“Gürcüstanda Azərbaycanla tərəfdaşlığı sarsıtmaq cəhdləri...

“Gürcüstanda Azərbaycanla tərəfdaşlığı sarsıtmaq cəhdləri...


“Gürcüstan böyük təzyiq altındadır və ölkənin xarici siyasətini sarsıtmaq cəhdləri göz qabağındadır”. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili Yunanıstanda “Şərqlə münasibətlərin dərinləşməsi” mövzusunda Avropa Xalq Partiyasının təşkil etdiyi forumdakı çıxışında bəyan edib.



“Keçən ilin oktyabrında Gürcüstandakı seçkilərdə olanlar, bir neçə gün əvvəl Moldova parlamentində baş verənlər tarazlığı tamamilə pozur. Bu bizim Avropa seçimi üçün tənəzzül deməkdir” - deyə, Mixail Saakaşvili bildirib.



Gürcüstan prezidenti qeyd edib ki, Gürcüstandakı seçkilərə böyük məbləğdə vəsaitlər sərf olunub: “Məhz bu maliyyə manipulyasiyaları və böyük məbləğdə pullar həlledici rol oynadı. Bir neçə gün bundan əvvəl pullar eyni ssenari ilə Moldova siyasətinə daxil olub. Nəticədə baş-nazir Filat devrilib və Moldovanın perspektivləri yenə də anlaşılmaz olub”.


Mixail Saakaşvili vurğulayıb ki, Gürcüstandakı qərbyönümlü qüvvələr böyük təzyiq altındadır : “Ölkənin xarici siyasətini və Azərbaycan kimi dövlətlərlə tərəfdaşlığını sarsıtmaq cəhdləri göz qabağındadır”.

Oxunub


450 dəfə

Tarix


07.03.2013 / 22:55

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами