Sərhəd insidentinə Bakı və Tehrandan ziddiyyətli bəyanatlar
Sərhəd insidentinə Bakı və Tehrandan ziddiyyətli bəyanatlar
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, ötən gün sərhəddə baş vermiş atışmaya baxmayaraq, iki ölkənin rəsmiləri Azərbaycan və İran arasında yaxşı münasibətləri daha da gücləndirmək əzmindədirlər.
Bazar günü Azərbaycanın Yardımlı rayonunun İranla sərhədində baş vermiş insident nəticəsində Rüfət Quliyev adlı azərbaycanlı sərhədçi öldürülüb. İran tərəfinə əsasən, bir neçə Azərbaycan sərhədçisi sərhəd xəttini keçməyə cəhd ediblər. Azərbaycan tərəfi isə İran tərəfdən bir qrup naməlum şəxsin sərhədi pozmaq istədiyini bildirir. "Birgə sərhəd komitəsinin üzvləri baş vermiş hadisənin səbəblərini araşdırırlar" - deyib Mehmanpərəst.
"İran İslam Respublikası və Azərbaycan Respublikası qonşudurlar və adətən sərhədlərdə müxtəlif hadisələr baş verir. Azərbaycan sərhədçilərinin bizim əraziyə daxil olmasına görə toqquşmanın baş verdiyi xəbər verilir. Belə olan halda iki ölkənin müvafiq orqanları birlikdə bu məsələni araşdırıb rəy verməlidirlər."
Suallar
Bundan əvvəl İran daxili işlər nazirinin müavini Əli Abdullahi də sərhədin Azərbaycan sərhədçisi tərəfindən pozulduğunu demişdi. Onun sözlərinə görə, bəzən sərhədçilər bilmədən başqa ölkənin ərazisinə daxil olurlar, amma bu dəfə sərhədçi İran əsgərlərinin "dayan" əmrinə reaksiya vermədiyinə görə öldürülüb.Lakin Azərbaycanın sərhəd xidmətinin yaydığı məlumata əsasən, toqquşmaya səbəb bir qrup silahlının Azərbaycan sərhədini pozaraq ölkəyə daxil olmaq istəməsi olub.
Bəyanata əsasən, qrupun üzvləri Azərbaycan hərbçilərinin onları həbs etmək cəhdindən yayınaraq İrana qaçıblar.
İran-Azərbaycan sərhədi həm regiona, həm də Avropaya narkotik aparan qaçaqmalçılar tərəfindən geniş istifadə olunur.
Belə hadisələr əvvəllər baş verib və Azərbaycan tərəfinin versiyası indiki hadisənin də bu qəbildən olduğu təsəvvürünü yaradır.
Lakin bu dəfəki toqquşmada İran tərəfinin, sərhədçi (zabitin) məzh İran hərbçilərinin atəşi nəticəsində öldürülməsini hazırlıqla etiraf etməsi rəsmi Bakının versiyası barədə suallar doğurur.
Комментарии
Отправить комментарий