İbrahimbəyovdan İsa Qəmbərə ağır sözlər

İbrahimbəyovdan İsa Qəmbərə ağır sözlər
Tarix: 02.07.2013 | Saat: 19:00:00 | E-mail | Çapa göndər















"Bakıya gəlməyimi tələb edənlər ya provokator, ya dayaz, ya da siyasətdən başı çıxmayan adamlardır" 

( Bu ifadələri işlədəni ciddi siyasətçi adlandırmaq çox çətindir. F.S.)

Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi elan olunduqdan sonra bu gün Azadlıq Radiosunun “İşdən sonra” proqramına qoşularaq açıqlama verib. O, çıxışı zamanı “İndi mən Bakıya gəlim? Axı bunun mənası nədir? Milli Şuranın 129 üzvü var. Onlar kifayət deyil? Mən Bakıda vacib məqamda olacağam. Bakıya gəlməyimi tələb edən şəxslər ya provokator, ya dayaz, ya da siyasətdən başı çıxmayan adamlardır. 

Xatırladaq ki, R.İbrahimbəyovun Azərbaycana gəlməsini təklif edənlərdən biri də Müsavat Başqanı İsa Qəmbər olub.

"Risklərlə bağlı kluarlarda daim gündəmdədir ki, Rüstəm müəllim ölkəyə gələcəkmi? Biz ona inanmaq istəyirik və ümid edirik ki, gələcək. Ümid edirik ki, "100 minlik mitinq olsun sonra gələcəm", "Namizədliyim qeydə alınsın sonra gələcəm" kimi fikirlər eşitməyəcəyik"- deyə, İ.Qəmbər bildirib.

Ramil

ƏLAVƏ QEYD: 

“Demə, Rüstəm bəy Jan Valjan imiş”- Seymur Baycandan ironik bənzətmə
Siyasət / Tarix 02 / 07 / 2013 Saat 18:17 
18px16px14px12px
Müsavat Partiyasının üzvü, yazar Seymur Baycan “Facebook” səhifəsində bu gün Milli Şuranın vahid namizədi seçilən Rüstəm İbrahimbəyovla bağlı maraqlı fikir bildirib.
Publika.Az xəbər verir ki, S.Baycan  Rüstəm İbrahimbəyovu ironiya ilə Viktor Hüqonun “Səfillər” romanının qəhrəmanı Jan Valjana bənzədib.

“Bəli, bilirəm indi Rüstəm bəy haqqinda nə yazılsa başqa cür qəbul olunacaq. Amma yazıram və kim nə düşünür özü bilər. Belə bir qorxum yoxdur. Mən Rüstəm bəyə inanmıram. Vicdan yatır, vicdan kef edir, vicdan heç bir haqsızlığı görmür. Vicdan hakimiyyətin qılığına girib festival keçirir və vicdan qəfil oyanır. Demə, Rüstəm bəy Jan Valjan imiş. Görəsən, kim ona öz sevimli şamdanlarını hədiyyə edib, ruhunu satın alıb...”-deyə yazar qeyd edir.

S.Baycan daha sonra yazıb: “Bayaq bir nəfər dedi ki, bəy indi biz Rüstəm İbrahimbəyova səs verəcəyik. Dedim yox, buna ehtiyac olmayacaq...”.

Asif





Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами