Kəmaləddin Heydərovun adamları

Kəmaləddin Heydərovun adamları ölkədən qaçır...

FHN şefinin şirkətində başlanan yoxlamalar onu bitirə bilər

Qax- Zaqatala zəlzələ korrupsiyasının gizlinləri açılır

Ötən sayımızda məlumat vermişdik ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun baş nazir olmaq iddiası hakimiyyət daxili qruplar tərəfindən bir mənalı qarşılanmayıb. Onun iddiaları ilə bərabər iqtisadi və siyasi gücünün artması hakimiyyətin əsas söz sahibi olan Əliyev- Paşayevlər qrupunu hərəkətə gətirib. Həmin qruplar "fövqəlnazir”in iqtisadi cinayətlərinin və korrupsiyasının aşkarlanmasına, onun ifşa olunmasına, bununla da Kəmaləddin Heydərovu zərəsizləşdirməyə qərar veriblər. Son günlər bu istiqamətdə bəzi addımların atılmasına başlaınlıb.
"Fövqəlnazir”in iqtisadi imperiyasında yoxlama
K. Heydərovun çökdürlüməsi 2010- cu ilin Kür daşqınları və 2012- ci ilin Qax- Zaqatala zəlzələsiilə bağlı dövlət büdcəsindən ötən 3,5 ildəayrılmış 1,1 milyard manat vəsaitıntəftişi ilə başlanılıb.Çünki ayrılan vəsaitlərin əhəmiyyətli bir hissəsi korrupsiyanın qurbanı olub, mənimsənilib. Hakimiyyətə yaxın mənbədən əldə etdiyimiz məlumata görə artıq Kəmaləddin Heydərovun nəzarətində olan ən iri şirkətlərin birində-"Azəri Trans” MMC- dəyoxlamalara başlanılıb. Adıçəkilən şirkət əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) tikinti işlərini görür və birbaşa Kəmaləddin Heydərovun nəzarəti altındadır. FHN şefi bu şirkətin vəzifə sahiblərinə etibar edərək iri layihələri onlara tapşırır. Verilən məlumatlara görə "Azəri Trans” MMC-də aparılan vergi yoxlaması sözügedən şirkətdə bir çox cinayətləri ortaya qoyacaq. Şirkətlə bağlı öncədən məlumat var idi ki, işçilər ağır şəraitdə işlədilsələr də, vaxtı-vaxtında maaşlarını ala bilmirlər: Tikinti işləri adı altında kassadan pul çıxarıb başqa təyinatlar üçün istifadə edirlər. Dövlətə düzgün vergi də keçirilmir.MMC-nin möhürü olsa da, sənəd üzərinə vurulmur.Şirkət rəhbərliyi vergidən yayınmaq üçün bu yoldan istifadə edir.
Hazırda şirkətdə mövcud olan durum çox acınacaqlıdır. Külli miqdarda vergidən yayınma və digər neqativ hallar var.

"Azəri Trans”- Kəmaləddin Heydərovun "kaşilok” şirkəti
Şirkətin FHN- nin rəhbərliyinə daxil olan şəxslər tərəfindən yaradıldığı və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından olan FHN- də Tikintiyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən birbaşa idarə olunduğu bildirilir. FHN rəhbərliyi üçün "kaşilok” rolunu oynayan, vəzifəsi birbaşa çirkli pulların yuyulmasına xidmət edən sözü gedən şirkətin simvolik rəhbəri Cəbrayıl Xanlarovun yaxın adamı olan, əvvəllər Daxili İşlər Nazirliyinin Təchizat şöbəsində işləmiş Nizami Sadıqovdur. Onun müavini ixtisasca həkim olan İlqar Əliyev isə Sərhəd Qoşunları Xidmətinə məxsus Hospitaldan gəlib və yeri gəlmişkən şirkətin əsas işçi heyəti də məhz keçmiş polislər və sərhdəçilərdir (!?). Hətta şirkətin baş mühasibi və Təchizat İdarəsinin rəisi olan Hidayət Əliyev bu yaxınlarda Sərhəd Qoşunları Xidmətində sıravi gizir rütbəsindən bu vəzifəyə gətirilib. Şirkətin rəis müavini Əbil Şükürov da keçmiş "Sərhədçi” olmaqla digər müavin İlqar Əliyevlə quda olduğuna görə sonuncu tərəfindən bu vəzifəyə irəli çəkilib. Nizami Sadıqovun digər qohumları da "Azəri Trans” MMC- də yüksək vəzifə tuturlar.Şirkət haqda kifayət qədər məlumatlı olan mənbə deyir: "Şirkətin icraçı direktoru əslən Füzuli rayonundan olan İlqar Əliyevdir. Şirkətin yüzlərlə işçisi bir neçə ay əvvəl maaşlarını ala bilmədikləri üçün etiraz aksiyası keçirmişdilər. Fəhlələrin ayağa qalxdığını görən MMC rəsmiləri narazılığın qarşısını güclə də olsa ala bilmişdilər. Amma şirkətdə yenə də problemlər qalmaqdadır. Heç bir işçi ilə əmək müqaviləsi bağlanmır, məvaciblər vaxtında verilmir və işçilər 8 saatdan artıq, 12-13 saat işlədilir. Bu isə əmək qanunlarının pozulması deməkdir. Dövlət sifarişli layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitlərin böyük hissəsi adlarını qeyd etdiyim insanlar tərəfindən mənimsənilir. İlqar Əliyevin Novxanıda villası var. Villanın tikintisində istifadə olunan bütün tikinti materialları şirkətin hesabına alınıb. «Azəri Trans»ın işçiləri qanunsuz olaraq həmin villanın tikintisinə cəlb edilib. Hidayət Əliyevin Mehdiabad qəsəbəsindəki villası da eyni üsulla tikilib. Aydın Ağayevin «Bağlar massivi» deyilən yerdə böyük imarəti var. Buranı da şirkətin işçiləri tikib. Bu işlərin hamısına Nizami Sadıqov rəhbərlik edir».

Göründüyü kimi Qax Zaqatala bölgəsində də "çalışan” "Azəri Trans” MMC- FHN- nin seçdiyi, etimad göstərdiyi tərəfdaş şirkət ailə podrat təşkilatıdır və ailə marağından uzağa gedə bilməyən bu şirkətə məhz FHN- nin dəstəyi ilə dövlətin çox böyük həcmdə vəsaitinin istədiyi kimi xərcləmək etibar olunub. Mənbənin verdiyi məlumata görə tiktinti şirkəti kimi zəlzələ ilə bağlı son aylarda "Azəri Trans” şirkətinə 70 milyon manatdan artıq vəsait köçürülüb. Dövlətə vergi və digər sosial ödənişlər ödəməyən, birbaşa FHN rəhbərliyi tərəfindən himayə olunan şirkətin 70 milyonu hara xərclədiyi bəlli deyil.
FHN şefinə məxsus şirkətin rəhbəri ölkədən niyə qaçdı?
"Azəri- Trans”- da aparılan yoxlamalar zamanı məlum olub ki, şirkətin kassasında 1 milyon manat 300 min manat pul olduğu halda kassada 1 qəpik belə pul yoxdur. Eyni zamanda yoxlamaların son nəticələrinə görə 6 milyon manat mənimsənilib. Təyinatdan kənar xərcləmələrin və dövlət vəsaitinin mənimsənilməsinin üstünün açılmasını gözləməyən şirkətin rəhbəri Nizami Sadıqov həbs olunacağından qorxaraq naməlum şəraitdə ölkədən qaçıb. Əldə etdiyimiz məlumata görə o hazırda Almaniyada gizlənilir. Onun müavini İlqar Əliyev, baş mühasibi Hidayət Əliyev, kadrlar üzrə şöbə müdiri və digər bir çox məsul işçilər nəzarət altındadır. Şirkət rəhbərləri tərəfindən yol verilən mənimsəmələrə vergidən yayınmadan tutmuş, şirkətin təchizat işlərində mövcud qüsurlar, mal- material alqı- satqısı, evlərin tikintisinin şişirdilmiş bazar qiymətləri aparılması, sənədləşdirilməsi və s. məsələlər daxildir. Məsələn, Zaqatala zəlzələsi ilə bağlı taxta-şalban Dağıstandan 95 ABŞ dollarına alınıb 295 ABŞ dollarına sənədləşdirilib. Bu işlərə şirkətin rəis müavini Əbil Şükürov məsuldur.Daş karxanalarından əksəriyyəti yararsız olan mişar daşları yararlı şəkildə sənədləşdirilərək 10 qəpiyə alınıb karxananın özündə 35 qəpiyə, Zaqatalada isə 72 qəpiyə "başa gəlir”. Bu işə də Nizami Sadıqovun yaxın qohumları rəhbərlik edir. Yeri gəlmişkən qeyd edək ki, həmin şirkətdə iş icraçıları əlcək kimi tez- tez dəyişdirilir. Bu da külli miqdarda nəğd vəsaitin ayrı- ayrı iş adamları tərəfindən mənimsənilməsinə yol açır.

Qax- Zaqatala zəlzələ korrupsiyasının gizlinləri açılır
Və ya zəlzələ fəlakətindən korrupsiya fəlakətinə...
Ötən saylarımızda məlumat vermişdik ki, 2012- ci ilin may ayında Qax- Zaqatalada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ötən müddət ərzində 609 milyon manat vəsait ayrılıb. Ayrılan vəsaitlərin xərclənməsi səlahiyyəti bir başa FHN- ə tapşırılıb və bu işə cəlb olunan şirkətlər 2010- cu il Kür daşqınları zamanı olduğu kimi heç bir tender keçirilmədən zəlzələ bölgəsində tikinti- inşaat işlərinə cəlb olunub. Bu şirkətlərin əksəriyyəti bu və ya digər formada Kəmaləddin Heydərova və ona yaxın olan şəxslərə aiddir. Zəlzələ bölgəsində nəzərdə tutulan işlərin, konkret olaraq evlərin tikilməsinin böyük həcmi "Azəri- Trans” tikinti şirkətinə tapşırılıb. Zəlzələ bölgəsində ötən müddətdə 1000- dən yuxarı evin tikilməsi məhz bu şirkətə həvalə olunub. Şirkətin fəaliyyətində çoxlu sayda qanun pozuntuları, təyinatdan kənar xərcləmələr, evlərin tikintisinin şişirdilmiş bazar qiymətləri ilə aparılması, vergidən yayınması, işçiləri işlədib maaşlarını verməməsi və s. kimi ciddi qanun pozuntuları aşkar olunub. Bu şirkət K. Heydərovun ən inanılmış şirkətlərindən biri kimi zəlzələ ilə bağlı ayrılan opulları təyinatdan kənar, ölkənin müxtəlif yerlərindən Heydər Əliyev Fondunun adına məktəblər, vəzifəli şəxslər üçün villalar, bağ evləri, obyektlər tikib, müxtəlif rayonlarda təmir- tikinti və abadlıq işləri aparıb. "Azəri- Trans” şirkəti ilə bağlı təkcə onu deyək ki, bu şirkət toprağın havayı, inzibatı müdaxilənin olmadığı, ucuz işçi qüvvəsi ilə, hər hansı rüşvətin, "şapka”- nın alınmadığı Qax- Zaqatala zəlzələ bölgəsində maya dəyəri 20- 25 min manata olan bir evi orta hesabla 49- 54 min manata "tikir”. Hər evin tikintisindən 2- 2,5 dəfə artıq mənimsəmələr olur. Bu isə dövlət büdcəsindən mənimsənilən, xalqdan oğurlanan milyonlar deməkdir. Konkret olaraq zəlzələ bölgəsində tikinti işlərinin aparılması üçün birinci mərhələdə "Azəri- Trans” şirkəti üçün ayrılmış 70 milyon manat pulun gəlir vergisi, əlavə dəyər vergisi və DSMF- yə ödənişləri (ümumi 23%) edilməyib. Bu isə16 milyon manat vəsait edir. Mal- materialların alınması zamanı yol verilən maxanasiyaları da bura əlavə etsək (6 milyon+ 1,3 milyon manat) bu rəqəm 23 milyon manatdan artıq vəsait edir. Evlərin tikintisinin şişirdilmiş bazar qiymətləri ilə aparılmasını, işçilərə verilən əmək haqlarının minumuma endirilməsini də bura əlavə etsək mənimsənilən vəsaitin həcmi ümumi vəsaitin yarıdan çoxunu edir. Göründüyü kimi dövlət büdcəsindən fəlakət adı ilə ayrılan vəsaitlər fəlakətli şəkildə mənimsənilir...

...
Növbəti saylarımızda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ən yaxın ailə qohumu, qaynı İlham Abdiyevin rəhbəri olduğu "Forvard” tikinti şirkətinin Qax- Zaqatala zəlzələ bölgəsində dövlət vəsaitlərinin mənimsəməsinə, işçiləri qul kimi işlədib maaş verməməsinə, iş icraçılarını sənədsiz, sübutsuz, müqaviləsiz aldadıb işlədərək onların haqqını yeməsinə dair faktları təqdim edəcəyik.

Bizi izləyin...

KURŞAD Kaya


Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами