"Dağlıq Qarabağ münaqişəsinin həlli hansı dairələrə sərf etmirsə..."


"Dağlıq Qarabağ münaqişəsinin həlli hansı dairələrə sərf etmirsə..."
Gündem / Tarix 25 / 06 / 2013 Saat 19:05 
18px16px14px12px
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun Publika.Az-a müsahibəsi
"Söyün Sadıqov ancaq bazar adamıdır"

-Ötən gün Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) keçmiş prezidenti, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov “Turan”a müsahibəsində Azərbaycanda qarşıdan gələn prezident seçkilərilə bağlı vəziyyəti təhlil edərkən Azərbaycan hakimiyyətini ciddi tənqid edib. Bu məsələyə münasibətiniz necədir?

-Mən hər zaman demişəm ki, Söyün Sadıqov Azərbaycan vətəndaşı deyil. Söyün Sadıqov Rusiyada özünün işə yararlılığını sübut etmək üçün, guya nəyəsə yaradığını isbat etmək və müəyyən dairələrə qulluq etdiyini göstərmək üçün dəridən-qabıqdan çıxır. Söyün Sadıqov mənasız yerə, yuyulmamış çömçə kimi özünü ortaya atır. Gah Gürcüstana gedir və oradan qayıdıb Moskvada bir-iki nəfər kababxanada oturan adamı yanına yığır. Onun səviyyəsinə və davranışanda baxanda aydın olur ki, Söyün Sadıqov ancaq bazar adamıdır. Bunun siyasətdə, ictimai-siyasi həyatda  hər hansı ciddi  obrazı yoxdur. Söyün Sadıqov nə yüksək ağla malikdir, nə də ki, normal bacarığa. Ona görə də öz başını girələmək, biznesini saxlamaq və beş-on manat pul qazanıb qabağa düşmək üçün hansı yola deyirlərsə, o yola da gedir.


"Hər gün eşidirəm ki, deyirlər Rüstəm İbrahimbəyov gəlir"

-Rüstəm İbrahimbəyov bu yaxınlarda Bakıya gələcəyini bəyan edib. Hakim partiya olaraq bunu necə qarşılayırsınız? 
-Gəlir qoy gəlsin. Bilirsiniz ki, Azərbaycan demokratik və azad dövlətdir. Burada hər bir vətəndaşın hüquqları qanunla müdafiə olunur. Rüstəm İbrahimbəyov da qeyri-qanuni olaraq ikili vətəndaşlıq gəzdirir. Bu baxımdan da Rüstəm İbrahimbəyov gəlirsə gəlsin. Mən hər gün eşidirəm ki, deyirlər Rüstəm İbrahimbəyov gəlir.  Neçə vaxtdır ancaq bəyanat verir.


"Rüstəm İbrahimbəyov, sən adi və sıravi bir rejisorsan"

-Rüstəm İbrahimbəyov həm də təhlükəsizliyinə zəmanət istəyir... 

-İndiyədək Rüstəm İbrahimbəyov Azərbaycana gəlib-gedib. Rüstəm İbrahimbəyov kimi yüzlərlə Rusiyada və başqa ölkələrdə yaşayan adamlar var. Rüstəm İbrahimbəyov adi vətəndaşdır. Rüstəm İbrahimbəyov, sən kimsən ki? Yoxsa sən böyük şəxsiyyətsən? Dövlət xadimisən? Yaxud da ictimai-siyasi xadimsən? Sən adi və sıradan biri olan rejisorsan.  Ona görə də gələ də bilərsən, gedə də bilərsən. Axı sənin təhlükəsizliyinə nə zəmanət verilməlidir? Deməli, nəsə cinayət əməlin var ki, bu qədər qorxursan.


"Milli Şuranı kimsəsiz insanların toplandığı yer hesab edirəm"

-Milli Şuranın fəaliyyəti ilə bağlı gedən proseslər barədə nə deyə bilərsiniz?
-Milli Şurada təmsil olunanların heç birində əminlik yoxdur. Bu yaxınlarda da hər şey aydın olacaq və Milli Şura tamamilə dağılacaq. Burada heç bir əminlik yoxdur, sadəcə olaraq ora yığılan adamlar cəmiyətdə yarıtmaz fəaliyyəti olan insanlardır. Harada yarıtmaz rejisorlar və jurnalistlər, yarımçıq partiya sədrləri və vəkillər varsa, hamısı Milli Şurada toplaşıb. Daha sonra öz partiyasında üz qoymadığına görə yarımçıq atıb gələn və burada özünə dayaq axtaran adamlar indi Milli Şurada görünürlər. Mən Milli Şuranı kimsəsiz insanların toplandığı yer hesab edirəm. Yəni, burada nə əqidə, nə amal, nə məqsəd, nə də ki xalqın mənafeyini düşünmək yoxdur. Milli Şuraya toplaşanların hamısı öz şəxsi mənafeləri naminə çalışan insanlardır.

Azərbaycanın mərhum xalq şairinin bir şeirində deyildiyi kimi:

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik,

Bax, Milli Şurada toplaşanlar da belə adamlardır.


"Eldar Namazov xarici kəşviyyat orqanlarının nümayəndəsidir"

-Bu yaxınlarda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Milli Şurada təmsil olunan Eldar Namazovu Prezident Administrasiyasına gələn məktubları oğurlamaqda ittiham edib. Bu, nə dərəcədə doğrudur?

-İlk olaraq sizə Eldar Namazovun o vaxtı vəzifəsindən istefa verməsinin səbəblərini açıqlayım. İndi iddia edir ki, guya o vaxtı Dağlıq Qarabağ məsələsinə görə istefa verib. O zaman Eldar Namazova sual olunur. Əgər Dağlıq Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunmurdusa, bəs o vaxt Ermənistan parlamentindəkilərini nə üçün güllələdilər? Bilirsiniz ki, həmin vaxtı İstanbul Sammiti keçirilirdi və Ermənistanın keçmiş baş naziri və birinci katibi olmuş şəxslər Dağlıq Qarabağ məsələsinin həllini istəyirdilər. Hətta, müəyyən razılıq da var idi. Ancaq həmin vaxt Ermənistan parlamentində güllələnmə hadisəsi baş verdi və bir neçə deputat öldürüldü. Həmin vaxt Azərbaycanda da bir qrup şəxs, o cümlədən Eldar Namazov qəfil istefa verdi.

Buradan bir daha aydın olur ki, Eldar Namazov xarici kəşfiyyat orqanlarının nümayəndəsidir. O, elə o vaxtdan xarici kəşfiyyata çalışır. Əgər o vaxt  Dağlıq Qarabağ münaqişəsi Ermənistanın xeyrinə həll olunurdusa, o zaman Ermənistanda nə üçün güllələnmə baş verdi? Bu, bir daha göstərir ki, həmin vaxtı Azərbaycanın və Ermənistanın Eldar Namazov kimi adamlarını bir sıra sifarişlər verilmişdi. Həmin sifarişlərdən biridi də  istefa idi. Məqsəd isə əldə olunan razılaşmanı pozmaq idi. Ermənistan parlamentində güllələnmə hadisələri baş verəndən sonra danışıqlarda əldə olunan razılaşma pozuldu. Təsəvvür edin ki, o vaxt İstanbulda aparılan danışıqlara ABŞ prezidenti Bill Klinton gəlmişdi və Dağlıq Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunan məqamda Eldar Namazov istefa verdi. O bununla da sübut etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hansı dairələrə sərf etmirsə, Eldar Namazov həmin dairələrə xidmət edir.

Vasif Həsənli 
Xəbər 567 dəfə oxunub

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами