Saakişvilinin masajistinin etirafları
Doktor Dot öz bloqunda “ən sevimli müştərisi” barədə danışır…
Mişiko haqqında ilk yazılar o, Anqela Merkel və Kandaliza Raysla görüşə gələrkən, Berlində yazılmışdı. Ancaq, görünür, o, digər bir xanım üçün də vaxt tapıbmış...
23 iyun.
Bu gün əla gün idi. Mən dünyanın ən yaraşıqlı prezidentini massaj edirdim. Gürcüstanın prezidenti, ünsiyyətdə çox şəndir. Əvvəlcə o yalnız 30 dəqiqəlik massaj istəyirdi, ancaq 90 dəqiqədən sonra etiraf etdi ki, bu onun həyatında ən yaxşı massajdır. Qapı arxasında onun cangüdənləri gözləyirdi. Onlardan biri ingiliscə pis danışmırdı və mənə dedi ki, onun sevimli qrupu “Metallika”dır.
Bundan öncə mən Səudiyyə Ərəbistanının şahzadəsini və bir neçə icra başçısını massaj etmişdim. Ancaq prezident müştərim ilk dəfə idi.
Seans zamanı o çox ağıllı görünürdü. Mən onun güclü boynunu massaj edirdim. Birdən dedim: - “Vay! Sizin boynunuz elə gərgindir ki! O, cavab verdi: ”Ciddi deyim, onun üzərində RUSİYA oturub!" İkimiz də gülməkdən öldük. Mən çox rahat idim, ondan soruşdum ki, (ABŞ-ın ştatı, ingiliscə eynən Gürcüstan kimi tələffüz olunan) Corciada olubmu. Güldü və dedi ki – “Hə, əlbəttə”.
Mən irəli getdim və nə vaxtsa Rey Çarlzın “Georgian on my mind” mahnısını eşidib - eşitmədiyini sual verdim.
Sualı verə-verə də güldürdüm, izah edirdim ki, verdiyim suallar çox səfehdir və müxbirlərin verə bilməyəcəkləri suallardır. Mən ona danışdım ki, ailəm Corcia ştatında yaşayır. O isə Gürcüstana gəlməyim yaxşı olardı –deyə söylədi. Ona söylədim ki, qorxuram, çətin ki, bu ölkəni tapa bilim. Lakin prezident məni inandırdı ki, rahat olum. Mən ora getsəm, onun təhlükəsizlik xidməti məni qoruyar. Odur ki, çox güman ki, bu yay Gürcüstana gedəcəm.
O and içir ki,Gürcüstanda amerikalıları çox sevirlər. Mən də cavab verdim ki, ora bəlkə dünyada yeganə yerdir ki, amerikalıları sevirlər. Prezident danışdı ki, Nyu-York Kolumbiya universitetində oxuyub və Vaşinqtonda yaşayıb.
Hətta cangüdənlərin də simaları amerikalı olduğumu söyləyəndə parlayırdı. Biz prezidentlə almanların ciddiliyindən danışıb-gülürdük. Saakaşvili deyirdi ki “Biz gürcülər almanların tam əksiyik”
Ona “Penthaus” jurnalı üçün yazdığım söylədim. O, massajı harada öyrənməyim, ailəm və həyatım barədə çoxlu suallar verirdi. Bəzən biz susurduq,eyni anda həm massaj etmək, həm danışmaq çətindir.
Massajdan sonra onun kefi əla idi.
Prezidentə bir çox rok ulduzlarını massaj etdiyimi dedim – Kiss, Sting, The Stones... O dedi: – “İndi fəxr etməyə başlayacağam” . O, elə yaraşıqlıdır ki... Səmimidir, həqiqiətən, səmimidir. Bilirsiniz nə barədə deyirəm? O, cangüdənlərini gürcü şərabı “Mukuzani” üçün aşağı yolladı və 100 avro çay pulu verdi. Bax bu kişidir! Onun indi yeni pərəstişkarı var.
28 iyun
Bu gün yalnız iki saat yatmışam, gec gəlmişəm.Məni Adlon otelinin zəngi oyatdı. Dedilər ki, Gürcüstan prezidenti uçuşdan öncə daha bir massaj istəyir. Hmm, üzr istəyirəm, alınmır.
Mən imtina etməli idim. Prezident ya mənə hirslənəcək, ya da bunu çağırış kimi qəbul edib məni, həqiqətən, Gürcüstana dəvət edəcək. Baxarıq. Deyəsən, ilk dəfə burada Berlində mən “yox” sözünü söylədim. Ancaq iki saat narahat yuxudan sonra bu massaj yox, allah bilir nə olacaq.
9 avqust
Nəhayət, anladım ki, nə səbəbə Gürcüstan prezidenti əlaqəyə girmir. Gürcüstan Rusiya ilə müharibə aparır. O zəng edib dedi: “Üzr istəyirəm, doktor Dot, mən massaj etdirməyi çox istəyirəm, lakin indi bəzilərinin işinə baxmalıyam”. Zarafat edirəm”.
Mixail Saakaşvili sözünün üstündə durdu və 7,5 aydan sonra Dr. Dotu şəxsi təyyarəsi ilə Tbilisiyə gətirtdi.
13 fevral
Gürcüstandan, keçmiş Sovet İttifaqından salamlar.
Mən bura bir həftəliyə gəlmişəm. Məni bu maraqlı ölkəyə dəvət edən Yer üzündə ən sevimli müştərim olan Gürcüstan prezidenti Mixail Saakaşvilini massaj edəcəm.
O, nikahda xoşbəxtdir, iki övlad atasıdır. Daim səfərlərdədir, buna baxmayaraq, massaja da vaxt tapır. Mənim qayğıma çox yaxşı qaldı. Özümü tam təhlükəsiz hiss edirəm. Hər şeyim var. O, amerikalıları çox sevir və deyir ki, dünyada ən gözəl massaj edən mənəm.
Əslində, bu çirkli müharibədən sonra Saakaşvili gərək Rusiyanın minmək istədiyi çiyinlərini daha çox massaj etdirsin. Əclaflar! Cənab prezident o qədər nəcib, ağıllı, səmimi və zarafatcıl bir insandır ki. O həmişə gülümsəyir və məni YEDİZDİRİR. Burada bədən formama nəzarət etmək çətindir. Çünki məni ilk görən kimi soruşur: “Acmamısan ki?” Hardasa oxumuşdum ki, Gürcüstanda qonaq allahın payı hesab olunur və onu yedirtməyi özlərinə borc bilirlər.
Prezident nəzakətli davranıb məni əvvəl Tabuli sahilindəki igamətgahına qonaq etdi. Növbəti gün isə biz Tbilisiyə uçduq.
Mən yenidən prezidentlə gözəl restoranda şam yeməyi etdik. Bu qədər cangüdənlərin təhlükəsizliyi qorumaları əladır! Cangüdənlərlə ünsiyyət xoşuma gəlirdi.
Növbəti gün yatmamışdan öncə top gurulutusu eşitdim. Əmin deyildim bu fişəngdir, ya nədir. Bəlkə də, bu Putinin daha bir hücumu idi. Çox qorxdum. Sonrakı gün massaj zamanı bunu prezidentə danışdım. O elə gülməli bir cümlə işlətdi ki:- Ona görə yayda Rusiya bizə hücum edəndə hazır deyildik, çünki biz hamımız fikirləşdik ki, bu fişəngdir”
Tərcümə: Aytən Cavanşir
Комментарии
Отправить комментарий