Azərbaycan-Rusiya sərhədində genişmiqyaslı əməliyyatlara başlanıb

19.05.2014
Hazırladı:Vüqar Heydərov

Azərbaycan-Rusiya sərhədində genişmiqyaslı əməliyyatlara başlanıb

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlanıb. Əməliyyatlar Azərbaycanın şimal və şimal-qərb bölgəsini əhatə edir. “Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir.
APA TV-nin xəbərinə görə, rayon ərazisində postlar qurulub. Polis əməkdaşları rayona girən və çıxan avtomobilləri yoxlayır.

Qax Rayon Polis Şöbəsindən  əməliyyatların aparılması təsdiqlənsə də, əməliyyatın məxfi olduğunu əsas gətirərək ətraflı məlumat verilməyib.
 
Quba Rayon Polis Şöbəsindən bildirilib ki, əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Daxili İşlər Nazirliyindən isə bildirilib ki, aparılan əməliyyatlar başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами