“Ermənistan Avropa İttifaqı ilə assosiasiya sazişi imzalaya bilməz”

“Ermənistan Avropa İttifaqı ilə assosiasiya sazişi imzalaya bilməz”

- MÖVQEDünya / Tarix 04 / 09 / 2013 Saat 12:56



Elmar Brok: “Ermənistan Qarabağ məsələsi ilə əlaqədar Rusiyanın şantajına məruz qalıb”

“Ermənistan eyni anda Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqının üzvü olub, həm də Avropa Birliyi ilə assosiasiya sazişi imzalaya bilməz. Yarımçıq hamiləlik mümkün deyil”. APA-nın xəbərinə görə, bu sözləri Avropa Parlamentinin xarici əlaqələr komissiyasının sədri Elmar Brok “Azadlıq” radiosuna müsahibəsində deyib.


E. Brok bu qərardan təəssüfləndiyini və məsələni Ermənistan prezidenti ilə daha əvvəl müzakirə etdiyini söyləyib: “Biz Azərbaycan və Dağlıq Qarabağla bağlı situasiya ilə əlaqədar Ermənistana Rusiya tərəfindən çox ciddi təzyiqlər edildiyini bilirik. Bu faktordan kiçik Ermənistan dövlətinə qarşı şantaj kimi istifadə olundu. Mən çox təəssüf edirəm ki, bu və digər səbəblər üzündən həm Gömrük İttifaqında, həm də Avropa Birliyinin azad ticarət zonasında eyni anda tam hüquqlu iştirak mümkün olmayacaq”.


E. Brok bəyan edib ki, AB-Ermənistan münasibətləri bundan sonra Avropaya inteqrasiya perspektivindən məhrum olacaq. O, Avropanın lazımi məqamda Ermənistana dəstək verməməsi səbəbiylə bu ölkənin belə bir addımı atmaq məcburiyyətində qalması haqda fikirlərlə razılaşmayıb: “Hesab edirəm ki, belə fikirlər daxili auditoriyaya hesablanmış “piar”dır. Biz assosiasiya sazişi barədə danışıqlara və Vilnüsdə bu istiqamətdə irəliləyişi qeydə almağa hazır idik. Ermənistanın bu addımının səbəbi Rusiyanın təzyiqidir”.


Ermənistanın Vilnüs sammitinə qədər mövqeyini dəyişməsinin mümkünlüyü haqda sualı cavablandıran E. Brok bu mövzuda Ermənistan rəhbərliyi ilə söhbət aparacağını açıqlayıb: “Mən son illər dəfələrlə Ermənistan prezidenti ilə danışmışam və deyə bilərəm ki, ona təzyiq edilib. Geri dönmək imkanı varsa, çox vacibdir ki, Qarabağ problemi həll olunsun və Ermənistan Azərbaycanla münasibətlərini yoluna qoysun. İndiyə qədər bu məsələ ilə məşğul olmayan Avropa Birliyi dondurulmuş münaqişələrin həlinə ciddi maraq göstərməlidir”




Xəbər 37 dəfə oxunub

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами