İranın İŞİD-i: “Haşdi Şəbi” – “insanın canlı canlı qarnını deşən, qəlbini və ciyərini çıxardıb yeyən…” – Kamal Öztürkün yazısı

İranın İŞİD-i:  “Haşdi Şəbi” –  “insanın canlı canlı qarnını deşən, qəlbini və ciyərini çıxardıb yeyən…” – Kamal Öztürkün yazısı
Türkiyənin  Anadolu Agentliyinin  keçmiş rəhbəri, hazırda  “YeniŞafak”  qəzetinin yazarı olan  Kamal Öztürk son zamanlar  İraq siyasətinin aparıcı isminə çevrilən, İran  tərəfindən qurulduğu bildirilən və “yeni İŞİD”  adlandırılan “Haşdi Şəbi” qruplaşmasından yazıb.
Avropa.info həmin yazını təqdim edir:
Ərbildə bir türkmən cibindən çıxartdığı telefonunda bir videonu mənə göstərdi. Qəlbim sanki dayandı. Videoda tutduqları bir insanı yerə yatıraraq canlı canlı qarnını deşən, qəlbini və ciyərini çıxardıb yeyən vəhşi insanlar var idi. Daha sonra həmin şəxs “Bax Haşdi Şabi bunlardır” dedi. Qorxu dolu gözlərlə bu vəhşi görüntülülərinin eynisi bir zamanlar İŞİD`in vəhşi olduğunu göstərmək üçün də əldən ələ dolaşırdı. Əvvəlcə şişirtdiklərini düşündüm. Sonra kürd siyasətçilər, ərəb liderləri, qəbilə təmsilçiləri, mətbuatda işləyən sivil xalqla danışdıqca, hər kəsin ağlının tam ortasında dəhşət kəlməsi ilə birlikdə hər zaman yan-yana olduğunu gördüm.
İŞİD Qərb dünyası içində necə bir dəhşətli bir ürpədici fiqurdursa, Haşdi Şabi də İraqdakı sünnilər üçün eyni şeyi ifadə edirdi. Amma nədənsə Qərb dünyası bu qruplaşmadan heç danışmırdı. Belə ki, Haşdi Şabi heç Romadan qalan tarixi əsərə hücum etmədi və qərbdən olan birisini öldürmədi.
İŞİD İraqı necə işğal etdi?
2014-cü ilin iyun ayında sayları 3000 nəfəri keçməyən İŞİD əsgərləri ani bir hərəkətlə Suriyadan Telafər-Mosul xəttinə doğru hücum edəndə bütün dünya çaşbaş qalmışdı. İraq ordusu, tankını, topunu, dəbilqəsini, hərbi geyimlərini ataraq Bağdada doğru qaçdı. İŞİD qısa sürətlə Samara, Ramadi, Tikrit, Ənbar kimi əraziləri asanlıqla aldı. Hər kəs bu qruplaşmanın necə bu qədər güclü olduğunu danışdığı bir vaxtda heç diqqət etmədikləri bir şey var idi. Bu ərazilər sünnilərin sıx yaşadığı yerlərdir. Buralarda çox köklü və böyük ərəb, kürd və türkmən qəbilələri var. Bu qəbilələr ABŞ-ın Səddamı hakimiyyətdən saldıqdan sonra iş başına gələn Maliki iqtidarının təzyiqi ilə qarşı-qarşıya qalmışdı.
Maliki şiə siyasətini güdərək o qədər böyük zülmlər etdi ki, bu qəbilələr “Bir Səddam getdi, min Səddam gəldi” deyərək içində olduqları vəziyyətləri anladılar. Nəticədə şiə diktatorluğunda yaşamaqdansa “İŞİD ilə yaşayarıq” deyən üsyan bayrağı açan bu qruplaşma ilə iş birliyinə girdilər. Əslində İŞİD-in əraziyə hakim olmasının səbəbi, Maliki hakimiyyətinin və digər şiə qruplarının sünni qəbilələrə qarşı zülmü idi.
Haşdi Şabinin quruluşu
İŞİD ərazini işğal etdikdən sonra İraqın ən güclü şiə dini lideri Sistani, müqəddəs sayılan Əhli-Beyt türbələrini və məkanlarını qorumaq üçün “cihad” elan etdi. Bir anda ona bağlı onlarla şiə qəbiləsi və on minlərlə insan küçələrə çıxdı. Buna ən çox sevinən İran oldu. Ölməyə və öldürməyə and içən, Həzrəti Hüseynə qovuşacayıq deyə yollara tökülən bu qəzəbli və intiqam dolu insanları qruplaşdırmaq üçün dini lider Xamneyi birbaşa İnqilab Keşikçilərini təyin etdi. Beləcə əfsanəsi özündən böyük Qasım Süleymani İraqda ortaya çıxmış oldu. İran kisənin və silah anbarlarının ağzını açdı. Sayları 45-ə çatan qəbilələri pula və silaha qərq etdi. Bu qəbilələrin hamısı Qasım Süleymaninin vasitəsi ilə hərbi hazırlıqdan keçdilər və bunlara hərbi adlardan əlavə Əhli-Beyt adları verildi.
“İmam Əli Briqadası”, “Seyyid Şühəda Diviziyası”, “Asain əl-Haqq”, “Əli Əkbər Briqadaları”, “Seraya Aşura” …..
Bu qrupların sayı tam olaraq bilinmir. Ancaq hamısı bir araya gələrək Haşdi Şabi (xalq gücü) adı ilə birləşdi. Sistani, əl-Həkim, Sadr kimi dini liderler də bunları müqəddəsləşdirdi. İranın öyrətdiyi, İraqlı dini liderlərin müqəddəsləşdirdiyi bu qəzəbli və intiqam dolu insanlara ABŞ “hörmət ediləcək qruplar” deyərək məhşurlaşdırdı.
Haşdi Şabi qorxusu hər yana yayılır
Haşdi Şabi İraq ordusuna qatılmadı. Geyimləri, bayraqları, rəmzləri ayrı idi. Əmirləri öncə qəbilələrdən, sonra dini təşkilatlardan və son olaraq da İranın dini lideri Xamneyidən alırdılar. Əslində İranın İraqdakı ordusu olmuşdular. Haşdi Şabi, İŞİD-in əlində olan, Samara, Ramadi, Tikrit, Ənbarın geri alınması üçün ABŞ rəhbərliyində başladılan əməliyyatlarda ən qabaqcıl cərgələrdə yer aldı. O tarixdən sonra səsi hər yana yayıldı. Belə ki, bu əsgərlər, ölümdən qorxmur, ancaq öldürmək üçün daha böyük şövqlə hərəkət edirdi. Ələ keçirdikləri və İŞİD-li üzvü olduğunu dedikləri sünnilərə etdikləri işgəncələri və vəhşiliyi cib telefonlarına çəkir sonra da bunu hər yerdə fəxrlə paylaşırdılar.Hər yer çarmıxa çəkilərək orqanları canlı-canlı kəsilən, ciyər və qəlbi sökülüb çiy-çiy yeyilən qorxunc insan görüntüləri ilə dolu idi.
Bu azmış kimi, Mosul əməliyyatı başlayarkən bir də pişikləri, itləri dişləri ilə parçalayıb yeyən qorxunc əsgər görüntüləri ortalığa çıxdı. Haşdi Şabi eyni ilə İŞİD kimi bu vəhşi qətlləri sayəsində böyük bir qorxu yaratdı. Bu da kəndlərin ələ keçirilməsində işə yaradı. İŞİD-dən alınan bu şəhərlər sünnilərin şəhərləri idi. Ancaq oranın idarəsi təkrar olaraq sünnilərə verilmədi. Bu şəhərlərdə şiə əhalisi bir anda artdı. Sünnilər ya Haşdi Şabiyə boyun əydi ya da oranı tərk etmək məcburiyyətində qaldı.
Ən qorxunc Haşdi Şabi briqadası
“Asain əl-Haqq”ın lideri Qeys Qazzali ötən cümə xütbəsində son sünni şəhəri Mosula girəcəklərini və Həzrəti Hüseynin intiqamını alacaqlarını dedi. Beləcə qorxu dağlara qədər çıxdı.
İŞİD-i quranlar, Haşdi Şabini də qurdu?
Bu gün Haşdi Şabinin tam olaraq sayı bilinmir. 100-150 min arası olduğu deyilir. Kürd Peşmərgə qüvvələrinin və İraq ordusunun demək olar ki, iki qatıdır. İraqın əslində tək hakimi Haşdi Şabidir. Qarşısında Peşmərgədən başqa dirənəcək silahlı sünni güc yoxdur. Belə ki, İraq ordusunun 85%-i yenə şiələrdən təşkil olunub. Əslində Haşdi Şabinin tədbiq etdiyi metodlar və taktikalar tam olaraq İŞİD-lə eynidir. “İŞİD-i quranlar, öyrədənlər kimdirsə Haşdi Şabini eyni şəkildə qurdu və öyrətdi” desək kimsə təəccüblənməz. İki qruplaşma Bu dərəcədə oxşardırlar. İkisi də “Allah” deyərək öldürür, ikisi də sadəcə müsəlman öldürür. Tək fərqləri birinin şiə, digərinin isə sünni olmasıdır. Nəticədə itirən İslam dünyasıdır, qazanan isə Qərb dünyasıdır.


Manşet xəbərləri

Bizim seçim

Son xəbərlər

Videoxəbər

Fotoxəbər

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами