Qamət çox ilkinc məlumatlara malikdir? Mənbəyi?

“Azərbaycanda İŞİD-i dəstəkləyənlər kimlərdir?“ -Şok açıqlama

“Azərbaycanda İŞİD-i dəstəkləyənlər kimlərdir?“
Hacı Qamət: "Suriyadakı müxaliflərin iddiasına görə, İŞİD-i Bəşər Əsəd maliyyələşdirir 

Buna səbəb kimi isə onların Suriyada müxaliflərə qarşı döyüşməsi göstərilir" 

Politika.azxəbər verir ki, "Əbu- Bəkr" məscidinin imamı Hacı Qamət, Süleymanov işğalçılıq siyasəti ilə dünyanı lərzəyə gətirən İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı barədə danışarkən, deyib. 

Onun sözlərinə görə, İŞİD "Əl Qaidə"dən ayrılmış azğın dəstədir: 

"İndi görün, bunlar nə gündədirlər ki, heç terrorçular da bunları qəbul eləmir. Onu da qeyd edim ki, onlarçün sünni, şiə fərqi yoxdur, kim onların fikrində deyilsə, onlara kafir deyib öldürürlər". 

Hacı Qamət bildirib ki, İŞİD region, həm də Azərbaycan üçün real təhlükədir

"Hətta Azərbaycanda da İŞİD-i dəstəkləyən təkvirçilər (özlərindən başqa hamını kafir görənlər) var. Bizdən Suriyaya gedənlər, əsasən, onlara qoşulurlar. Bu da ölkəmiz üçün təhlükədir”. 

"Əbu- Bəkr" məscidinin imamı qeyd edib ki, İŞİD-in ən böyük düşməni özüdür: "Elə Suriyadan qabaq da onlar məni özlərinə düşmən elan etmişdilər".Aktual.az


      

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами