Выводы Ученых ШОКИРУЮТ (Alimlərin müxtəlif formalarda Quran ayələrinə bənzəyən nəticələri)
Bu, çox dəyərli və həqiqətə çox yaxın, gerçəkliyə nisbətən bənzər rəvayətlərdir. Bu rəvayətlərdə alimlər və mütəxəssislər xristian nəzəriyyəsi nəzər nöqtəsindən şərh etsələr də, əslində bütün dinlərin vahid mənbədən nazil edildiyini qəbul etməklə, bu rəvayətlərin, əsasən, doğru olması, yalnız fərqli formalarda təzahür etməsini qəbul etmək lazımdır.
Alimlərin və mütəxəssislərin gəldikləri nəticələr bu gün cəmiyyətimizin, nəinki, bizim cəmiyyətimizin, həmçinin müasir Yer kürəsi cəmiyyətlərinin, bütövlükdə isə, bəşəriyyətin yaxın tarixi üçün başverə biləcək hadisələrin öncə görümüdür və Allahın QURANDA bəşəriyyəti xəbərdar etməsidir. Təkrar edirəm: bu xəbərdarlıq müxtəlif dünyagörüşlü insanlar və əsasən də ateistlər tərəfindən səsləndirilməsi, QURANın xəbərdarlıqları ilə uyğun gəlsə də, parametrlərində, mövqelərinə fərq vardır. Lakin belə fərqin olması, onların əhəmiyyətini azaltmır və onları heç də inkar etmir. Ateist alimlərin elmi yanaşmaları təbiəti mənbə kimi qəbul etmələri gerçəkliyi pərdələsə də, onu inkar etmir.
Bəli, təsdiq olunur ki (bu videonu diqqətlə axırınadək baxıb dinləyənlər) biləcəklər ki, yer üzündə bir çox fəlakətlər sosial mənşəlidir, insan kütlələrinin, xalqların fəaliyyəti ilə bağlıdır. Allah bunları öncədən bilərək, onların baş verməsi hadisəsini, istiqamətini, yerini və vaxtını müəyyən etmişdir. Lakin insan və cəmiyyət halında olan kütlələrin, xalqların fəaliyyətində Allahın insanlara verdiyi ağıldan istifadə etməklə, müəyyən fəlakətlərin qarşısı alınar. Bu, hər şeyə qadir olan Allahın əlindədir! Lakin insanlar bu həqiqəti hələ də mənimsəməyiblər. Bəşəriyyəti vaxtsız fəlakətlərə aparan mənfi keyfiyyətlər bunlardır: 1) əxlaq sapmaları; 2) Allaha itaət etməmək (bura daxildir - haramlar, insanlara yaxşılıq etməmək, yalançılıq, böhtan, aldatmaq, xəyanət, haqsızlıq, vəzifəsini yerinə yetirməmək və sair mənfi əməllər); 3) zinakarlıq; 4) qəsbkarlıq və s. Bütün bunlar kütləvi hallarda insanlar, cəmiyyət tərəfindən edildikdə fəlakətlərin baş verəcəyi labüddür! Nə qədər ki, Qiyamət - Məhşər Günü yaxınlaşmayıb, insanlar, cəmiyyətlər buna HAZIRLAŞMALIDIRLAR!
Комментарии
Отправить комментарий