“Ergenekonu yenidən aşmalıyıq”

“Ergenekonu yenidən aşmalıyıq”

“Ergenekonu yenidən aşmalıyıq”
Trabzonda 3 may - Türkçülük Günü qutlamaları başlayıb 

Trabzon Böyük Ülkü Dərnəyinin təşkilatçılığı ilə 03 de mayo Türkçülük Günü münasibəti ilə “XXI yüzildə türk milliyətçiliyinin milli, siyasi və mədəni üfüqləri” mövzusunda Platforma işə başlayıb. Yığıncağa Türkiyənin ünlü alimləri professor Nadim Macit, professor Bilgehan Atsız Gökdağ, professor Kamil Vəli Nərimanoğlu, professor Ali Akar, professor Mehmet Aça, professor Ayhan Bıçak, professor Levent Bayraktar, professor Ali Osman Gündoğan, Qırğızıstandan araşdırmaçı İnayətulla Azimov qatılıb. Toplantı iştirakçıları sırasında Türkiyənin təhsil, mədəniyət və iş dünyasından ünlü isimlər də var. 

Yığıncağı Trabzon Böyük Ülkü Dərnəyinin rəhbəri professor Kemal Üçüncü açıb. Professor Üçüncü qonaqları salamladıqdan sonra türk dünyasını bu günü ilə bağlı fikirlərini bölüşüb: “Türk dünyası bu gün kritik bir tarixi sürəcdən keçir. Bu sürəcdə milli düşüncə intellektual bir müstəvidə hədəflərini bəlli edən bir proqram ortaya qoymalıdır. Türkiyədə teorik məsələlər siyasətçilər və qəzetçilərin arasında geniş müzakirə edilməkdədir. Ancaq biz bu məsələyə elmi yöndən yanaşmanın doğru olduğuna inanırıq. Çünki çağdaş dünyada bu məsələlərin elm adamları, o sıradan tarixçilərin, filosofların gündəmində olduğunu görürük. Biz türklüyün çağdaş dünyadakı yerini bəlirləmək istəyiriksə, mütləq bu mərhələni keçməliyik”. 

K.Üçüncü türk milliyətçiliyinin 12 sentyabr 1980-cı il olaylarından sonra duyğusallıqdan başqa dayanıqlı bir proqram yarada bilməməsinə də diqqət çəkib: “Bu səbəbdən türklük getdikcə siyasi səhnədən sıxışdırıb. Bu gün Türkiyədə dövlət siyasətinin milli düşüncəyə söykənməməsi ölkəmizi, o sıradan bütün türk dünyasını çox ciddi suallarla üz-üzə qoyub. Yaşadıqlarımız səbəbi ilə bu gün türk elm adamları milli düşüncəyə öncüllük etməli, biz Ergenekonu yenidən aşmalıyıq”. 



Təməl Kahveçi onu da bildirib ki, toplantının keçirilməsində əsas məqsədlərdən biri də bu gün siyasi səbəblər üzündən türk milliyyətçi kəsimi üzərində hakim olan çarəsizlik durumunu aradan qaldırmaqdır: “Biz keçmişdəki dinamik, həyəcanlı, dinamik ruhumuzu canlandırmalıyıq. Türkiyədə türk kimliyinin Konstitusiyadan çıxarılması, türklərin bu ölkədə yaşayan 36 qövmdən biri olmaq səviyyəsinə endirilməsi üçün çox ciddi hazırlıqlar var. Bu, türk millətini ölkənin tarixindən, eləcə də gələcəkdə söz sahibi olmaqdan çıxarılması deməkdir. Bu ölkənin əsl sahibləri kimi biz bu siyasətin qarşısını almaq üçün güclərimizi birləşdirməliyik. 

Çünki Türkiyə bütün türk dünyası üçün bir modeldir. Əgər türklük qavramı Türkiyə siyasətindən götürülərsə, Orta Asiya, Azərbaycan, eləcə də digər türk cümhuriyyətlərində bu təfəkkür tamamilə itmək təhlükəsi ilə qarşılaşa bilər. Mən Orta Asiyadan yeni bir türklük düşüncəsi doğa bilər fikri ilə razı deyiləm. Anadoluda türklük düşüncəsi məhv edilərsə Rusiya ilə Çinin əhatəsində olan Orta Asiyadan bu düşüncə dirçələ, bütün türk dünyasına yayıla bilməz. Türkiyə dövlətində türk milliyyətçiliyinin varlığı dünyadakı türk düşüncəsinin varlığı deməkdir. Türkiyə dövlətinin qurucusu türklərdir və bu tarixi gerçəyi dəyişdirmək üçün sərf edilən əməyi boşa çıxarmamaq, dövlətimizə və millətimizə sahib çıxmaq bizim əsas vəzifələrimizdən biri olmalıdır”. 



Yığıncaq Ziya Gökalp platforması ilə davam edir.


      

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами