Ermənilər niyə türk geni daşıyır?

Ermənilər niyə türk geni daşıyır? - Təfərrüatlar

Ermənilər niyə türk geni daşıyır?
Rusdilli sosial şəbəkələrdə yayılan bir məlumat erməniləri xeyli narahat edib və türklərin Altaydan gəlmə monqoloidlərin nəsli olması barədə uydurduqları nağılları xeyli səngidib 

Məlumata görə, bu barədə yayılan materialda ermənilərin damarında 31%-ə qədər türk qanı axdığı bildirilir və əsas kimi ermənilərin 31%-nin R1b geni daşıması göstərilir. Misir fironu Tutanhamonda da tapılmış R1b geni Qarabağ ermənilərində, hətta 40 faizə qədər yüksəlir. 

Sosial şəbəkə iştirakçılarının həmin geni türk geni adlandırmasının da səbəbləri var. Bir sıra türk xalqlarında bu genin səviyyəsi həddindən yüksəkdir. Məsələn, başqırdlarda bu genin səviyyəsi 87%-ə qədər qalxır. O cümlədən kumandinlərdə (Altay türklərində) 49%, Türkiyənin türkmənşəli əhalisində 31%, türkmənlərdə 37%, uyğurlarda isə 19,2%-ə qədərdir. Genetika elminə görə, bu, həddindən yüksək səviyyədir və məhz buna görə R1b genini türk geni adlandırırlar. Həm də onun Mərkəzi Asiyada yarandığı vurğulanır. 

Ermənilər niyə türk geni daşıyır?

Lakin digər türk xalqlarının, azərbaycanlıların genetikasını araşdırdıqda R1b geninin türklüyə yox, Mərkəzi Asiyaya (Altaya) aid olduğunu müəyyən etmək olur. Azərbaycanlıların genetikasında R1b geninin payı cəmi 11%-dir ki, bu da müəyyən dövrlərdə Orta Asiyadan və Şimali Qafqazdan gələn köçərilərlə bağlıdır. 

Azərbaycan əhalisinin 30%-dən çoxu J2 geninin daşıyıcısıdır. Ön Asiyada, daha doğrusu Anadoluda yaranmış J2 geni Troya zamanlarından bu regionda yaşayan əhaliyə məxsus gendir. Vaxtılə Troyada yaşamış tur (so) tayfaları J2 geninin daşıyıcısı olublar. İlk daşıyıcısı təxminən 18 min il əvvəl yaşamış J2 geninin etrüsk məzarlarında da tapılması onun həm də türklərə məxsus olduğunu ortaya çıxarır. 

Ermənilər niyə türk geni daşıyır?

 

 

Ermənilərin də R1b genini kelt köçlərindən əldə etdiyi ehtimal edilir. Herodotun yazdığına görə, ermənilərin babaları friqlər Ön Asiyaya köç etməzdən qabaq Balkan yarımadasında yaşayıblar və görünür, kelt köçləri ilə də elə oralarda çarpazlaşıblar. Yəni daima türklərin Monqolustandan gəldiyini iddia edən ermənilərin əslində özləri Türkiyə köçəriləri səviyyəsində monqolustanlıdırlar. Amma Türkiyə türklərinin içərisində etrüsk genlərini daşıyanlar da az deyil. Gen araşdırmalarına görə, Türkiyə əhalisinin 24%-i etrüsklərə məxsus J2 geninin daşıyıcısıdır. Türkiyənin türkəsilli əhalisində (İç Anadoluda) bu faiz dərəcəsi yüksələrək Azərbaycan türklərində olduğu kimi 30%-i keçir. Yəni bu məsələdə də qardaşıq və “bir millət - iki dövlət” duyğusu boş yerdən yaranmayıb.


      

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами