NATO-Azərbaycan əməkdaşlığının 20 illiyi qeyd edildi
07 May 2014 | 07:34
NATO-Azərbaycan əməkdaşlığının 20 illiyi qeyd edildi
A
A
Mayın 5-də NATO-nun Brüssel qərargahında Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan və NATO: sadiq tərəfdaşlığın 20 ili” mövzusunda seminar və foto sərgi keçirilib.
Seminarın açılış çıxışını edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim ötən 20 ili Azərbaycanın NATO üçün çox vacib bir tərəfdaş olduğunun sübutu kimi qiymətləndirib. O həmçinin Azərbaycanın NATO-nun Gürcüstan və xüsusən də Əfqanıstan missiyalarında yaxından iştirak etdiyini bildirib.
Avropa Siyasi Mərkəzinin (EPC) təmsilçisi Amanda Paul Azərbaycanda müdafiə və təhlükəsizlik sahələrində aparılan islahatlardan danışıb, Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində seçilən fəaliyyətini qeyd edib. Həmçinin o, Azərbaycanın Ukrayna böhranı ilə bağlı aydın mövqeyini alqışlayıb. Yekunda xanım Paul NATO-nun Rusiya ilə həmsərhəd Şərqi Avropa ölkələrinin qarşılaşdıqları təhlükədən müdafiəsinin NATO üçün vacib olduğunu deyib.
Bakı Dövlət Universitetinin Diplomatiya və Müasir İnteqrasiya Prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli öz çıxışında Krım hadisələrinin Avropa İttifaqı (Aİ), Şərq Tərəfdaşlığı ölkələrinin öz aralarında və Rusiya ilə münasibətlərini yenidən düşünməyə vadar etdiyini deyib. Bununla yanaşı, o, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyətini qeyd edib, indi "Şahdəniz -2" layihəsi çərçivəsində qazın ən son texnologiyaların köməyi ilə Xəzərin indiyə qədər enilməmiş dərinliklərindən çıxarılacağı haqda məlumat verib. Bununla yanaşı, Bəxtiyar Aslanbəyli Azərbaycan və NATO arasında münasibətlərin xüsusi şərtlər üzərində qurulmalı olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Xəzər hövzəsi yenə Brüsseldə müzakirə mövzusu idi
Rusiya rəsmiləri NATO-nun Şərqi Avropadakı fəaliyyətinin intensivləşməsindən narahatlıqlarını gizlətmirlər.
Almaniyanın "Spiegel" jurnalının yazdığına görə, NATO Rusiyanın hərbi əməliyyatları Şərqi Avropaya doğru genişləndirməsini gözdən keçirib.
NATO baş katibi Anders Foq Rasmussen (Anders Fogh Rasmussen) Rusiya prezidenti Vladimir Putinin Krım səfərini "yersiz" kimi qiymətləndirib.
Ukraynada baş verən siyasi böhranın fonunda Avropa İttifaqının (Aİ) enerji həyəcanı Brüsselin ictimai-siyasi forumlarının əsas müzakirə mövzusuna çevrilib.
Litvanın Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya birtərəfli surətdə Litvaya Kalininqradda yerləşən hərbi texnika və silah haqda məlumatın verilməsi razılığını ləğv edib.
Ukraynadakı vəziyyəti yenidən qiymətləndirən NATO hərbi komandanı Rusiyanın işğaldan daha çox üsyançıları qızışdırmaqda maraqlı olduğunu bildirib.
Avropa Şurasına üzv olduqdan sonra Azərbaycan Respublikası ilk dəfə, 2014-cü ilin may ayından etibarən Nazirlər Komitəsinə sədrlik edəcək. Sədrliyin prioritetləri bu gün təqdim olunur.
Aprelin 29-da ABŞ rəsmi Vaşinqton və müttəfiqlərinin Ukraynaya birlikdə dəstək göstərəcəyini bildirib. Həmçinin NATO sərhədlərinin toxunulmazlığı və müttəfiqlərin ən kiçik ərazini qoruyacağı ilə bağlı Rusiyaya xəbərdarlıq edib.
Комментарии
Отправить комментарий