Vladimir Leninin çox da bilinməyən əkiz qardaşı - FOTOLAR

Vladimir Leninin çox da bilinməyən əkiz qardaşı - FOTOLAR

Vladimir Leninin çox da bilinməyən əkiz qardaşı - FOTOLAR
Bölmə :
Maraqlı
Yayım tarixi :
15/10/2016 [10:52]
Baxılıb :
27073 dəfə
SSR qurucusu Vladimir İliç Ulyanovun əkiz qardaşı olduğunu bilirdiniz?
Uzun illər onu sadəcə yaxınları tanıyırdı, Lenin özü də onu tanınmasını çox istəmirdi. Onun fotoları uzun illər sonra ortaya çıxmışdı. İosif Stalin Vladimir İliçin ölümündən sonra onu tamamilə silmişdi. 

Sergey də Vladimir kimi bir ailədə böyümüşdü. Ancaq iki qardaşın xasiyyətləri bir birinə əks idi. Sergey heyvanları çox sevirdi, universiteti bitirdikdən sonra ömrünün sonuna qədər veqetarian olmuşdu.

Sergey İliç, ailəsi və qardaşı Volodiyanın qəddarlığı və inqilabi baxışları ilə razılaşa bilmirdi. Sergeyin 16 yaşı olanda evi tərk edərək Ufada kəndlərin birinə yerləşir. Bir neçə il sonra kənddə yaşayan Zuxra adlı bir qadınla evlənir. Ailəsi həmin günlərdə keçirdikləri ağır xəstəliyə (Tif) görə toyda iştirak edə bilməmişdi.

Əkiz qardaşlar uzun illərin ardından Ufada yarmarkaların birində qarşılaşmışdı.

Sergey qardaşını paganizmə cəlb etmək üçün uzun illər çalışırdı. Ancaq aşağıda gördüyünüz fotodan başqa buna nail olduğunu göstərən heç bir fakt yoxdur.

Bir tərəfdə isə Sergey İliç Ulyanov mum ticarəti ilə məşğul olurdu. Ufada yaşadığı illər ərzində bu ticarətdən yaxşı pullar qazanan Sergey üç qadınla daha evlənərək ailəsini genişləndirmişdi.


"Lazımı vəsaitlər olmasa inqilabımız öləcək!"

1905-ci il ayaqlanmasının ardından komunistlərin işi çətinləşmişdi. Lenin rəhbərliyində olan inqilabçıların maddi problemləri var idi. 1906-cı ilin fevral ayında Vladimir İliç qardaşına kömək üçün məktub yazır. Vladimir İliç yazdığı məhşur məktubda "Lazımı vəsaitlər olmasa inqilabımız öləcək!" deyə qardaşına müraciət edirdi.

Sergey Ulyanov bu müraciətə səssiz qala bilmir. Uzun illər qazandıqlarını və əlində olan mumları sataraq əldə etdiyi pulu götürərək inqilaba dəstək üçün Petroqrada yola düşür.


Digər tərəfdə isə Vladimir İliç Lenin inqilab üçün geniş kütlələri təşkilatlandırmağa davam edirdi. Oktyabr İnqilabı fərqli dünya görüşü olan iki əkiz qardaşı çiyin çiyinə mübarizə aparmağa sövq etmişdi. Nadejda Krupskaya iki qardaşın münasibətləri haqda bunları deyirdi: "Lenin həmişə qardaşının məsləhətlərinə qulaq asırdı."


Lenin vəfatının ardından İosif Stalinin hakimiyyətə gəlməsi ilə birlikdə Lenin tərəfdaşlarına qarşı təqiblərə başlamışdı. "Ölüm Siyahısı" nın başında isə Vladimir İliçin əkiz qardaşı Sergey var idi. 

"Qardaşımın fəaliyyətini davam etdirmək,vətənə daha çox xidmət edə bilmək üçün represiyalardan qaçmalıydım."

Bu sözlər Sergey İliçin sonradan ortaya çıxan gündəliklərində yazırdı. Sergey İliç əvvəlcə Litva,sonra isə Rumıniya üzərindən İsveçrəyə getmişdi.

Onun yaşayacağı növbəti ölkə isə Meksika olmuşdu. Latın Amerikası ölkəsində Sergey İliç "Tarixin geriyə Qayıtması" adlı məhşur kitabını yazır. Həmin kitab bir çox dilə tərcümə olunmuşdu.


1950-ci illərdə Sergey İliç Ulyanov Fidel Kastro tərəfindən Kubaya dəvət olunur. O, ömrünün sonuna qədər Havanada yaşayır və burda vəfat edir.

Pahoo.az
Paylaş:

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами