İranlı agentlərdən şok Türkiyə iddiası
İranlı agentlərdən şok Türkiyə iddiası - Qalmaqal
İran baş naziri olan atasını , iranlı ajanlar öldürdü. İntiqam üçün SİA və Mossad agenti oldu
Casusluğunu qələmə aldığı bir kitabla etiraf edən Cahanşah Bəxtiyar Türkiyə ilə ilgili sensasion bir iddia ortaya qoyudu.
Politika.Az xəbər verir ki, İranın ən böyük nəsillərindən olan Bəxtiyarilərin son təmsilçisi Cahanşah Bəxtiyar Fransada yayımlanan kitabında ABŞ və İsrail kəşfiyyatı üçün İrana qarşı casusluq etdiyini iddia etdi.
İrandakı inqilabdan öncə , Pəhləvi rejiminin son baş nazirlərindən olan Şapur Bəxtiyarın kiçik oğlu Cahanşah "Mən iranlı ,SİA və Mossad agenti" adlı kitabında 1991-ci ildə atasını sürgündə yaşadığı Fransada sui-qəsd düzəldərək öldürməkdə ittiham etdiyi İran rejimindən intiqam almaq üçün 40 yaşından sonra agentlik etdiyini bildirir. Cahanşah kitabında hətta saxta kimliklə keçdiyi İran günlərinin fotolarını da yerləşdirib.
Cahanşah SİA ilə necə əlaqə qurdu?
Gənclik illərini İran rejimindən intiqam almaq xəyalları ilə keçirən Cahanşah bu arzusuna 2004-cü ildə Bəhreyində görüşdüyü bir SİA agentinin vasitəsi ilə çatdığını bildirir. SİA adına İranın nüvə proqramını durdurmağa yönəlik əməliyyatlarda iştirak etdiyini yazan Cahanşah, sonradan İsrailin gizli servisi Mossadla da əlaqə qurduğunu və nüvə sahəsindəki iranlı elm adamlarına sui-qəsd düzəldəcək əməliyyatlar üçün, iranlı agentlər yetişdirdiyini iddia edir.
Türkiyədən tapdı
Bəhreyindəki İran səfirliyində vəzifəli bir diplomata rüşvət verərək İran pasportu əldə edən Cahanşah, illər sonra döndüyü ölkəsində özünü ticarətlə məşğul olmaq istəyən zəngin bir iş adamı kimi təqdim edərək çevrəsinə adamlar toplamağa başlayır. İnqilab Keşikçiləri ilə yaxın əlaqələr qurmağa başlayan Cahanşah , bu sırada Türkiyəyə səfərlər edərək, tanıdığı gənc iranlıları Mossadla əməkdaşlığa cəlb edir. Cahanşah seçdiyi iranlı gənclərdən 6-sının Mossad tərəfindən sui-qəsdçi olaraq yetişdirildiyini və İranın nüvə proqramı ilə əlaqəli elm adamlarına qarşı sui-qəsdlər təşkil etdiyini yazır.
Mavi Mərmərə bitirdi
İran rejimindən çəkinmədiyini və bundan sonrakı həyatını Latın Amerikasında yaşamaqla keçirməyi planlaşdıran Cahanşah agentlik günləri, ABŞ prezidenti Barak Obamanın siyasi dəyişikliyi və İzrailin 2010-cu ildəki Mavi Mərmərə basqını ilə sona yetib. İsrail mətbuatına görə, Mossadın iranlı alimlərə yönəlik sui-qəsd əməliyyatlarını dayandıran Obama hakimiyyəti , Tehranın nüvə proqramını iqtisadi təzyiqlərlə əngəlləməyə çalışıb. Məsələ ilə bağlı daha bir maraqlı məqam isə İsrailin Türkiyə ərazisində casusluq əməliyyatlarının həyata keçirməsinin üzə çıxmasıdır. Mavi Mərmərə olayından sonra münasibətləri kəskin şəkildə pisləşmiş Ankara və Tel-Əviv arasında növbəti qalmaqalın yaşana biləcəyi gözlənilir.

Комментарии
Отправить комментарий