Qarabağın bizim olduğunu şübhə altına alan birisinin namizədliyə haqqı çatırmı?“

Əli Əhmədov: “Qarabağın bizim olduğunu şübhə altına alan birisinin namizədliyə haqqı çatırmı?“
Tarix: 02.07.2013 | Saat: 18:37:00 | E-mail | Çapa göndər

"Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi təsdiq olunub. Milli Şura bütün müxalifəti təmsil etmir və deməli, onun adından qərar çıxarmaq səlahiyyətində deyil. Seçkilərə rəsmi start verilməsinə az qalıb və biz yaxın zamanlarda namizədlərlə bağlı həqiqi mənzərənin şahidi olacağıq. Bu gün isə məlum olan budur ki, hansısa məcburiyyət sanki ənənəvi müxalifətin bir qismini bir araya toplaşmağa vadar edir".

Teleqraf.com xəbər verir ki, bunu APA-ya müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov müsahibəsində bildirib.  
  
Onun sözlərinə görə, uzun illərdir İsa Qəmbər və Əli Kərimli müxalifətin vahid namizədi olmağa çalışsa da, buna nail ola bilmədilər: "Daim “xalqın dəstəyindən” dəm vuran nə Qəmbər, nə də Kərimli bu dəstəyi ala bildi. İndi onların hər ikisi sakitcə, kənardan gətirilən birisinin ətrafında birləşdiklərini bəyan edirlər. Düşünmürəm ki, onların Rüstəm İbrahimbəyovun ətrafında birləşib “sədaqət andı” içməsi onun xarizmasının təsiri altında baş verib. Görünən odur ki, belə tapşırıq alıblar və həmişə olduğu kimi tapşırığı yerinə yetirirlər. Heç özləri də bunu gizlətmirlər və Pənah Hüseynin dili ilə əsl həqiqətin nədən ibarət olduğunu ifadə edirlər. Sadəcə fərq ondadır ki, indi Rüstəm İbrahimbəyovun ətrafında birləşmək haqqında tapşırıq başqa mərkəzdən verilir. Görəsən, Rüstəm İbrahimbəyovu “vahid namizəd” seçib ona sədaqət andı içən İsa Qəmbər və Əli Kərimli fikirləşiblərmi, Qarabağın Azərbaycana mənsub olduğunu şübhə altına alan birisinin Azərbaycanın prezidentliyinə namizədliyini irəli sürməyə mənəvi haqqı çatırmı? Müxalifətin anlamında milli maraq, müstəqillik, demokratiya gözə kül üfürməkdir. Ancaq xalq hər şeyi görür, dərk edir və lazımi nəticə çıxarır. Satılanları xalq sevmir. Rustəm İbrahimbəyovun “vahid namizəd” kimi Yeni Azərbaycan Partiyasını “narahat” etməsi məsələsinə gəldikdə, onu deyə bilərəm ki, güclər balansında fərq o qədər böyükdür ki, bu “narahatlıq” barədə düşünməyə belə dəyməz".
 
Ə.Əhmədova görə, namizədin şansı onun ictimai dəstəyi ilə müəyyən olunur: "Rüstəm İbrahimbəyov  nədənsə dəstəyini sanki xaricdə axtarır, necə deyərlər, turne təşkil edir, xaricdə görüşlər keçirdiyi barədə məlumatlar yayır. Onun bu sayaq görüşləri varmı-yoxmu, bir yana qalsın, ancaq belə görüşlərin Azərbaycanda prezident seçkilərinə nə dəxli var? Prezident seçkilərinin taleyini həll etmək səlahiyyətində olan yeganə subyekt Azərbaycan xalqıdır. Yeni Azərbaycan  Partiyasının namizədinin gücü xalqın dəstəyindədir. Xalqın böyük əksəriyyətini dəstəkləməyə həvəsləndirən Azərbaycanın 10 illik əzəmətli inkişaf tarixi kimi etibarlı əsas var. Əks tərəfin ortaya qoyacağı heç nə yoxdur. İnsanların artıq çoxdan inanmaq istəmədiyi mənasız vədlərdən savayı..."

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами