“Xəzər dənizi İranın nəzarətindədir”

“Xəzər dənizi İranın nəzarətindədir”

Xəzər dənizin mühüm geostrateji mövqeyi, nəhəng neft və qaz ehtiyatları heç kimə sirr deyil

İran Xəzər dənizində bərabər hüquqlar əsasında 20 faiz paya sahibdir və Xəzər dənizi İranın Hərbi Dəniz Qüvvələrin ciddi nəzarətindədir”.
APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari bildirib.
O həmçinin bildirib ki, İran Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə həmişə dəstək verib: “Regiondan kənar dövlətlərin hərbi qüvvələrin iştirakı bu strateji bölgədəki təhlükəsizliyinə zərbə vura bilər. Regional ölkələrin sıx əməkdaşlığı Xəzər dənizində təhlükəsizliyin təmin edilməsində vacibdir”.
H. Səyyari əlavə edib ki, İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu mütəmadi olaraq təlimlər keçirir: “İyulda Xəzər dənizində təlimlər keçirilib. Bununla İran öz gücünü və ölkəni müdafiə etmə qabiliyyətini nümayiş etdirdi. Bu təlimlər başqa bir məqsəd daşımır”.

04 Sentyabr 11:36

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Глава вторая Основы охраны государственной границы пограничными нарядами

Наставление по охране государственной границы (пограничный наряд)