ABŞ kəşfiyyatı Aİ-in ofislərini də dinləyiblər


ABŞ kəşfiyyatı Aİ-in ofislərini də dinləyiblər
Dünya / Tarix 01 / 07 / 2013 Saat 11:25 
18px14px12px
Milyonlarla amerikalı və avropalını izləyən ABŞ-ın kəşfiyyat təşkilatı (NSA) yeni bir skandal ilə gündəmdədir.

Publika.Az-ın məlumatına görə, Almaniya nəşri “Der Spiegel”in əldə etdiyi sənədlər Avropa İttifaqı  (Aİ) ofislərinin dinlənildiyini, kompüterlərinə daxil olduğunu ortaya qoyur.
ABŞ-ın gizli kəşfiyyat sənədlərini oğurlayaraq qaçan keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) əməkdaşı Edvard Snoudenin mətbuata ötürdüyü informasiyalar gündəm yaratmaqda davam edir. Onun “Der Spiegel”ə verdiyi sənədlər güclü müttəfiqlər olan ABŞ və Aİ arasında böyük bir böhrana səbəb olub. 2010-cu il sentyabr tarixli sənədlərə görə, CİA Aİ-nin Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatındakı və Vaşinqtondakı nümayəndəliyi, həmçinin Aİ-nin Brüsseldəki binasını gizlicə dinləyib və kompüterlərinə daxil olub. Sənədlərdə yer alan ən şokedici fakt isə Aİ-in Vaşinqtondakı mərkəzinə dinləmə cihazlarının yerləşdirilməsidir.

İddialara Aİ qanadından böyük reaksiya gəlib. Avropa Parlamentinin (AP) sədri Martin Şults “ABŞ səlahiyyətlilərinin Aİ ofislərində casusluq etdiyi iddialarına görə dərin bir şokdayam. ABŞ-dan tam və sürətli bir açıqlama gözləyirik. Əgər iddialar doğru çıxarsa, bu ABŞ-Aİ əlaqələrində ciddi bir problem olacaq”,- söyləyib.

Lüksemburq xarici işlər naziri Jan Asselborn isə “Xəbərlər doğrudursa, bu, iyrəncdir. Bu, ABŞ gizli xidmətinin nəzarətdən çıxdığını göstərir. ABŞ müttəfiqlərini dinləməkdənsə, öz gizli xidmətini izləməlidir. Aİ və diplomatları terrorist deyil”, - bildirib.Almaniyanın ədliyyə naziri rəsmi Vaşinqtonu öz müttəfiqlərinə qarşı “Soyuq Müharibə” metodlarından istifadədə ittiham edərək deyib ki, ABŞ-dakı dostlarımızın avropalıları düşmən kimi görməsini dərk etmək mümkün deyil.
 Bəzi liderlər isə Trans-Atlantik azad ticarət razılığı danışıqlarının dondurulmasına çağırıb.

Ömər Əmirov
Xəbər 158 dəfə oxunub

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами