Türk dilini beynəlxalq dil etmək cəhdi


Türk dilini  beynəlxalq dil etmək cəhdi
/ Tarix 23 / 06 / 2013 Saat 20:26 
18px16px14px12px
Cəmaləddin Həsənoğlu
İlk dəfə türk məktəbləri fenomeni ilə 2000-ci illərin əvvələrində daha konkret olsaq, 2002-ci ildə rastlaşmışdım. Baş redaktoru olduğum qəzetin əməkdaşlarından birinə məktəblərdə  şagirdlərə vətənpərvərlik   ruhunun necə aşılanmsınə araşdırıb yazı hazırlamağı tapşırmışdım.

Əməkdaşımız  mövzuya çox sadə bir yanaşma ilə başlamışdı: orta məktəb şagirdləri heç olmasa, milli himni bilirlərmi?  Bir neçə məktəbdə apardığı araşdırma suala müsbət cavab verməyin asan olmadığını göstərirdi.  Amma bir istisna var idi. Fətəli xan Xoyski küçəsində yerləşən  tütk litseyində hər səhər  dərsə başlamazdan qabaq Azərbaycan himninin oxunduğunu, Azərbaycan bayrağının qaldırıldığını yazmışdı. Yazını belə verib-verilməməsinin mümkünlüyünü soruşmuşdu, reklam olmaz ki deyə. Tərəddüd etmədən dərc etdik. Yazı təxminən belə bir yekunla bitirdi: vətənpərvərlik haqda danışmaqdansa, proqramlar qəbul etməkdənsə onun necə aşılanmalı olduğunu gedib paytaxtdakı türk məktəblərindən öyrənmək lazımdır.

Yazı dərc olunan gün redaksiyaya bir zəng gəlmişdi. Özünü Ağarəsul kimi təqdim edən şəxs “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycan nüayəndəliyinin rəhbəri Məsud Atanın bizi dəvət etdiyini söyləmişdi. Dəvəti qəbul edib F. Xoyski küçəsindəki litseyə getdik-bura həm də nümyəndəliyin baş ofisi idi. Ağarəsul müəllim bizi məktəbin şəraiti, yataqxanası ilə tanış etdi, müxtəlif olimpiadalarda qazanılmış uğurlar  haqda məlumat verdi. Məsud Ata ilə tanışlıq da xoş təəssürat yaratmışdı. Azərbaycana sayğlı münasibəti, azərbaycanlı  valideynlərin təhsilə necə diqqətlə yanaşmalarından məmnunluqla danışması xüsusən xoş idi. Onun yanında Tükiyədən gələn jurnalistlərlə də tanış olmuşduq.
  ..Türk məktəbləri fenomeni ilə sonrakı təmaslarım daha çox virtual olub.  “Saman yolu”nun ekranlarında 3-cü və  sonrakı türk dili olimpiadalarını   izləmişəm. Bəzən əcnəbi şagirdlərin türkcə  yüksək məharətlə şeir söyləməsinin və ya mahnı ifa etməsinin  tanınmış ictimai və siyasi xadimlərə necə təsir etməyi, bəzi tanınmış simaların göz yaşını saxlaya bilməməsi də ekranlara gətirilirdi.  O zaman sabiq daxili işlər naziri Mehmet Ağarın və azəri əsilli tanınmış türkoloq və ədəbiyyat adamı Yavuz Bakilərin olimpiadalara verdikləri qiymət indi də yaddaşımdadır: məktəblər Türkiyənin, olimpiadalar isə həm də türk dilinin üfüqlərini genişləndirir.
 .. Bu ilsə o olimpiadları canlı izləmək fürsətim yarandı. Artıq 11-ci dəfə keçirilən beynəlxalq türk dili olimpiadalarını izləmək üçün gedən jurnalist heyətinin tərkibində idim. İlk zamanlar türk dili, eyni zamanda türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada tanınması və yayılması məqsədini daşıyan olimpiadaların təməli 11 il əvvəl 17 ölkədən 62 şagirdin iştirakı ilə qoyulub. Builki tədbirə isə 140 ölkədən 2 min şagird qatılmışdı.
İzmirdə keçirilən açılş mərsimində Azərbaycandan 500 nəfərə yaxın nümayəndə iştirak edirdi .  Mərasimdən əvvəl qurulmuş sərgi ilə tanış olduq .Sərgidə ən böyük pavilyona malik Azərbaycanın stendi idi. Xüsusi vasitə ilə dalğalanan Azərbaycan bayrağı ilə yanaşı, stenddə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəsmləri də əks olunmuşdu. Divarboyu uzanan stenddə Qız Qalası, "Möminə Xatun" türbəsi, İçərişəhər, "Nizami" türbəsi, "Qoşa Qala" qapıları və Yəhya Bakuvi türbəsinin maketləri yer almışdı.

Sərgiylə tanışlıqda sonra  İzmir Fuar Mərkəzi Atatürk adına Açıq Amfiteatrında Azərbaycandan gələn iştirakçıların çıxışlarını izlədik.  Açıq teatr ləbələb tamaşaçı ilə dolu idi. Apracının tez-tez Azərbaycan dilindən alınma sözlərdən istifadə etməsi, Azərbaycan mətbəxini çox şövqlə tərif etməsi izləyicilərdə bam-başqa bir duyğular yaradırdı. Əvvəlki nümayəndə heyətlərinin çıxışlarını izləmədiyimdən müqayisələr aparmayacağam. Amma azərbaycanlı məktəblilərin çıxışlarının izləyənlər tərəfindən xüsusi coşqu ilə qarşılanması qürurverici idi. Türk Dili Olimpiadasının Azərbaycan üzrə qalibi Səma Sultanova “Ya Rəbbim” mahnısını ifa etdi.  Şagirdlərlərdən Səbuhi Abdullazadənin, Türkan Məmmədovanın mahnı və şeir ifaları, “Azərbaycan qartalları” rəqs qrupunun “Qaytağı”, “Neft daşları”, “Çobanlar”  və digər rəqsləri, muğam üçlüyünün çıxışı, somalili məktəbli Əhmədin azərbaycanca – mərhum xanəndə Qulu Əsgərovun repertuarından ifa etdiyi “Əziz dostum” mahnısı açıq teatrın izləyicilərinə başqa bir aləm yaşadırdı. Azərbaycanlı qızın- Türkan Məmmədovanın istiqlal şairi Mehmet Akif Ərsoyun “Atiyi karanlık görerek” adlı şeirini səsləndirməsi ilə sanki 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərinin havasını oyadır, gələcəyə böyük  ümidlər bəsləyən mübariz Osmanı ruhu yenidən İzmirin səmalarına hakim kəslirdi. Demək o ruh ölməyib, o ruh yaşayır və o ruh YAŞADILIR. Olimpiadların memarları tərəfindən.
  Burda bir məqama da toxunmadan keçmək istəmirəm. Bayaq xatırladığım ilk olimpiadlarda ön yerləri tutanların belə Azərbyacan mahnıları(“Sən gəlməz oldun”, “Sizə salam gətirmişəm”, “Ceyran”, “Daşlı qala” və s.) ifa etmələrinin şahidi olur və sevindirdik, amma həm də üzülürdük. O mahnıların Azərbaycan mədəniyyətinə mənsubluğundan bəhs edilmir, ifa zamanı orijinal dilin-Azərbaycan dilinin qayda-qanunları elə də gözlənilmirdi. Amma sonrakı olimpiadlarda, xüsusən son olimpiadalarda bu xətanın aradan qaldırılması çox sevindiricidir. Demək, türk dilinin təbliğini qarşısına məqsəd qoyanlar, dolayısı ilə həm də Azərbaycan dilinin və Azərbaycan mədəniyyətəinin təbliğinə böyük töhfə verilər. Somalidən bir məktəblinin bizim mədəniyyət nümunəmizi sevə-sevə təqdim etməsi məhz o xidmətlərin nəticəsidir. Bizə qalır sonsuz minnətdarlıqlarımızı dilə gətirmək.
… Bir zamanlar Azərbaycanda  Türkiyəni həm də Məmməd Aslanın “Ərzurumun gədiyinə varanda” kitabı ilə tanıyardılar. Kitabın qələmi alındığı illər Türkiyədə hələ də purizm(dilin alınma sözlərdən təmizlənməsi hərəkatı) tam tempi ilə davam edir, qəzet və televiziyalar “öztürkçe”ni təbliğ edirlərmiş. Kitabda türk dilinin aktiv fonduna aid lüğətlərin sözlüyünün 6-7 mini ötmədiyini oxuyanda təəccüblənmişdim. Çünki Azərbaycan dilinin o zaman çap olunuş lüğətlərdə aktiv fondunun sözlüyü 50-60 min kəlmədən  əskik göstərilmirdi. Elə güman etmişdim ki, M.Aslan Azərbaycan dilinin digər türk dillərindən daha çox inkişaf etmiş, cilalanmış vəziyyətdə olduğunu göstərmək istəyib.

Amma  Türkiyə  Dini İşlər İdarəsinin sabiq sədr müavini Yaşar Tunagürün xatirələri ilə tanışlıqdan sonra bu yazılanların gerçəkliyinə əmin oldum.  Mərhum  Yaşar Tunagür  50-60-cı illərdə “Azadlıq” radiosunun ofisində olmasından , türkcə  verililərin dayandırılmasına etirazından danışmışdı. Ona belə cavab veriblərmiş: “Siz dilinizi o qədər sürətlə dəyişirsiniz ki, biz hansı dildə necə veriliş aparacağımız bilmirik. Yeni dilinizi nə biz başa düşürük, nə keçmiş Osmanlı coğrafiyasındakı ölkələrin sakinləri, nə də Anadoludakı dinləyicilərimizin əksəriyyəti”. Türkiyənin təcrid olunmasına , geridə qalmasına  bir səbəb də öztürkçeçilik olduğunun  etirafıdır, bu deyilənlər.

O zaman Türkiyədə çap edilən bədii kitabların tirajı 2-3 mini keçməzmiş. Amma indi Elif Şafakın, Orhan Pamukun .. əsərləri 200 min -500 min tirajla çap olunur. Ona görə yox ki, bu yazıçılar Nazim Hikmətdən və Yaşar Kamaldan daha yaxşı yazırlar.Əsla.  Ozamankı tiraj düşüklyünün  digər səbəbləri üzərində dayanmayacağam. Çox səbəbdən biri də o zaman istifadə edilən dilin(öztürkçenin) xalqa az qala əcnəbi dil kimi özgələşməsi idi.

İndiki  artımın da yəqin bir çox səbəbləri var: Türkiyədə əhalinin həm sayı, həm rifahı, həm  təhsil səviyyəsi artıb və  demək, kitab alıb oxuyanların da sayı artır. Dilin xəlqiləşməsi də gedir, xalq dilində işlənən, amma öztürkçe normalarına görə  işlənməsi məqbul görülməyən söz və terminlər, eləcə də Osmanlı tarixinə artan maraqla birgə  o dövrün leksikası da yenidən vətəndaşlıq hüququ  qazanır. Artıq KİV-lər öztürkçeni zorla kütlələrə sırımırlar. Gərək ki, öztürkçedən israrla istifadə edən sonuncu tanınmış şəxs prezident Əhməd Sezer idi.

Amma həm dilin, həm təhsilin, həm də kitab-qəzet oxuma göstəricisinin bu səviyyəyə çatmasında mütləq Gülən məktəblərin böyük payı, aslan töhfəsi var. İndi türkcə çap məhsulları yalnız Türkiyədə , özü də öztürkçeyə aşina bir qrup tərəfindən deyil, Monqolustandan  Cənubi Afrikaya, Tuvadan Sidneyə, Sietldən Bakıya qədər bütün dünya tərəfindən oxunur.  Demək,  türk məktəbləri və türk dili olimpiadaları bir hədəfinə çatıb : türk dili yavaş-yavaş, amma inamla dünyanın aparıcı dilləri arasında özünə layiq yeri tutmaqdadır... 
Xəbər 340 dəfə oxunub

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами