Cəmiyyətdə İslam dininə münasibət

Bəsirə Əzizəliyeva
Cəmiyyətdə İslam dininə münasibət

Dünya ölkələrinin əksəriyyəti dünyəvi dövlət statusunda çıxış etsələr də cəmiyyətin həyatında ölkə əhalisinin mənsub olduğu dini dəyərlərin rolu həlledici əhəmiyyətə malikdir. Bu da, ilk növbədə, onu göstərir ki, texniki sivilizasiya, elmin inkişafı və digər məsələlər millətlərin dini dəyərlərini kölgədə qoymur, əksinə daha da qabardır.

Təəssüf ki, xristian dövlətlərindən fərqli olaraq bir çox müsəlman ölkələrində din bir problem kimi daim araşdırılır və nə qədər sözügedən məsələ ətrafında söhbətlər olursa də, mahiyyət baxımından din cəmiyyətin mənəvi gücü kimi zəifləməyə doğru gedir. XX əsr ərəb yazıçısı Mixail Nuaymə hələ öz dövründə Şərqin dini durumunu özünəməxsus formada ifadə edərək yazırdı: “Mən elə bir ölkə tanımıram ki, orada din bu ölkədə olduğu kimi dodaqlarda belə yaşasın və ürəklərdə belə azalsın” (Naimy N. Mikhail Naimy, Beirut, American University of Beirut, 1975, s. 234). Çox təəssüf ki, illər ötsə də problem öz mahiyyətini, əsas etibarilə, qoruyub saxlamaqdadır.

Son dövrlər müsəlman dünyasında dinin problem halında ortaya çıxmasının bir çox cəhətləri müşahidə olunur və bunlardan ən başlıcalarından biri islam cəmiyyətində xristian təbliğatı ilə bağlıdır. Həmin məsələnin kökündə müxtəlif səbəblər dayanır. Konkret bizim cəmiyyətə diqqət yetirsək, görərik ki, burada islamı aşağılamaq, onu inkişafa mane bir ünsür olaraq təqdim etmək kimi Sovet imperiyasının siyasətində dayanan əsas istiqamətlər indi də davam edir. İnsanların bir qismi bunu məqsədli şəkildə irəli sürürlərsə, böyük əksəriyyət düşüncəsində daşlaşmış birəsirlik təbliğatın fərqinə belə varmadan əsirinə çevrilirlər.

Kiçik bir müqayisəyə diqqət yetirək. Nəyə görə ateist siyasəti ilə dünyaya təqdim olunan Sovet imperiyasında yalnız islam dini hədəf alındı və tərəqqiyə zidd din timsalında təbliğ olunmağa başlanıldı. Halbuki bu imperiya daxilində digər dinə mənsub insanlar da var idi. Deməli, bu konkret olaraq, islama qarşı yönəldilmiş siyasət idi. Hal-hazırda məqsəd sözügedən məsələləri araşdırmaq və keçmişi dəyərləndirmək deyil, həmin siyasətin cəmiyyətə hələ də vurmaqda olan zərbələrinin qarşısını almağa çalışmaqdır. Təəssüf ki, millətin psixologiyası, dünyagörüşünə edilən müdaxilə daşlaşırsa, onu əritmək də asan olmayacaq.

Problemin bir cəhətinə diqqət yetirək. Azərbaycanın iki əsr imperiya altında qalması nəticəsində imperialistlər millət və onun mənsub olduğu din arasında uçurum yaratmaq üçün iki muhum məsələdən istifadə etdilər:

1) İnsanlarda islam dininə qarşı təkəbbür yaratmaq.

2) Dini təbliğ edən insanlara mənfi münasibət aşılamaq.

Məlumdur ki, islam dinində günah sayılan ən mühüm məsələlərdən biri təkəbbürdür. “əl-Əraf” surəsinin 36-cı ayəsində deyilir: “Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar”. Həmin surənin 40-cı ayəsində də “ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz” söylənilir. Deməli, bu imperialist yanaşma milləti birbaşa günaha sürükləyir, digər tərəfdən isə dini təhqir edirdi. Qeyd olunduğu kimi, imperiyanın millətin mənəviyyatı, psixologiyası, şüuru və düşüncəsində törətdiyi mənfi tendensiyaları aradan qaldırmaq uzun illər tələb edir.

Bu baxımdan, cəmiyyətimiz qeyd olunan steriotiplərdən hələ tamamilə xilas olunmayıb, digər tərəfdən də ömrünün böyük bir hissəsini imperiya dövründə yaşayan insanları da burada mühüm fakt kimi nəzərə almaq lazımdır. Cəmiyyətdə zaman keçdikcə təkəbbür faktının daha çox azaldığı müşahidə olunursa, dini təbliq edən insanlara münasibətdəki yanlış və bəzi hallarda, təəssüf ki, obyektiv xarakter daşıyan mənfi, yaxud qeyri-müsbət münasibət (bunlar fərqli keyfiyyətlərdir) davam etməkdədir.

Bütün bunların üzərinə bir sıra hallarda daha güclü şəkildə təsadüf olunan inamsızlıq, biganəlik, yalnız öz faydasını düşünmək, yalançılıq, ədalətsizlik, yalnız özünə yetinə bilmək imkanları və s. də əlavə etsək, vəziyyətin daha kəskin xarakter aldığını görərik.

Bütün sadalanan cəhətlər isə çox asanlıqla cəmiyyətdə digər dinlərin yayılması və təbliğ olunmasına şərait yaradır. Təbii ki, müqavimət zəif olduğu zaman hücm da güclənəcək. Niya görə bir müsəlman xristianlığı, yaxud digər dinləri qəbul edə bilməz? Bu dini tolerantlığa ziddirmi? Nədən ötrü başqa dinlərin nümayəndələri müsəlmanlığı qəbul edə bilər, lakin müsəlmanlar qeyri-dinlərə keçə bilməz? Bu suallara cavab tapmaqla məsələyə aydınlıq gətirmək mümkündür.

Danılmaz faktdır ki, islam Allahın vəhy yolu ilə nazil etdiyi sonuncu dindir. Sadə məntiqlə yanaşsaq, sonuncu dindən daha əvvəlkilərə qayıtmaq inkişafı geriyə çəkmək kimi aydın bir prosesdir. Təbii ki, bu yanaşma hər kəsi qane etməyəcəkdir.

İlk növbədə, ona diqqət yetirək ki, hələ “İncil”də islam dininin meydana gələcəyi haqqında məlumat verilmişdir. “əs-Saff” surəsində deyilir: “Onu da xatırla ki, bir vaxt Məryam oğlu İsa belə demişdir: Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm”.

İkinci, diqqət yetirilməli məsələ islamın bir din olaraq nə məqsədlə göndərilməsidir. “əl-Hədid” surəsinin 9-cu ayəsində oxuyuruq: “Sizi zülmətdən nura (küfrdən imana) çıxarmaq üçün öz bəndəsinə (Myhəmməd əleyhissəlama) açıq-aşkar ayalər nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir”.

Üçüncü, islam bütün dinlərdən üstün olaraq göndərilmişdir. Bu digər dinləri inkar etmək anlamını daşımır. Özündən əvvəlki dini kitabları təsdiq edən müqəddəs “Quran”ın sonuncu vəhy kitabı olması onun üstünlüyü mənasını daşıyır. “əl-Fəth” surəsinin 28-ci ayəsi bu fikri ifadə edir: “Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur”. İslamdakı təkallahlılıq ideyası millətindən asılı olmadan hər kəsin Allaha təslim olması fikrini daşıdığı üçün onun yalnız ərəb ölkəsində və ərəb dilində nazil olduğuna görə lokal din səciyyəsi daşımadığını göstərir.

Ayrı-ayrı ümmətlər üçün göndərilən dinlərdən fərqli olaraq islam bütün bəşər nəslinə ərəb millətinə mənsub peygəmbər tərəfindən nazil olunmuşdur. Ona görə də islam tək din statusu alır: “Bu (tövhid dini İslam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm” (“əl-Muminun” surəsi, 52-ci ayə).

Qeyd olunan butun cəhətlər bir müsəlmanın öz dinini dəyişməsilə günah işlətməsi mənasını aydın şəkildə izah edir. Çünki, artıq sonuncu din olaraq o, özündən əvvəlkiləri də ehtiva edir və inkişaf etdirir. “Ali-İmran” surəsində oxuyuruq: “(Ya Muhəmməd!) Soylə: “Biz Allaha, bizə nazil olana (Quran), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!

Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə də zərər çəkənlərdən olar!”. “ər-Rum” surəsinin 30-cu ayəsində də bir daha hökm olunur: “(Ya Muhəmməd! Ümmətinlə, birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) hec vəclə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dinin islam olduğunu) bilməz”.

Cəmiyyətin inkişafını təmin edən ən mühüm cəhətlərdən biri onun öz dəyərlərinə sahib çıxması, onu qoruması və gələcək nəsillərə ötürməsidir. Dinimizə hörmətlə yanaşmasaq, bunu digərlərindən necə tələb edəcəyik?!

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами