Şərqi və Qərbi Ukrayna


Şərqi və Qərbi Ukrayna

Sübhan Rəhimli
Tarih : 12-06-2014 13:05
Son günlərdə hamının fikir bildirdiyi , hərənin öz arşını ilə ölçdüyü Ukrayna haqqında qulaqdan dolma bilgilərə sahibik. Hər kəs Şərqi və Qərbi Ukrayna haqqında  fikirlərini riyaziyyat düsturu kimi qəbul edir və atəşlicəsinə müdafiə edir öz fikirlərini. Gəlin Ukraynanın Qərbi və Şərqi arasındaki fərqlilik necə yaranıb ona baxaq sonra öz riyaziyyat düsturu fikirlərimizi yeniden gözdən keçirək.
17-ci yüzilliyə gəlindiyində müasir Ukrayna ərazisinin cənubu – Qara dəniz sahilindəki torpaqlar , Krım və şimalındakı torpaqlar Osmanlının, digər Ukrayna əraziləri isə Reç-Pospolitanın( Polşa – Litva ittifaqı) işğalında idi. 1648-ci ildə  Boqdan Xmelnitski başçılığı ilə Zaparoje Kazakları Polşaya qarşı Rusiyanın da dəstəyi ilə üsyan qaldırdılar. Üsyan uğurlu olur və Bogdan Xmelnitski başçılığı ilə tarixdəki ilk Ukrayna dövləti Kazak Hetmanlığı qurulur. Kazak Hetmanlığı həm Sağ Sahil Ukraynasını  ( Qərbi Ukrayna ) həm də Sol Sahil Ukraynasını ( Şərqi Ukrayna) əhatə edirdi. Hetmanlıq 1654-cü ildə Pereyslavl müqaviləsi ilə  Rusiyanın himayəsini qəbul edir. Bu müqaviləyə Polşa qarşı çıxır və 1654-cü ildə Rusiyaya müharibə eıan edir. Müharibə 1667-ci ildə Rusiyanın qələbəsi və Andrusovo barışığı ilə bitir . Müqaviləyə görə Dneprin sağındaki ərazilər ( Qərbi Ukrayna ) Polşaya , Dneprin solundakı ərazilər  ( Şərqi Ukrayna)  isə Rusiyanın himayəsinə keçir. Bununla da tarixdəki ilk Ukrayna dövləti olan Kazak Hetmanlığı ikiyə bölünür və Şərqi Ukrayna , Qərbi Ukrayna anlayışları bu hadisədan sonra yavaş-yavaş formalaşmağa başlayır. 1665-ci ildə Sağ Sahil Ukraynasının atamanı Petro Doroşenko bütün Ukraynanın atamanı olmaq ümidilə Osmanlı himayəsini qəbul etdi və Sultan 4.Mehmedə məktub yazdı. Bundan narahat olan  Polşa Osmanlıya müharibə elan etdi. 1672-1676-cı illəri əhatə edən müharibə Polşanın məğlubiyyəti ilə nəticələndi. 1672-ci ildə Bucaş, 1676-cı illərdə Zuravno müaqvilsi ilə Podolya ( Qərbi Ukrayna ) Osmanlı imperiyasına tabe edildi.  1672-ci ildən 1699-cu ilə qədər  Podolya Osmanlı tabeçiliyində qaldı.1699-cu ildə Karlofca müqavilələri ilə Podolya yenidən Polşa hakimiyyətinə keçdi. Şərqi Ukrayna isə 1764-cü ilə kimi Rusiyanın tabeliyində muxtariyyat olaraq qalmışdır. 2.Yekaterina 1764-cü ildə muxtariyyati ləğv edib Şərqi Ukraynanı birbaşa Rusiyaya tabe etmişdir. Qərbi Ukrayna isə 1793-cü ildə Polşanın bölünməsi ilə Rusiyanın əlinə keçdi.Beləliklə demak olar ki, bütün çəkirdək Ukrayna olaraq qəbul etdiyimiz  ərazi Rusiya tabeçiliyinə keçmişdir. Qərbi Ukraynanın qərbində kiçik bir torpaq isə Avstriya imperiyasına qatıldı. Birinci Dünya müharibəsinə kimi bu ərazilər dəyişməmişdir. Sonralar isə 1954-cü ildə Krımın da Ukraynaya verilməsi ilə müasir Ukrayna ərazisi tamamilə formalaşdı.
Ukraynanı Qərb və Şərq deyə ayıran məfhum 1648-1793-cü illər hadisələridir desək yanılmarıq. Qərbin coğrafi olaraq  Avropaya daha yaxınlığı , ərazinin tez-tez fərqli dövlətlər arasında əl dəyiştirməsi , Avropadakı inqilabların Polşa himayəsindəki Qərb torpaqlarına təsiri Qərbi Ukrayna insanını daha Avropalı , daha millətci, daha inqilabçı etmişdir. Bunda fərqli olaraq Şərq isə 1654-cü ildən müasir dövrədək davamlı olaraq Rus təsirinə məruz qalmışdır. Şərqi Ukraynalılar Ruslarla özdəşləşmişlər artıq. Bir də buna coğrafi yaxınlıq əlavə olundumu Ruspərərstlik qaçınılmazdır. Münaqişəyə tək yönlü yanaşmaq Ukrayna xalqını bölünməya aparar və ikinci bir Koreya ilə qarşılaşarıq.  Eyni xalq iki fərqli qütbdə.
Öz düsturvari fikirlərimizi formalaşdımamışdan qabaq tarixə nəzər salıb, “bu münaqişəyə səbəb nədir? , münaqişə nəcə formalaşıb? , eyni xalqı bir- birinə düşmən edəcək  anlayışlar nədir və nə zaman formalaşıb? ” deyə baxsaq pis olmaz məncə. Yoxsa oturduğumuz yerdən “komplo teorisi”  icad etmekdən asan heç nə yoxdur.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами