Minimum əmək haqqı yenidən gündəmdədir (infoqrafika)

22 Yanvar 2014 | 16:03
Minimum əmək haqqı yenidən gündəmdədir (infoqrafika)
photo: Marianne
A
A
print
Baxılıb: 182
Yanvarın 17-də Böyük Britaniya höküməti 2015-ci ilədək minimum əmək haqqını 11 faiz artırmaq qərarını verib. İki ay öncə isə alman höküməti minimum əmək haqqı təsis etməyi qərara alıb. Bu barədə “Le Monde” xəbər verir.
Aİ-nin 28 üzvündən 21-də ümumiləşdirilmiş minimum əmək haqqı sistemi mövcuddur. Aylıq minimum əmək haqqının miqdarı isə ölkələrə görə dəyişir. Ən kiçik minimum əmək haqqıya sahib Rumıniya (157 avro) ilə ən böyük minimum əmək haqqısı olan Lüksemburq (1874) arasındakı fərq 12 dəfədir. Bununla belə bu fərq həmin ölkələrdəki qiymət fərqini əks etdirmir. 
Kiprdə qanuni minimum əmək haqqı varsa belə bu, bütün işçilərə şamil edilmir. Almaniyada ümumiləşdirilmiş minimum əmək haqqına keçid 2015-ci ilin 1 yanvarında yekunlaşacaq. Minimum əmək haqqısı olmayan digər Aİ üzvləri Avstriya, Danimarka, İtaliya, Finlandiya və İsveçdir. Bu ölkələrdə aylıq məvacibin məbləği ya müəssisələr və həmkarlar ittifaqları arasında razılaşdırılır, ya da müqavilə ilə müəyyən olunur. Ümumilikdə, bu ölkələrdə hər sektorun öz minimal məvacibi faktiki olaraq razılaşdırılıb.
Minimum əmək haqqının effektivliyi ilə bağlı yekdil fikir yoxdur. Bəzi iqtisadçılar qiymət baxımından onu effektiv hesab etmirlər. İqtisadçı Erik Eyerin fikrincə, “minimum əmək haqqı olmayan yerdə məvacib məhsuldarlığa görə verilir. Məhsuldarlığı az olan işçilər minimum əmək haqqı hesabına çox maaş alırlar. Bu isə, həmin şəxslərin işə götürülməsini rentabelsiz edir və onları əmək bazarından sıxışdırır”.
Bununla belə, minimum əmək haqqı yoxsulluqla və bərabərsizliklə mübarizənin sınaqdan çıxmış üsuludur. Almaniyada həmkarlar ittifaqları və işəgötürənlər arasında razılaşmalara aidiyyatı olmayan işçilər ən yoxsul işçilərdir. Minimum əmək haqqı müəssisələrə də xeyirli ola bilər. İşçilərin alıcılıq qabiliyyətinin artması müəssisələrə hər cəhətdən faydalıdır.
Avropa Komissiyası bütün Avropa üçün minimum əmək haqqının təsis olunmasının tərəfdarıdır. 2012-ci ilin aprelində verdiyi kommunikasiyada Komissiya bildirir ki, minimum əmək haqqı yoxsul işçilərin sayının azalmasının qarşısını almağa kömək edər və iş keyfiyyətinin yüksək olmasına təminat verər. Lakin bu təşəbbüs iqtisadi sahədə ənənələrin fərqliliyi səbəbindən sona çatdırıla bilmir.

MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами