyə, dövləti səlahiyyətlərə, maddi və hərbi gücə malikdirlər. Çirkli pulların hər hansı bir formada- nəğd və ya əmtə şəkilində ölkədən çıxarılması Dövlət Gömrük Xidməti tərəfindən həyata keçirildiyini, bu sahəyə uzun müddət birbaşa və ya dolayısı ilə kimin rəhbərlik etdiyini eyni zamanda yuxarıdaki imkanları nəzərə alsaq bu şəxsin kim olduğu məlum olur. Eynən mənbəmiz də bu məlumatı təsdiqləyir. Bu şəxs ölkədə az qala 2- ci prezident statusuna malik, əvvəlcə Dövlət Gömrük Komitəsinin, hazırda isə Fövqəladə Hallar naziri işləyən Kəmaləddin Heydərovdur. Yalnız o müxtəlif sahələrə, çeşidlərə və mənbələr məxsus çirkli pulları və mal- materialları bir əldə cəmləyib ölkədən ixrac və idxalına, eləcə də həmin malların beynəlxalq dövriyyəsinə rəhbərlik edə bilər.
Azərbaycanda həbs oluna biləcək məmurlar kimdir fikirləşəndə ilk ağıla gələn Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Onun adı çirkli pulların yuyulmasında keçir. K. Heydərov bu prosesi özünün firmaları və şirkətləri vasitəsi ilə həyata keçirib. Daha sonra adı Beynəlxalq təhlükəsizlik reportlarından qaçaqmalçılıq edən PKK ilə əlaqədə olan adamlar gəlir, bunları isə biz zaman- zaman yerli və Beynəlxalq mediada eşidirik.
İlham Əliyevdən həbsi tələb olunan 11 nəfərlik siyahı
Türkiyədəki mənbənin "Yeni Cumhiriyyət” qəzetinə daxil olan məlimata görə Kəmaləddin Heydərovun adı müxtəlif növ gizli yükdaşımalarından tutmuş dini qrupların maliyələşməsinə qədər geniş bir çətəni əhatə edir. Çox maraqlıdır ki, bu çətənin Azərbaycandan başlayan bağlantıları nəinki Türkiyə, İran, hətta Suriyaya qədər gedib çıxır. Bu barədə verilən bilgiləri təsdiqləyici faktlarımız hələ ki yetərli olmadığından araşdırmalarımızı davam etdirəcəyik. Amma bir şey faktdır ki, son zamanlar Azərbaycanlıların Suriyada peyda olması, gzili bazarlaşmalarda iştirk etmələri, hətta döyüş meydanlarında həlak olmaları ilə bağlı həm statsitik rəqəmlər, həm də gələn məlumatlar artmaqdadır.
Mənbəmizin verdiyi məlumata görə beynəlxalq və daxili güclərin diqtəsi ilə 17 dekabrda qardaş ölkədə başlayan anti korrupsiya əməliyyatından sonra iqtidarının onurunu zədələyən və hətta hakimiyyətini itirmək təhlükəsi ilə üzləşən Ərdoğan hakimiyyəti bu ləkəni təmizləmək üçün bəzi addımlar atmaq məcburiyyətindədir. Bu üzdən Türkiyə höküməti regional cinayətkar şəbəkəyə himayədarlıq edən, Türkiyə, İran, Suriya və Azərbaycanda daxil olmaqla geniş bir siyahı hazırlanıb ki, həmin siyahıda olanlar dərhal məsuliyyətə və ya istintaqa cəlb edilməlidirlər. Həmin siyahıda Azərbaycanda vəzifə tutan 11 nəfərin adı var. Çox maraqlıdır ki, siyahıya Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir. Siyahıda ikinci şəxs nə qədər qəribə olsa da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovdur. Siyahıda regionda çirkli pulların yuyulması, silah qaçaqmalçılığı və digər natəmiz işlərdə operator rolunu oynayan PKK və onun himayədarları, eləcə də Azərbaycanda fəaliyyət göstərən türk iş adamı, adı qədər Murad Çeçen, sehv etmiriksə Abdulbari Gozelin yaxın qohumudur, maraqlı olanı odur ki bu adam həm də Heydər Əiyev Mərkəzinin həmtəsisçilərindən biri hesab olunur. Murad Çeçen kimdir? Bu barədə araşdırmalarımız davam edəcək. Yalnız onu deyək ki, bir müddət öncə onun rəhbərlik etdiyi şirkət haqqında "Yeni Musavat” qəzetində dərc olunan bir yazıda deyilirdi; "Murad Çeçən"DİA” şirkətinin rəhbəridir. Azərbaycan dövlətinə məxsus texnikanı burada öz malı kimi istifadə edir və buna görə heç yerə ödəniş etmir. Belə ki, mənbənin deməsinə görə, Nəqliyyat Nazirliyinin 4 saylı təmir-tikinti trestinin texnikası ilk gündən burada istifadə olunub və buna görə heç bir haqq ödənməyib. Qaynağımız qeyd edir ki, "DİA Holdinq” kürdçü dairələrə məxsusdur və bu siyasət, ayrımçılıq Azərbaycanda da yürüdülüb: "Çox qapalı bir şirkətdir, burada baş verən qanunsuzluqlar adamı dəhşətə gətirir. Şirkətdə çalışanların çoxu Türkiyədən gətirilmiş kürdlərdir. Onların əksəri azərbaycanlı fəhlələrlə qaba davranır, bizimkiləri söyüb-aşağılayırlar. Şirkətdə yerli fəhlələrə 300 manat maaş verildiyi halda, kürdlərə 1000-1500 manat məvacib verirlər”. (bax;http://musavat.com/news/g%C3%BCnd%C9%99m/PREZ%C4%B0DENT-REZ%C4%B0DENS%C4%B0YASININ-YANINDAKI-V%C4%B0LLALAR-3-M%C4%B0LYONA-SATILIR_93421.html) Yəqin əlavə şərhə ehtiyac yoxdur. Digər bir məlumatda isə Murad Çeçenin Hassan Gozalla birlikdə Bakıda Alov qülləli binaların, bahalı körpülərin, iri obyektlərin və s. inşa etdikləri bildirilir (bax; http://emlakkulisi.com/dia-holding-imza-attigi-milyar-dolarlik-projelerle-dikkat-cekiyor/208530)
Mənbəmizin verdiyi məlumata görə siyahıda iş adamları, müxtəlif vəzifələri şəxslərlə yanaşı bir neçə rayonun icra başçısının adı da var. Türkiyə höküməti Azərbaycan hökümətindən bu məmurların Türkiyədə istintaqa cəlb edilməsi üçün təhvil verilməsini istəyir. Yeri gəlmişkən qeyd edək ki, tələb olunan 11 nəfər içərisində bəzi şəxslər hələ
11 nəfərlik siyahıdakı bəzi şəxslər bir neçə il öncə Bakiya gəlmiş Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının (MİT) müstəşarı (rəhbəri) Hakan Fidan dövlət başçısı ilə görüşündə terrorçuluq, silah qaçaqmalşılığı və PKK mövzusunda söhbətdə həmin şəxslər haqqında danışıbmış. Görünən odur ki, Azərbaycanda hakimiyyətin üst qatında olan və ya olanlar tərəfindən himayə olunan bəzi arzuolunmaz şəxslərin Türkiyə tərəfindən istənilməsi və cəzalanması mövzusu yeni deyil.
"Yeni Cumhuriyyət” araşsdırma qrupu
Комментарии
Отправить комментарий