Enerji Azərbaycan xarici siyasətinin bir aləti deyil

22 May 2014 | 09:44
“Enerji Azərbaycan xarici siyasətinin bir aləti deyil”
photo: eunews.az
A
A
print
Baxılıb: 65
“Enerji Azərbaycan xarici siyasətinin bir aləti deyil”. Bunu mayın 20-də Brüsseldə Avropa Siyasi Mərkəzinin (EPC) təşkilatçılığı ilə “Şərq vədləri siyasi dialoqu” proqramı çərçivəsində “Xəzərin tərifi: Xəzər enerjisinin gələcəyi” adlı konfransda çıxış edən Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri Elnur Soltanov dedi. Onun fikrincə, Azərbaycan enerji faktorundan öz suverenliyini qorumaq üçün istifadə edir və buna da nail olur. Bundan əlavə, enerji faktorundan yararlanan tək Azərbaycan deyil: beynəlxalq miqyasda Gürcüstan və Türkiyə də Azərbaycanın enerji layihələri sayəsində bir çox məsələlərdə öz müstəqilliklərini saxlaya bilirlər. Bu layihələrin hətta Ermənistana belə xeyri dəyir və bu ölkə bölgədəki iqtisadi fəallıq sayəsində boğulmadan xilas ola bilir.
Elnur Soltanovun fikrincə, Azərbaycan enerji siyasətini  Rusiya antaqonizmi üzərində qurmayıb. Rusiya Azərbaycanın iqtisadi tərəfdaşıdır və Qərblə birgə layihələr qurarkən Azərbaycan qapılarını Rusiyanın üzünə bağlamır. Bununla belə, Azərbaycanın bölgədə təsir gücünün artması Rusiyanı və İranı narahat edir.
Sonda, Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Soltanov Dağlıq Qarabağın Azərbaycanın suverenleyinə qurban getdiyini dilə gətirib. Onun fikrincə, Ukrayna böhranı hər şeyin Dağlıq Qarabağdan başladığını göstərir.
Avropa Siyasi Mərkəzinin siyasi analitiki Amanda Paul Xəzər enerjisinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini, Ukrayna hadisələrindən sonra Cənub Qaz Dəhlizi yolu ilə Azərbaycan qazının Avropaya nəqlinin Rusiya qazına real alternativ olduğunu  qeyd edib.
Avropa Komissiyasının Enerji Baş Direktorluğunun məsləhətçisi Brendan Devlin Azərbaycanın çətin coğrafi mövqeyə baxmayaraq etibarlı tərəfdaş kimi özünü sübut etdiyini bildirib. O, qaz nəqli layihələrinin gerçəkləşməsi üçün Avropa İttifaqının Azərbaycana lazım olan bütün siyasi dəstəyi verəcəyini deyib. “Eunews.az ”ın “Bu dəstək Azərbaycanın ərazi bütövlüyü məsələsinə də aid ediləcəkmi?” sualına isə Devlin cavab verməkdən çəkinib.
İrana gəlincə, Brendan Devlin bu ölkəni Avropanın “ən böyük gözlənilməz müttəfiqi” adlandırıb. Devlinə görə, Avropanın İrana texniki baxımdan edə biləcəyi yardım böyükdür. Lakin İrandan Avropaya neft nəqlinin iranlıların gözlədiyindən daha gec reallaşmaq ehtimalı çoxdur. 
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами